ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
ÖLKƏ NİYƏ BU DURUMA SALINIB? | MİLLİ PARKDA HƏYAT DONUB | ALİMLƏR BİTKİLƏRİN SÖHBƏTİNİ KAMERAYA ÇƏKİBLƏR | ERMƏNİLƏR PUTİNDƏN ABİDƏ İSTƏDİLƏR | I DÜNYA MÜHARİBƏSİNİN SONUNCU VETERANI VƏFAT EDİB | BIÇAQLA SİLAHLANMIŞ ŞƏXS MƏKTƏBƏ GİRƏRƏK İKİ UŞAĞI YARALAYIB | NOKİA ŞİRKƏTİ 4 MİN ƏMƏKDAŞINI İŞDƏN ÇIXARIR | ABŞ-da 15 YAŞLI GƏNC QIZ ADRENALİN XATİRİNƏ RƏFİQƏSİNİN BAŞINI KƏSDİ | CEYRANBATAN SU ANBARI DONUR | ELMAR MƏMMƏDYAROV BRÜSSELƏ GEDİB |

Bizimlə Əlaqə
Foto Xəbər
2012-Cİ İLİN SƏRT QIŞI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

PARTİYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ REALLAŞA BİLƏRMİ?

Gülağa Aslanlı: "Azərbaycanda azad, demokratik seçki keçiriləndən sonra partiyaların fəaliyyəti məlum olacaq"

AZƏRBAYCAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR?

Nurəddin Məmmədli: "Azərbaycan iqtidarı müxalifət qarşısında o qədər zəif və gücsüzdür ki, onlar hər hansı

ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR

Rafiq Əliyev: "Mənim sovet dövründə belə bir yazım çıxmışdı ki, Stalinin dövründə yaşamaq istəmirəm"

ALMAN TELEVİZİYASI EUROVİSİON QABAĞI PAYTAXT BAKIDAN GENİŞ REPORTAJ YAYIMLAYIB

Leyla Yunus: ""Eurovision Song Contest" Azərbaycan xalqına sevinc gətirməyib və özü ilə yeni faciələr gətirəcək"

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
Qonşusu ac ikən, özü tox yatanlar
13/03/2010 - 11:45
aqilmehdi@gmail.com

Aqil Mehdi

Biz insanlar yaradılışımıza uyğun olaraq cəmiyyət halında yaşamağa məcburuq. Çünki hamımız üçün imtahan sayılan dünya həyatında hər an çətinliklə qarşı-qarşıya qala bilərik. Və əlbəttə ki, bu problemləri fərdi səy və qabiliyyətlərlə həll etməyi həmişə bacarmırıq. Məhz bu nöqtədə fərqli imkanları bir yerə toplayan cəmiyyətə olan ehtiyac ortaya çıxır.

Ailəmiz və qohumlarımızdan sonra problemlərimizin həllində köməyinə müraciət edəcəyimiz ən yaxın dostlarımız qonşularımızdır. Necə deyərlər, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Əxlaqi xüsusiyyətlərə sahib, insani dəyərlərə hörmət edən, başqalarının haqlarını, namus və şərəfini ən az özününkü qədər müqəddəs və toxunulmaz qəbul edən, etibarlı, dürüst qonşu dünya həyatının ən gözəl nemətlərindəndir. Bəli, insanın sevincini paylaşan, qəm-kədərinə ortaq olan qonşularının olması həqiqətən böyük bir bəxtiyarlıqdır. Əlbəttə, bunun əksi olaraq güvən verməyən, əxlaqi xüsusiyyətlərdən məhrum bir qonşunu heç kimə arzulamazdım. Bu yerdə Həzrət Məhəmməddən bir hədisi nəzərinizə çatdırmaq istərdim. Bir şəxs Həzrət Peyğəmbərin (s) yanına gəlib deyir: "Bir ev almaq istəyirəm, harada alsam daha yaxşı olar? Cəhinə, Məzinə, Səqif, yoxsa Qureyş qəbiləsinin yanında?" Həzrət Peyğəmbər (s) buyurdu: "Əvvəl qonşunu, sonra evi və əvvəl yoldaş seç, sonra gedəcəyin yeri". Peyğəmbər (s) bununla ev almaq və ya tikmək istəyən şəxslərə gələcəkdə kimlərlə qonşu olacaqlarına diqqət yetirmələrinə, həmçinin yola çıxmaq istəyərkən də hər şeydən əvvəl özünə yaxşı yol yoldaşı seçməyi tövsiyə etmişdir.

Müqəddəz dinimiz fərd və cəmiyyət olaraq həyatımızın hər anı ilə əlaqədar fəzilət yüklü qanunları özündə ehtiva edir. Həmçinin yaşayışımızın imtina edilməz bir parçası olan qonşuluğun əhəmiyyəti barədə də həssaslıqla dayanır. Qurani Kərim də Allaha ibadət edin və Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrabaya, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın yoldaş və dostlara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! ("Nisa", 36) ayəsində  bəndələrin hüquqlarından, insanlarla birlikdə yaşamağın ədəblərindən danışılır, həmçinin qonşularımızla yaxın əlaqələrin qurulması hər bir müsəlmanın boynunda olan bir bir vəzifə olaraq vurğulanır.

