"İsraf etməyin. Allah israf edənləri sevməz!" ( "Ənam",141).
İslamın gözəl həyat üçün mənimsədiyi prinsiplərdən biri də insanın hər
bir işində və davranışında ölçülü olmasıdır. Belə ki, müqəddəs dinimiz hər kəsə
orta səviyyədə yaşamasını, imkansızlara qarşı xəsis olmamasını, habelə israfa
yol verməməsini tövsiyə edir: ")N$O@O#$R%_^P&A(G*E!
43Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm
qınanarsan, həm də peşiman olarsan" ("İsra", 29).
Qurani-Kərimdə əsl möminlərin xüsusiyyətləri bəyan edilərkən belə
buyurulur: "Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf
edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli)
bu iki yolun arasında orta həddə və ədalətli olar ("Furqan", 67)
İsraf çox geniş anlayış olub, Haqqın nəzərində şeytani, bəyənilməz həvayi-nəfs
və heyvani istəklərə müvafiq olan bir işdir. Özü də bu əməl təkcə bir fərdə aid
deyil, cəmiyyət olaraq da bundan çəkinməliyik. Hər gün çörəkləri, yeməkləri
zibilə atır, su, qaz və bu kimi saysız nemətləri israf edirik. Şübhəsiz, hər
bir şeydən, hətta elektrik enerjisi və lampaların yandırılmasından ehtiyacdan
artıq istifadə etmək israf hesab olunur. Çünki Yer üzündə heç bir qaynaq və
imkan sonsuz deyil. Və azalan qaynaqlar daha çox dəyər qazanarlar.
Allahın bəxş etdiyi maddi imkanların israf edilməsi böyük bir günah
olduğu kimi, həm də bir çox yuvanın dağılmasına və ölkənin sosial və iqtisadi
baxımdan zəifləməsinə də səbəbdir. Fikrimi bir az geniş izah edim.
Müsəlman və möminlər arasında belə bir adət vardır. Xeyir iş olanda
ata böyüklük, məhəbbət üzündən öz qızına cehiz verir. )N$O@O#$R%_^P&A(G*E! 55)N$O@O#$R%_^P&A(G*E!
55Bu məsələdə oğlanın və qızın ailəsinə xatırladılmalıdır ki, ənbiya və
imamların əxlaqi xüsusiyyəti, Allahın böyük əhəmiyyət verdiyi qənaətə riayət
olunsun. Qızın valideyni cehizin hazırlanmasında orta yolu tutaraq, israfdan çəkinməli
və öz ictimai mövqeyini nəzərə almalıdır. Çünki israfkar Allahın düşmənidir.)N$O@O#$R%_^P&A(G*E! 55
Cehizin xərci öz şəri və ictimai hüdudlarını aşmamalı, ailələr bu üzdən ağır xərcə-borca
düşməməlidirlər.)N$O@O#$R%_^P&A(G*E!
55 Oğlan ev idə qızın ailəsinin gücü çatdığı qədər göndərdiyi cehizi qənaət,
məhəbbət gözü ilə qəbul etməlidir. Belə olan surətdə digərlərinin şəxsiyyəti qətiyyən
təhqir olunmaz. Bununla, gənclər ağır cehizlərə meyl etməz və yalnız
varlı-dövlətli şəxslərin qapısına elçi göndərməzlər. Bundan əlavə, izdivac məsələsində
digərləri üçün həllolunmaz problem olmaz. Əks təqdirdə, insaniyyətlə təzad təşkil
edən bu məsələ Haqqın nifrətinə və Qiyamət gününün əzabına səbəb olacaq:
"Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi
qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən
qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və
Qiyamət günü onu Məhşərə kor gətirərik... Biz israf edən (həddini aşan) və öz Rəbbinin
ayə və nişanələrinə iman gətirməyən şəxsi (dünyada) belə cəzalandırırıq. Və əlbəttə,
axirət əzabı daha ağır və sürəklidir)N$O@O#$R%_^P&A(G*E!
195")N$O@O#$R%_^P&A(G*E!
