Türk dünyası hazırda təhlükəli "lazım gəlsə" sindromunu yaşayır. Sindoromun mahiyyəti budur ki, türklər olaraq öz xeyrimizə hər hansısa bir addımı atmaqda lazımın gəlməsini gözləyirik. Ancaq, açığını desəm, mən hələ anlaya bilməmişəm ki, bu lazım nə vaxt gələcək. Lazım gəlsə, torpaqlarımızı işğaldan azad edərik sözünün digər mənası bu deyilmi ki, hələ bu azadlıq bizə lazım deyil?! Lazım gəlsə, Türkiyədə yaşayan 100 min ermənini deportasiya edərik sözünün digər anlamı bu deyilmki, demək hələ lazım deyil?! 20 ildir ki Dağlıq Qarabağ torpaqlarımız erməni tapdağı altındadır. Mən belə düşünürəm ki, lazımdı ki, bu torpaqları tezliklə işğaldan azad edək. Lazımdır ki, erməni daşnaqlarını etdikləri cinayətlərə görə cəzalandıraq. Lazımdır ki, qondarma erməni soyqrımını dəstəkləyən ölkələr və dairələrlə münasibətlərimizə yenidən baxaq. "Lazım gəlsə", onlara sərt üzümüzü göstərək. Lazımdır ki, dırnaqarası Dağlıq Qarabağ respublikasına müstəqil dövlət kimi pul ayıran və hər cürə dəstəkləyən ABŞ-la münasibətlərimizə aydınlıq gətirək. "Lazım gəlsə", bunun nədənini onlardan sorushaq. Bəzən siyasətdə atılan addımları şahmat taxtasında edilən gedişlərə bənzədirlər. Ancaq, heç kəsə sirr deyil ki, şahmat oyununda şahı mat qoymaq üçün heç bir oyunçu lazım gəlsə şahı mat qoyaram demir və heç deməz də. Çünki bu oyunun gözəlliyi odur ki, şah mat olsun. 21-ci əsrə biz türklər də "erməni hoqqabazlığı" adlı oyuna girmişik. Şahmat təbiri ilə desək, gərək qarşı tərəfin şahını mat qoyaq. Bunun üçün bizim kifayət qədər gücümüz var. Türkiyə-Azərbaycan qardaşlığı və birliyi isə bu gücə daha dəqiq və koloritli rənglər qatır. Sadəcə olaraq lazımdır ki, hər iki tərəf qətiyyətli siyasi iradə nümayiş etdirsin.
Salam Aleykum.bu meqaleni cox gozle yazmisan.insallah getdikce daha gozel yazarsan.Amin.sevginin rengi meqalesi yaxsidi.sagol
GULSEN
20-03-2010, 14:10:02
salam aleykum.Rebbim sizin ureyinizden sevgini,heyat yollarindan xosbextlik nurunu eskik elemesin.Heyatiniz her zaman bayramlarla dolu olsun.Men diledim qoy butun melekler AMIN desin.AMIN.NOVRUZ BAYRAMINIZ MUBAREK