ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
ÖLKƏ NİYƏ BU DURUMA SALINIB? | MİLLİ PARKDA HƏYAT DONUB | ALİMLƏR BİTKİLƏRİN SÖHBƏTİNİ KAMERAYA ÇƏKİBLƏR | ERMƏNİLƏR PUTİNDƏN ABİDƏ İSTƏDİLƏR | I DÜNYA MÜHARİBƏSİNİN SONUNCU VETERANI VƏFAT EDİB | BIÇAQLA SİLAHLANMIŞ ŞƏXS MƏKTƏBƏ GİRƏRƏK İKİ UŞAĞI YARALAYIB | NOKİA ŞİRKƏTİ 4 MİN ƏMƏKDAŞINI İŞDƏN ÇIXARIR | ABŞ-da 15 YAŞLI GƏNC QIZ ADRENALİN XATİRİNƏ RƏFİQƏSİNİN BAŞINI KƏSDİ | CEYRANBATAN SU ANBARI DONUR | ELMAR MƏMMƏDYAROV BRÜSSELƏ GEDİB |

Bizimlə Əlaqə
Foto Xəbər
2012-Cİ İLİN SƏRT QIŞI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

PARTİYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ REALLAŞA BİLƏRMİ?

Gülağa Aslanlı: "Azərbaycanda azad, demokratik seçki keçiriləndən sonra partiyaların fəaliyyəti məlum olacaq"

AZƏRBAYCAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR?

Nurəddin Məmmədli: "Azərbaycan iqtidarı müxalifət qarşısında o qədər zəif və gücsüzdür ki, onlar hər hansı

ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR

Rafiq Əliyev: "Mənim sovet dövründə belə bir yazım çıxmışdı ki, Stalinin dövründə yaşamaq istəmirəm"

ALMAN TELEVİZİYASI EUROVİSİON QABAĞI PAYTAXT BAKIDAN GENİŞ REPORTAJ YAYIMLAYIB

Leyla Yunus: ""Eurovision Song Contest" Azərbaycan xalqına sevinc gətirməyib və özü ilə yeni faciələr gətirəcək"

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
NƏHƏNG BEYNƏLXALQ TƏŞKİLAT
06/03/2010 - 11:53

Əziz Sahiboğlu

BMT-də dominantlıq edən təcavüzkar dövlətlərin total maraqları onu cılız, etibarsız və əhəmiyyətsiz quruma çevirib

 

Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən bir neçə ay sonra - 1992-ci il mart ayının 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü oldu. Və bununla da beynəlxalq hüququn subyektinə çevrildi. İndi o vaxtdan düz 18 il keçir. Azərbaycanın belə bir nəhəng təşkilatda yer alması, beynəlxalq hüququn subyektinə çevrilməsi, bu müddətdə xeyli ölkə ilə diplomatik münasibətlər qurması, əlbəttə, çox yaxşıdır. Ancaq hər bir ölkənin, xalqın həyatında elə taleyüklü problemlər olur ki, onun həlli prioritet təşkil edir. Bu baxımdan Qarabağ münaqişəsinin çözümü qalan digər problemlərdən öndə durmalıdır. Şübhəsiz ki, bu, Azərbaycan üçün belədir.

Bəs 192 dövlətin təmsil olunduğu BMT-də necə, ölkələr arasındakı konfliktlərin, konkret olaraq Qarabağ münaqişəsinin həllinə münasibət necədir? Ümumiyyətlə, bu qurum 18 ildə Azərbaycana nə verib? Əlbəttə, dünya ölkələrinin, o cümlədən Azərbaycanın hansısa beynəlxalq qurumda birləşməsi müsbət haldır. Problemlərin qabardılması, bunun üçün tribuna kimi BMT-dən istifadə edilməsi, ölkələrin bütün sahələr üzrə bir-birinin təcrübəsindən istifadə imkanı qazanması baxımından beynəlxalq təşkilatın əhəmiyyəti böyükdür. Hansısa taleyüklü məsələnin bu qurumda müzakirəyə çıxarılması, dünya dövlətlərinin qlobal səciyyə daşıyan problemlərin birgə həllinə çalışması da təqdirəlayiqdir. Amma müzakirələrin aparılması, hansısa ölkənin problemlərinin, dövlətlərarası münasibətlərin, təcavüzkarlıq, işğalçılıq faktının qabardılması, qurumun Baş Assambleyasının, yaxud Təhlükəsizlik Şurasının gündəliyinə salınması, bu istiqamətdə müzakirələrin aparılması heç nəyi həll etmir.