88 ("Taha", 124 və 127)
Təəssüf ki, bir çoxları yanlış olaraq comərdlik və israfı dəyişik
salırlar. Qurani-Kərimdə bu mövzuya aydınlıq gətirilərək buyurulub: "Və
qohumların haqqını (öz qohumlarının və Peyğəmbərinin (s) qohumlarının haqqını) və
yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver və heç bir şəkildə israf və
artıq xərc etmə (malı haram yolda xərcləmə və halal yolda xərcləməkdə həddini
aşma). )Həqiqətən, mallarını (haram
və batil yolda) dağıdanlar, şeytanların qardaşları (dostları və tərəfdaşları)dır
və Şeytan həmişə öz Rəbbinin qarşısında çox kafir və nankor olub" ("İsra",
26-27). Bu, Quranın özünəməxsus üslubudur və göründüyü kimi, Yaradan İlahi nemətlərdən
istifadəyə səsləyərkən sui-istifadələrin qarşısını almaq üçün dərhal mötədilliyini
tövsiyə edir. İmam Əli (ə) da mövzuyla əlaqədar hədislərindən birində buyurur:
")Bəxşiş edən ol, amma
israf və yersiz həddə yox (ki, ifrat və həddi aşmaq olsun)! Mötədil ol və xəsis
olma (ki, o, təfrit- hədd və əndəzədən aşağı haldır)").N$O@O#$R%_^P&A(G*E! 169"N$O@O#$R%_^P&A(G*E!
12N$O@O#$R%_^P&A(G*E! 17
Ayədə həmçinin malını boş yerə, Allahın razılığı olmayan işlərə xərcləyənləri
də şeytanın dostları adlandırılmışdır. Möminlərin əmiri bu barədə buyurur:
"Allah yolunda xəsislik etdiyi halda (əslində səxavət göstərməyib, əksinə,
malını tələf və israf edən) əliaçıq və səxavətli olan nə qədər də çoxdur!"
Həzrət Məhəmməd də (s) batil yolda sərf edilən malı israf və bədbəxtçilik
adlandırmışdır.)N$O@O#$R%F^N&O(T*E!
411)N$O@O#$R%E^F&N(O*T! 411
"(Ey Adəm oğulları!) Yeyin, için, lakin
israf etməyin. Çünki Allah israf edənləri sevməz" ("Əraf", 31) Bu
ayədə pakizəlikdən, halallıqdan və israfdan çəkinməkdən söhbət gedir. )Halal ruzi qazanmaq, qidanın
paklığına riayət etmək vacib, israf isə haramdır. Necə ki, Həzrət Məhəmməd (s) buyurur:
"İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir." N$O@O#$R%_^P&A(G*E! 55
Bəzi həkimlər (qidalanmada) israfın aşağıdakı nümunələrini qeyd etmişlər:
Bu gün tibb elmində isbat olunmuşdur ki,
sağlamlığın ən mühüm göstərişi budur. Çünki, alimlər öz təhqiqlərində belə bir
nəticəyə gəlmişlər ki, bir çox xəstəliklərin sərçeşməsi, qidanın həzm olunmamış
şəkildə bədəndə qalmasının səbəbindəndir. Beləliklə, mədənin sağlamlığının ilk
addımı artıq zir-zibilləri yandırmaqdır və bunun yolu yeməkdə ifrat-təfriti
gözləməklə aradan aparmaq olar.
Bəziləri düşünə bilər ki, israfa təkcə pul xərcləməkdə
ola bilər. Amma belə deyil. İsrafın müxtəlif nümunələri mövcuddur. Məsələn, İlahi
Kitabımızda Allah-təala buyurur: "Hər kəs günahsız (məzlum) olaraq
öldürülsə, onun qəyyumuna intiqam almaq üçün qanuni bir qüdrət bağışlayarıq, amma
o, qisas alarkən israf etməməlidir (ifrata varmamalıdır). Həqiqətən öldürülənin
qəyyumuna Allah tərəfindən kömək olunur." Deməli, qatilin yerinə
başqasından intiqam alınıb öldürülməsi qətldə israf hesab olunur.
