ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
ÖLKƏ NİYƏ BU DURUMA SALINIB? | MİLLİ PARKDA HƏYAT DONUB | ALİMLƏR BİTKİLƏRİN SÖHBƏTİNİ KAMERAYA ÇƏKİBLƏR | ERMƏNİLƏR PUTİNDƏN ABİDƏ İSTƏDİLƏR | I DÜNYA MÜHARİBƏSİNİN SONUNCU VETERANI VƏFAT EDİB | BIÇAQLA SİLAHLANMIŞ ŞƏXS MƏKTƏBƏ GİRƏRƏK İKİ UŞAĞI YARALAYIB | NOKİA ŞİRKƏTİ 4 MİN ƏMƏKDAŞINI İŞDƏN ÇIXARIR | ABŞ-da 15 YAŞLI GƏNC QIZ ADRENALİN XATİRİNƏ RƏFİQƏSİNİN BAŞINI KƏSDİ | CEYRANBATAN SU ANBARI DONUR | ELMAR MƏMMƏDYAROV BRÜSSELƏ GEDİB |

Bizimlə Əlaqə
Foto Xəbər
2012-Cİ İLİN SƏRT QIŞI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

PARTİYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ REALLAŞA BİLƏRMİ?

Gülağa Aslanlı: "Azərbaycanda azad, demokratik seçki keçiriləndən sonra partiyaların fəaliyyəti məlum olacaq"

AZƏRBAYCAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR?

Nurəddin Məmmədli: "Azərbaycan iqtidarı müxalifət qarşısında o qədər zəif və gücsüzdür ki, onlar hər hansı

ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR

Rafiq Əliyev: "Mənim sovet dövründə belə bir yazım çıxmışdı ki, Stalinin dövründə yaşamaq istəmirəm"

ALMAN TELEVİZİYASI EUROVİSİON QABAĞI PAYTAXT BAKIDAN GENİŞ REPORTAJ YAYIMLAYIB

Leyla Yunus: ""Eurovision Song Contest" Azərbaycan xalqına sevinc gətirməyib və özü ilə yeni faciələr gətirəcək"

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
Çingiz Mustafayevin göz yaşları
27/02/2010 - 12:13

İlqar Kamil

Bu gün  Çingizi Gördüm. Mustafayevi. Narahat, pərişan, nigaran. Üzündə inciklik və küskünlük vardı. İncimişdi sanki hamıdan. Gözlərimə inanmadım.

- İlahi, bu Çingizdimi doğurdan?! Axı mən onun heyranı  idim. O mərd, igid, qorxmaz, hamının fəxrlə yad etdiyi - dillərə dastan.

"Kişi ağlamaz"  - deyiblər, amma onun bəzi kadrları lentə alarkən için-için ağlaması onun əsil kişi olduğunun isbatı olmuşdu sonradan.

Başını sinəsinə əyib ucu-bucağı görünməyən bir yol üstündə məzlum-məzlum oturmuşdu Çingiz. Saçları ağappaq ağarmış, saqqalı uzanmışdı. Əynindəki qanlı paltarını hələ də dəyişməmişdi.

Qarşısına keçib salam verdim.

Cavab vermədi, susdu.

"Yoxsa məndən incimisən?!" - dedim.

Başını  qaldırıb məni mənalı-mənalı  süzdü, "mən hamıdan incimişəm!" - dedi.

"Bəs burda, yol üstündə niyə dayanmısan?" - dedim.

Dərindən ah çəkərək "birini gözləyirəm!"  - deyə cavab verdi.

"Yəqin indi harda olsa gələr!" - deyib təskinlik vermək istədim.

Yenə  gözümün içinə baxdı.  "Mən gözlədiyimi düz 18 ildir ki, gözləyirəm!" - dedi.

"Kimdi o gözlədiyin?!" - deyə təəccüblə soruşdum.

"Bircə mərd, igid, qorxmaz, şücaətli Azərbaycan oğlu." - dedi.

"Onu neynirsən, niyə gözləyirsən?!" - dedim.

"Çünki nə qədər əlləşirəm, vuruşuram tək bacarmıram!"  - deyib başını aşağı saldı yenidən.

Bunu eşidəndə  xeyli utandım. Elə ona görə  də mövzunu dəyişmək istədim. "Bəs kameran hanı, Çingiz!?"  - dedim.

"Kameramı elə o zaman oğurladılar, aldılar əlimdən."  - dedi.

"Bəs niyə etiraz etmədin?" - dedim.

"Fikirləşdim ki, qoy götürsünlər, burda nə var ki, yəqin mənim yolumu davam edəcəklər, yəqin ki, onunla həqəqətləri ortaya çıxaracaqlar. Fikirləşdim ki, mənim kameramla haqqı tapacaq və ona sahib çıxacaqlar. Fikirləşdim ki, heç nədən, heç kimdən qorxmadan ancaq gördüklərini göstərəcəklər, görülməsi gərəkəni deyil. Fikirləşdim ki, onlar da mənim kimi tam müstəqil, azad olacaqlar. Amma yanılmışammış. Özü də çox yanılmışam!" - deyə əllərini ölçə-ölçə danışdı.