Uzun illərin təcrübəsi göstərib ki, belə müzakirələr qurumdan ötrü, ən yaxşı halda, qəbul olunan hansısa sənədin ağ kağıza köçürülməsi və toz basmış arxivə göndərilməsi üçün maraqlıdır. Təbii ki, müəyyən istisnalar da var. Acınacaqlı fakt bu istisnaların uzun illərdir ki, dünyanı sözün əsl mənasında fırladan, barmağına sarıyan, şərqdən qərbə, cənubdan şimala sürüyən bir neçə şarlatan dövlətlərə aid olmasıdır. Məsələn, 22 illik Qarabağ probleminin hətta müzakirəsini belə BMT-nin gündəliyinə salmaq müşkülə çevrilib. Başda Amerika olmaqla bu qurumda təmsil edilən demokratiya maskalı nəhəng imperialist dövlətlər ölkəmizin ərazi bütövlüyünün əleyhinə səs verdilər. 60 illik Fələstin məsələsi elə bu zaman kəsiyində dəfələrlə BMT-də qaldırılsa da, məzlumların fəryadına yox, zalımların zülmünə dəstək göstərildi. Ancaq qurumda dominantlıq edən ABŞ-ın bir göstərişi ilə İraqın, Əfqanıstanın işğalına xeyir-dua verildi.

Bəli, ölkəmizin BMT-yə qəbul olunmasından 18 il keçir. Elə ATƏT-in Minsk Qrupu da 18 ildir ki, Qarabağ probleminin nizamlanması istiqamətində vasitəçilik etməklə məşğuldur. Amma Fransadan olan keçmiş həmsədr demişkən, bu müddətdə münaqişənin nizamlanması ilə yox, Stepanakertdə (oxu: - Xankəndində) tut arağı "gillətməklə" məşğul olublar. Stepanakertin, havası qucaqda "haxçı" yatırdan sərxoş salonlarında isə spirt qoxulu vasitəçilərdən problemin həllini gözləmək olmaz. Çünki ATƏT-də, Avropa Şurası da BMT-nin törəmələridir.

Xatırladaq ki, İsrailin bir neçə il öncə Livana təcavüzü zamanı sözügedən beynəlxalq qurumun tutduğu mövqe onun haqqında yuxarıda deyilənləri bir daha sübut elədi. Əslində BMT həmişə belə olub. Yəni birləşmiş deyil, böyük millətlərin (oxu: - dövlətlərin) təşkilatı olan bu qurum, yarandığı gündən öz "cibinin" maraqları xatirinə onu təsis edənlərin mənafelərinə xidmət edib. Orda təmsil olunan ölkələrin mənafeləri isə azmanların bütün növ maraqlarından kənarda nəzərə alınmayıb. Ən böyük ədalətsizlik nümunəsi kimi elə bunu xatırlatmaq kifayətdir ki, dünyanın 200-dən çox ölkəsinin taleyi veto hüquqlu 5 dövlətə tapşırılıb. Və həmin 5 dövlət də dünyanı istədiyi kimi idarə edir, istədiyi səmtə sürükləyir. Elə BMT-nin özünü də... Sürüklənən qurumdan nəsə gözləməyə dəyərmi? Əsla!


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

31/10/2011 VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...

n

08/08/2011 ÖLÜM KOALİSİYALARININ XAÇLI MÜHARİBƏLƏRİ

n

03/05/2011 HƏQİQƏT ƏSLİNDƏ GÖRÜNDÜYÜ KİMİ DEYİL

n

13/12/2010 LENT.AZ-ı NARAHAT EDƏN NƏDİR?!

n

27/10/2010 BİZ NƏLƏRİ BİLMİRİK?

n

12/08/2010 MTV, YOXSA MURDAR TV?

n

17/05/2010 16 İLLİK ATƏŞKƏS

n

03/04/2010 ALINDA DÖYÜŞ, KÖYNƏKDƏ SÖYÜŞ...

n

06/03/2010 NƏHƏNG BEYNƏLXALQ TƏŞKİLAT

n

04/01/2010 BİLET FIRILDAĞI

n

12/09/2009 Yol əhvalatı

n

14/08/2009 Bir neçə sual

n

03/07/2009 İslam azadlıq və ədalət dinidir

n

08/06/2009 Malcolm X: "İsrail Fələstində nə qələt edir"
 
 

Günün Sitatı
RAFİQ ƏLİYEV
“Əgər hər hansı bir şəxs bilsə ki, yaxşı oxumaqla yüksək pul qazanacaq, o heç vaxt oxumaqdan yayınmaz”
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net