Və yaxud hər gün aldığımız dəstəmazı götürək. Bildiyimiz kimi dəstəmaz
Allah dərgahına giriş icazəsi kimidir. Lakin burada da israfçılıq tənbeh olunub.
Allahın Rəsulu (s) buyurur: "Dəstəmaz üçün 10 "sir" (1 sir 75 qramdır), qüsl
üçün 3 kq. su bəsdir. Lakin gələcəkdə mənim yolumun əksinə gedib bu miqdarı az
sayaraq, çox su istifadə edən şəxslər olacaq." (Muhəccətul-Bəyza, c.1, səh
301). Buna görə ağıllı və mömin şəxs gərək (məsh edərkən) həddindən artıq əl
sürtmək və yersiz su tökməkdən çəkinsin, şeytanın tələsinə düşməklə (vasvasılıqla)
ömrünü zay edərək dəstəmazın düzgünlüyündə şübhə ilə israf etməsin. İmam Sadiq
(ə) buyurmuşdur: "Mütəal Allahın dəstəmazda israfçılığı və nöqsanları yazan bir
mələyi vardır.("Vəsaliüş-şiə", c.1, səh. 340))N$O@O#$R%F^N&O(T*E!
4
Bu məqamda bir məsələyə də toxunmaq istəyirəm. Əgər
hər hansı möminin həyatında bir problem meydana gələrsəvə o, bunun qarşısını ala bilməzsə, digərləri vaxtı itirmədən öz din qardaşlarının yardımına tələsməli, onu bu çətinliyin çəngindən xilas etməlidir. )İmam Sadiq (ə) buyurmuşdur: "Əgər bir kəs pulunun yüz dirhəmini möminə təam vermək üçün sərf etsə, israf etməmişdir."
Həzrət Əli (ə) buyurur: "Yaxşı işlər istisna olmaqla, bütün işlərdə ifrat etmək pisdir."
Əslində bütün müsəlmanlar bilirlər ki, insan öz malı və canı ilə istədiyi kimi rəftar edə bilməz. Biz gözümüzü çıxara bilmərik, haqqımız yoxdur ki, əlimizi kəsək, bizə icazə verilməyib ki, canımıza və malımıza zərər vuraq. İnsanın öz malını israf etmək hüququ
yoxdur. Müsəlman bir şəxs deyə bilməz ki, məsələn, bu maşın mənimdir, od vurub yandırıram. Dediklərimizə sübut olaraq bir məsələni yadınıza
salım: əgər insan öz malı və canı üzərində hakimdirsə, nə üçün intihar haram sayılır? Beləliklə, İslam dünyagörüşünə əsasən, hər bir müsəlman Allahın qulu və mülküdür. Xaliq tərəfindən bizə bəxş edilən həyat, sağlamlıq, həyat yoldaşı, övlad, mövqe, mal, mülk kimi nemətlər isə hamımıza əmanət
verilmişdir. İnsan sadə libas almalı, lakin geyim qaydalarına diqqət etməlidir. Ehtiyacı olduğu qədər qida hazırlamalı, lakin yemək qaydalarına riayət etməlidir. Özünə münasib minik almalı, lakin sürücülük qayda-qanunlarına tabe olmalıdır. Həyat sürmək üçün yaxşı evi olmalıdır, lakin bu ev onun ruhunu əsir etməməlidir. Çünki sadaladığımız nemətlərdən necə istifadə etdiyimiz barədə axirətdə
sorğuya çəkiləcəyik. Aləmlərə rəhmət olaraq göndərilən əziz
Peyğəmbərimiz (s) də buyurmuşdur: "Qiyamət günündə insan, ömürünü harada tükətdiyindən, gördüyü işləri nə niyyətlə etdiyindən, necə qazanıb hara xərclədiyindən, bədənini və səhhətini haqqında sorğuya çəkilmədikcə yerindən ayrıla
bilməz".)
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.