ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
ÖLKƏ NİYƏ BU DURUMA SALINIB? | MİLLİ PARKDA HƏYAT DONUB | ALİMLƏR BİTKİLƏRİN SÖHBƏTİNİ KAMERAYA ÇƏKİBLƏR | ERMƏNİLƏR PUTİNDƏN ABİDƏ İSTƏDİLƏR | I DÜNYA MÜHARİBƏSİNİN SONUNCU VETERANI VƏFAT EDİB | BIÇAQLA SİLAHLANMIŞ ŞƏXS MƏKTƏBƏ GİRƏRƏK İKİ UŞAĞI YARALAYIB | NOKİA ŞİRKƏTİ 4 MİN ƏMƏKDAŞINI İŞDƏN ÇIXARIR | ABŞ-da 15 YAŞLI GƏNC QIZ ADRENALİN XATİRİNƏ RƏFİQƏSİNİN BAŞINI KƏSDİ | CEYRANBATAN SU ANBARI DONUR | ELMAR MƏMMƏDYAROV BRÜSSELƏ GEDİB |

Bizimlə Əlaqə
Foto Xəbər
2012-Cİ İLİN SƏRT QIŞI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

PARTİYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ REALLAŞA BİLƏRMİ?

Gülağa Aslanlı: "Azərbaycanda azad, demokratik seçki keçiriləndən sonra partiyaların fəaliyyəti məlum olacaq"

AZƏRBAYCAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR?

Nurəddin Məmmədli: "Azərbaycan iqtidarı müxalifət qarşısında o qədər zəif və gücsüzdür ki, onlar hər hansı

ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR

Rafiq Əliyev: "Mənim sovet dövründə belə bir yazım çıxmışdı ki, Stalinin dövründə yaşamaq istəmirəm"

ALMAN TELEVİZİYASI EUROVİSİON QABAĞI PAYTAXT BAKIDAN GENİŞ REPORTAJ YAYIMLAYIB

Leyla Yunus: ""Eurovision Song Contest" Azərbaycan xalqına sevinc gətirməyib və özü ilə yeni faciələr gətirəcək"

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

n BAKIDA REKORD SƏVİYYƏDƏ ŞAXTA QEYDƏ ALINDI
n SURİYA TÜRK CASUSLARINI GERİ QAYTARMAQ ÜÇÜN ŞƏRT İRƏLİ SÜRDÜ
n HİNDASTANIN ÜÇ NAZİRİ ƏXLAQSIZLIĞA GÖRƏ QOVULDU (foto)
n ATASI ÜÇÜN ÖZÜNÜ XƏSTƏXANANIN DAMINDAN ATDI
n MİLLİ PARKDA HƏYAT DONUB
n 18 AYLIQ KÖRPƏ TENİS MÜƏLLİMLƏRİNƏ DƏRS KEÇDİ
n CEYRANBATAN SU ANBARI DONUR
n ABŞ-da 15 YAŞLI GƏNC QIZ ADRENALİN XATİRİNƏ RƏFİQƏSİNİN BAŞINI KƏSDİ
n ALİMLƏR BİTKİLƏRİN SÖHBƏTİNİ KAMERAYA ÇƏKİBLƏR

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
ZÜLMLƏ BARIŞANLARA
24/02/2010 - 15:56

Nurəddin İsmayıl

     Zülmə  boyun əymək, haqqına sahib çıxmamaq, miskin tale ilə barışmaq, haqsızlığa dözüm göstərmək, zalımın zülmünü Allahdan gələn bəla kimi qarşılamaq, hüquq və azadlıqlarının pozulmasına biganə qalmaq, milli qürur və ləyaqətini aşağılayanlara dirəniş göstərməmək, dilinə, soyuna həqarətlə baxanları yerində oturtmamaq, malına, mülkünə, canına qəsd edən irticaçı bir rejimin vəhşi istismarından qurtarmaq üçün iradə nümayiş etdirməmək, bütün bunlar rəzalətdəndir.

     İnsan kimi yaşamaqdan məhrum olmaq, ona qul kimi baxanların alətinə çevrilmək, öz vətənində vətənsizlik acısını yaşamaq, varlığını, iradəsini hər gün təhlükə altında saxlayan zorakı mühitin əsarətində qalmaq, ağalığını, bəyzadəliyini itirib, dilənçi hala düşmək, gündəlik ruzi üçün yad ölkələrə üz qoymaq, çadırlarda, dəmir vaqonlarda qaçqın və didərgin həyatının ağır üzüntülərini yaşamağa məcbur olmaq, bütün bunlar, səfalətdəndir.

     Ali dəyərlərdən üz döndərmək, millətini uca millətlər sırasında görməkdən şərəf duymamaq, şəxsi istəklərini milli və dövlət maraqlarının fövqündə qoymaq, heyvani həzzi mənəvi kamillikdən uca tutmaq, vətəndaşların konstitusion hüquqlarını kobudcasına pozmaq, seçicilərin azad seçki iradəsini saya salmamaq, tarixinə unutqan münasibət, insanların milli müstəqillik və vətənpərvərlik duyğularını içində boğmaq, bütün bunlar, cəhalətdəndir.