Bir az ara verib yenə  davam etdi: "Mən 18 ildi hələ də ağlayıram. Göz yaşımı silmədilər onlar mənim. Onlar mənim belimi qırdılar. Qürurumu sındırdılar. Yalan çəkib, yalan göstərdilər. Onlar çox yalan danışdılar. Ancaq şou çəkib şou göstərdilər. Olanları gizlətdilər, bildiklərini bildirmədilər! - deyə ağlaya-ağlaya çığırmağa başladı.

Bir az keçdi. Sakitləşdik. Aramlaşdıq. Ikimiz də dərindən bir ah çəkdik.

  "İndi mənə qulaq as!" - dedim.

- Mən də  sənin kimi düşünürdüm. Onları  yalançı sanırdım. Günahlandırırdım. "Qorxaqsız!" - deyirdim. Amma belə  deyilmiş. Çünki bir zamanlar mən də  sənin kimi olmaq istədim. Özümə kamera aldım, dəm-dəzgah qurdum. Küçələrə çıxdım, yollara düşdüm. Bir çox həqiqətləri lentə aldım. Acılar gördüm, qəmlər gördüm. Biabırçılıqlarla üzləşdim. Bəzilərini utana-uatana, bəzilərini gizlənə-gizlənə, bəzilərini qorxa-qorxa çəkdim. Hamısını bir-bir lentə aldım. Yoruldum. Əldən düşdüm. Axşam studiyaya qayıtdım. Çəkdiklərimi gözdən keçirib xalqa yayımlamalı idim. Amma dəhşətə gəldim. Gözlərimə inanmadım. Kameram bütün dərdi, qəmi, kədəri, yoxsulluğu - sevinc, şənlik, firavanlıq formasında çəkmişdi. Gözümlə gördüklərim başqa, lentdə olanlarsa bam-başqa idi. Lenti nə qədər o yana - bu yana çevrdimsə kefdən - damağdan başqa bir şey göstərmədi. Beləcə on dəfələrlə "dənədim" amma olmadı ki, olmadı. Gördüyümü çəkmədi Kameram. Bütün bunlardan sonra anladım ki, günahkar "onlar" deyilmiş sən demə, günahkar "kameralar"imiş.

Hə  Çingiz, Günahkar kameralar imiş. 


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
Resul 27-02-2010, 19:49:16
Salam qardashim. yaz qelemine bereket versin uca rebbim yaz ki, ureyimize batan tikanlari bir bir cixarasan. o urekler ki, ekseriyyetinin damarlarindan Imam Huseyn qani axir. Eger Sabir yatanlari oyatmaga razi deyildirse yaz ki men raziyam yatanlari oyadasan. Eger Fizuli rushvetden sikayet edirdise biz rushvetle yanashi, monarxiya ve sair vehshiliklerden ve fesadlardan sikayet edirik.
 
EMIL KAZIMOV 28-02-2010, 13:20:12
CAN QARDASH. HERDENOTURUB DUNENKI TARIXI VEREQLEYIB KECMISHDE YAXSHI KISHI OLMAQIMIZI YAZMAQ LAZIMDIR.ALLAH RAZI OLSUN KI CINGIZ KIMI QEHRAMANLARI BIR DAHA XALQIN YADINA SALDIN.HEC OLMAYA BELKE ONLARDAN UTANIB BELKE BIR SHEY EDE BILDIK.INSHALLAH OPUREM YAZAN ELLERINDEN.
 
 

YAZARIN DİGƏR YAZILARI

n

07/04/2011 NAQİSƏ KAMİL DEDİLƏR!

n

24/02/2011 ARVADLAŞDIRILMIŞ KİŞİLƏR

n

29/01/2011 ZİNDAN...

n

12/01/2011 HƏLƏ BU HARASIDIR?

n

02/12/2010 AZƏRBAYCAN XANIMI

n

09/06/2010 Dahi istək

n

10/05/2010 Onu tanıyıncaya qədər

n

07/05/2010 Çoxdandı

n

11/03/2010 Unuda bilməyəcəyəm!

n

06/03/2010 Hara gedirsən?!

n

27/02/2010 Çingiz Mustafayevin göz yaşları

n

26/02/2010 O olmasın, bu olsun!

n

24/02/2010 Pul "köpəyoğlu" şeydi!

n

22/02/2010 Bakı səmasında "uçan boşqab" görünüb

n

20/02/2010 "Cənnət-məkan" kəndi

n

10/02/2010 QƏZƏNFƏR KİŞİ

n

03/02/2010 Bizim qız Yevrovijında

n

22/01/2010 Günə baxan oğlan

n

04/01/2010 YENİ İL GƏLSƏ ƏGƏR

n

08/12/2009 HAMI YATIB CIRTDAN OYAQ!

n

24/11/2009 AZAN SƏSİ
 
 

Günün Sitatı
RAFİQ ƏLİYEV
“Əgər hər hansı bir şəxs bilsə ki, yaxşı oxumaqla yüksək pul qazanacaq, o heç vaxt oxumaqdan yayınmaz”
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net