Qara dərili və əslən müsəlman olan Obamanın ABŞ idarəçiliyinin rəhbərliyinə seçiləndə, çoxları onun dünyadakı düzəni dəyişəcəyini düşünürdü. Onun üçün "u ba ma" (fars dilində bu soz "o bizimlədir" mənasını verir) deyənlər də oldu. Türk və İslam dünyasında Obamanı yeni bir açılım kimi qəbul etməyə hazırlaşan dairələr də ortalığa çıxdı. Ancaq, Obama haqda o bizimlədir deyənlər hər zamanki kimi bu dəfə də yanlışlığa düçar oldular. Türk və müsəlmanların başına olmazın oyunlar gətirən Birləşmiş Ştatların bu yöndə siyasəti nəinki yumşaldı, əksinə, yeni zülm və qarət başlandı. İlk açıq qətliam və soyqrım Yəməndə aparıldı. ABŞ Obamanın rəhbərliyi altında Yəməndə qoca və uşaq demədən insanlığa qarşı genosid törətdi. Əfqanıstanda ABŞ işğalçı ordusunun sayını 2 dəfə artırmaqla, Obama bu ölkəni qan gölünə çevirdi. Bütün bunlar bir daha sübut etdi ki, Amerika Birləşmiş Ştatlarının əsas profili türk və müsəlman qanı tökməkdən ibarətdir. Son baş verənlər isə işğalçının işğalçıya dəstəyinin daha bir bariz nümunəsi oldu. Xristian təəssübkeşliyi və anti-türk hissləri Amerikada tarixi rəzalətə hüquqi don geyindirdi. Qondarma erməni "soyqrımı"nı qəbul etməklə ABŞ əslində Xocalıda baş verənlərə həqarət etmiş oldu. BMT-də Azərbaycanın ərazi bütövlüyü səsə qoyulanda əleyhinə səs verən, dağlıq Qarabağa ayrıca bir respublika kimi maliyyə yardımı ayıran və açıq-aydın dəlillərə baxmayaq işğalçı Ermənistanı müdafiə edən bir ölkədən bundan başqa bir şey gözləmək əslində yersiz olardı. Bu qərardan ən çox əziyyət çəkən tərəf isə Türkiyə və Azərbaycandır. Xocalını dünyaya soyqrım kimi tanıtdırmağa çalışdığımız, erməni vandallığını dünyaya nümayiş etdirməyə başladığımız bir vaxtda, ABŞ bütün bunlara öz nöqtəsini qoydu. Ermənilər dünyada soyqrıma məruz qalmış xalqdır deyən ABŞ çətin ki, Xocalını həzm edə bilsin. Necə ki, yəhudilərin soyqrıma məruz qaldığını iddia edib İsrail rejiminin Fələstindəki qətliamına göz yumur. Obama nə u ba ma, nə müsəlman, nə dəki demokratik dəyərlərə sahib bir insandır. Demokratiya "beşiyi"ndən anti-demokratik qərarları hələ çox-çox görəcəyik.