     Bir-birinə  həyan olmamaq, milli problemlərin həllində bir araya gələ bilməmək, tutduğu vəzifədən, qulluq mövqeyindən istifadə edib başqaları üzərində hökmranlığa can atmaq, özündən yuxarıya əyilmək, özündən aşağı mərtəbədə duranlara təkəbbür göstərmək, milli mənafeni şəxsi ambisiyalara qurban vermək, dövlətin dayanaqlı olmasına xidmət edən vətəndaş həmrəyliyinin gücündən yararlanmamaq, insanları qabiliyyət və bacarığına görə deyil, tayfa və reğion prinsipinə görə dəyərləndirmək, bunlar hamısı, qəbahətdəndir.

     Torpağının işğalda, qız-gəlininin əsarət altında qalması, bir milyon qaçqın və didərgin insanının acı taleyinə rəhbərlərinin laqeyd olması, zəngin bir ölkə ikən insanlarının zillət içində yaşamağa məhkum edilməsi, azad sözün daşıyıcısı olan neçə jurnalistinin həbsə salınması, xalqının ona şamil edilən hüquqlarından yararlana bilməsi, hakimiyyət uğrunda mübarizəyə siyasi düşmənçilik kimi yanaşılması, rüşvət və korrupsiya faktlarına görə məmləkətin adının qara siyahılara salınması, bütün bunlar, xəcalətdəndir.

     Təslimçi sülh sazişi ilə barışmaq, Qarabağ məsələsinin həllində  xalqın iradəsini nəzərə almamaq, Azərbaycanın gələcəyinə hesablanmış neft strategiyasini yalnız bir qrup oliqarxın mənafeyinə xidmət etdirmək, yanlış iqtisadi-siyasəti ilə xalqı sosial fəlakətlə üz-üzə qoymaq, millətin etnik simasını dəyişdirməyə cəhdlər göstərmək, dövlətin varlığını sarsıtmağa yönəlmiş dini ekstremist və separatçı hərəkətlərin qarşısını vaxtında almamaq, yalnız bu günə söykənib, istiqlal tariximizin şanlı keçmişinə dəyər verməmək, bütün bunlar, xəyanətdəndir.

     Qoşulmamaq haqq işi uğrunda mübarizəyə, səy göstərməmək azad, xoşbəxt gələcəyə, dözmək zalımların tükənməyən zülmünə, buraxmaq azad iradəni kor taleyin ümidinə, azadlığı öz içində dustaq etmək, rəzil köləliyə hər gün boyun əymək, atmamaq üzərindən qul kimi yaşamağın ağır yükünü, kəsməmək vətənində dərin kökün salan zülmün, istismarın kökünü, barışmaq səni təpərdən salan hər cür rəzalətlə, barışmaq mübarizə əzmini qıran süstlüklə, ətalətlə, bunlar hamısı, zəlalətdəndir.

     Dərs almaq gərək ibrətlə öz keçmişindən, faydası yetməz gəncliyə ağılsız yaşın yetmişindən, ucaltmaq şərəflə insanlıq adını, almaq azadlıq süngüsü ilə qarşısını, zalımın zülm-istibdadının, yolundan süpürüb kənara atmaq heyvərə tiranları, qoymamaq diriçəlməyə əcdadından güc alan fironları, kəsmək dibindən vətəninə uzanan xain əlləri, gərəyi, yaşatmasındadır insanın, özündə xoş əməlləri, izinə düş səni səndən alıb, ucaldan yolun, layiq olanlar bilir, bağlanmaz qapısı Tanrıdan üzünə açılan yolun. Bu bir yol ki, getsən, bil qiymətini, fəzilətdəndir, qiymətini bilməsi insanın, bunlar hamısı, ləyaqətdəndir. 


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

31/01/2012 SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM

n

23/01/2012 DƏRDİMİZİ QANAN GƏLSİN

n

23/01/2012 ADAM, GEDƏK DÜNYANIN O ÜZÜNƏ

n

04/06/2010 Fələstin və Livan hadisələrini düşünərkən

n

15/05/2010 İkiqütblü Azərbaycan

n

19/03/2010 CƏNNƏT YUXUSU

n

24/02/2010 ZÜLMLƏ BARIŞANLARA

n

20/02/2010 Cənnət yuxusu

n

11/02/2010 GÖY ADAMI

n

02/02/2010 İLAHİ DUYĞULAR
 
 

Günün Sitatı
RAFİQ ƏLİYEV
“Əgər hər hansı bir şəxs bilsə ki, yaxşı oxumaqla yüksək pul qazanacaq, o heç vaxt oxumaqdan yayınmaz”
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net