Bəlkə də beynəlxalq müstəvidə siyasi və hüquqi qiymətini
almayan Xocalının daşı da, torpağı da hər gün bizi lənətləyir. Biz isə ildə yalnız
bir gün bu lənətləri özümüzdən uzaqlaşdıra bilirik; 26-ı fevral - Xocalı soyqırımı
günü...
Təqvimin bu günü hər halda Azərbaycan xalqı üçün faciədir.
Amma bəzilərinin azərbaycanlı olması ciddi şübhələr doğurur. 25 fevral, 26-a keçən
gecə xocalılar soyqırıma məruz qalırlar. Yüzlərlə uşaq ata-anasız, onlarla valideyn
övladsız qaldı. İnsanlar şikəst oldular, ev-eşiklərini, yurd-yuvalarını itirdilər...
nə isə bu faciəni yazmaqla canlandırmaq çətindir.
18 il sonra yenə təqvimin eyni günü, 25-dən 26-a keçən
gecə Bakı kef içində öz istirahətini yaşayır. Lider telekanalı efiri kimliyi, şəxsiyyəti
bilnməyən Rəhim Rəhimlinin ixtiyarına verib. O da özü kimiləri ətrafına yığaraq,
keçi kimi o tərəf bu tərəfə tullana-tullana meymunluq edir. Çalıb, oxuyurlar və
dünyaya Azərbaycan reallıqlarını göstərməkdən zövq alırlar, sanki. Bax bu bizim
Xocalıya verdiyimiz siyasi və hüquqi qiymət, xocalılara isə qoyduğumuz hörmətdir.
Televiziya kanallarında məlum hadisə ilə bağlı heç bir
tutarlı verliş getmir. Nəhayət üz tutdum internet saytlarına. İlk oxuduğum xəbər
bu oldu ki, telefonlardan və satış mərkəzlərindən dini mahnılar yığışdırılır. Dinlə
bağlı olan hər nə varsa yasaq edilir. Bir neçə gün əvvəl də vəzifəlilərin iş otağından
Quranı və ərəb əlifbasında olan yazıları yığışdırmaq haqqında göstəriş verilmişdi.
Sonra qan içində çabalayan bir gənci dörd-beş polisin
döymə kadrı monitora gəldi. Heç xəbəri oxumadan bu dəhşətli faciə adamı titrədirdi.
Axı onu döyməyə polisin biri də bəs idi. Bir də ki, yerdə imkansız və gücsüz qalan
şəxsə durmadan zərbələr endirmək kimə lazımdır? Durmadan xəbəri oxumağa başladım:
fevralın 13-də bir qrup gənc dindar əllərində gül-çiçək tutaraq əziz İslam Peyğəmbərinin
vəfatını və Xocalı soyqırımını qeyd etmək üçün Şəhidlər Xiyabanına üz tuturlar.
Füzuli meydanında polislə razılaşırlar ki, sakitcə yürüşlərini davam etsinlər. Sonradan
azğın və özbaşına polislər gənclərə qarşı zor tətbiq etməyə başladılar. Nəticədə
gəncləri yaxşıca əzişdirir, əksəriyyətini isə həbs edirlər. Onlardan beş nəfəri
barəsində iki aylıq həbs qəti-imkan tədbiri seçilir və çox ağır maddələrlə ittiham
olunurlar.
Onların əməlində cinayət tərkibinin olmasını deyirlərsə,
Xocalı və başqa faciələri törədənlər çoxdan xalqın gözü qarşısında edam olunmalı
idilər. Amma biz məsələdə sadəcə dəyirmi masa keçirmək və göyə şar buraxmaqla kifayətlənirik.
Görünür xalqın və millətin düşməni elə bu millətin içindədir.
Yeri gəlmişkən, cinayətkar sionist rejimin iki nazirinin
Azərbaycana gəlişindən sonra bu hadisələr baş verdi. İsrail-Azərbaycan münasibətlərindən
ağız dolusu danışanlar belə faciələri görməkdə kordurlar. Onlar ancaq çalışırlar
ki, müsəlman Azərbaycan xalqının ürəyini parçalamaqla AĞALARI-nın xoşuna gəlsinlər.