Bəs qonşularımızın bizim üzərimizdə nə kimi hüquqları var? Möminlərin əmiri Həzrət Əli (ə) öz vəsiyyətində buyurur: "Qonşulara münasibətdə Allahdan qorxun. Onları Peyğəmbər tapşırmışdır. Həzrət (s) qonşuları elə tapşırardı ki, onların da vərəsələrdən sayılıb irs aparacaqlarını güman edərdim".  Aləmlərə rəhmət olaraq göndərilən Həzrət Peyğəmbərimiz qonşuların hüquqları barədə buyurardı: "Əgər qonşularınız sizdən kömək istəyirlərsə yardım etməli, borc istədikdə (imkan daxilində) verməli, bir şeyə ehtiyac duyduqda ehtiyaclarını təmin etməli, uğur qazandığı zaman onu təbrik edib sevincinə şərik olmalı, xəstələnərsə görüşünə getməli, əzizlərindən birini itirdiyi zaman başsağlığı verməli, dünyasını dəyişdiyi zaman dəfn mərasimində iştirak etməli, ev tikdiyin zaman icazəsi olmadan onun evinə külək və günəşin düşməsinin qabağını kəsməməli və meyvə aldığın zaman ona da verməlisən. Әgər bunu etməzsinizsə heç olmasa uşaqlarınız əlində meyvə küçəyə çıxmasın. Çünki, yoxsul qonşunuzun uşağının meyvəyə tamahı düşə bilər. Ləziz yeməklər bişirdiyin zaman onlara da bir pay verin və yeməyin iyi ilə onları buna həsrət qoymayın".

Beləliklə, aydın oldu ki, qonşuya yaxşılıq etmək, sevinc və kədərini paylaşmaq dinimizin gərəyidir. Bundan əlavə, rəvayətlərə görə yaxşı qonşuluq ruzinin artmasına səbəb olur. Həmçinin İmam Sadiq (ə) bu barədə buyurur: "Qonşularla gözəl rəftar etmək ömrü uzadır və yerlərin abadlaşmasına səbəb olur".

 Sözləri və nümunəvi həyatıyla hamımıza örnək olan Əziz Peyğəmbərimizin və Onun Əhli-beytinin bu kimi tövsiyələri hər zaman könüllərimizdə öz  yerini almalıdır. Təssüf ki, hazırda bir-birimizlə əlaqələrimizin zəifləyib, hətta itmə nöqtəsinə gəldiyi çağda yaşayaraq, günü-gündən izdihamlar içində təkləşirik. Kədərli də olsa qeyd etməliyim ki, yaşadığımız zəmanədə ata övladından, övlad ailə ocağından, qonşu da qonşusundan qaçır. Çünki heç kimin başqasına inamı qalmayıb. Gəlin hər birimiz "mən"i "biz" edən dinimizin rəhmət qaynaqlı bu çağırışlarını əlimizdə şüar tutaraq, nə dərya içində susuzluq çəkək, nə də izdihamlar içində tək qalaq. Yazımın sonunu məsumlarımızın bir hədisi ilə bitirmək istəyirəm:  "Öz nəfsiniz üçün istəmədiyinizi mömin qardaşınız üçün də arzulamadıqca əsl mömin ola bilməzsiniz".


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...

n

16/08/2011 TUĞRA NƏDİR?

n

02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ

n

14/06/2011 AZADLIQ, BAKIDA SOYUNAN BİR QADIN HEYKƏLİDİR

n

01/06/2011 İBNİ FAZİL KİMDİR?

n

21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ

n

26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM

n

15/12/2010 VÜSALƏ MAHİRQIZININ VƏTƏNDAŞ MÜHARİBƏSİ TƏBİLİ

n

11/12/2010 AZƏRBAYCAN PETRİOTLARI

n

06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"

n

25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ

n

13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ

n

04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR

n

01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT

n

05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...

n

19/06/2010 AY DOĞAR GƏDİYİNDƏN...

n

31/05/2010 FAKTXƏBƏRƏ "YOX" DEYƏK!

n

24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?

n

26/03/2010 ...HƏM DƏ...

n

13/03/2010 Qonşusu ac ikən, özü tox yatanlar

n

22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur

n

02/01/2010 2012

n

17/11/2009 Sifarişli yazıya sifarişsiz cavab - 2

n

11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab

n

28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur

n

16/10/2009 Qadını "eşşək" və "dəvə" adlandıran müəllif

n

08/09/2009 Amerikanın silah satışları niyə artıb?

n

25/08/2009 Şərəfsizlik də bir yerə qədər

n

06/08/2009 Amerika "humanizmi"nin fəsadları

n

23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!

n

18/07/2009 NATO-nun demarşı çalınır

n

24/05/2009 Məhvolma gəlib çatmadımı?!

n

23/05/2009 Çöküşün səbəbi elə budur

n

22/05/2009 Cəmiyyətlərin əcəli

n

05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb

n

11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları

n

01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...
 
 

Günün Sitatı
RAFİQ ƏLİYEV
“Əgər hər hansı bir şəxs bilsə ki, yaxşı oxumaqla yüksək pul qazanacaq, o heç vaxt oxumaqdan yayınmaz”
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net