ABŞ-da vergi məmurlarına hirslənib təyyarəsini dövlət binasına çırpan
amerikalının hərəkətinə göstərilən rəsmi münasibət əsl Amerika
"demokratiya"sıdır
Məlum olduğu kimi, ABŞda ötən cümə axşamı bir amerikalı, vergi
məmurlarına hirslənib təyyarəsini dövlət binasına çırpmışdı. Onun bu
hərəkəti "terör" tərifinə uyğun gəldiyi halda, bu qrupa daxil edilmədi.
ABŞ-da yaşayan müsəlmanlar, "təcavüzkar müsəlman deyilsə, rəsmi olaraq
terrorist sayılmayacaqmı?" - deyə sərt reaksiya verdilər, amma kimdir
onları dinləyən.
***
ABŞda, Texas ştatının paytaxtı Austində ötən cümə axşamı günü
təkmotorlu təyyarəsiylə vergi idarəsinə kamikaze hücumu edərək, özü də
daxil olmaqla iki nəfərin ölümünə səbəb olan Cozef Stack, yeni bir
mübahisə mövzusu yaradıb.
Vergi müfəttişlərinin təzyiqlərindən qorxub intiqam almağa qərar verən
Stack, yazdığı intihar məktubunda siyasi motivasiyalı ifadələr
işlətməsinə baxmayaraq, rəsmi sənədlərdə "terörist" olaraq
göstərilməyib. İnternetdə bu təcavüzkar barəsində qəhrəman kimi bəhs
edilir və hərəkəti təriflənir.
Amerikalı səlahiyyətlilər isə, bir nəfər tərəfindən reallaşdırılan bu
hücumun, bir dövlət təşkilatını hədəf alan qəsd kimi dəyərləndirdilər,
ancaq beynəlxalq terrorizmlə heç bir əlaqəsi olmadığı fikrini sadə
kütləyə yedirtdilər.
İKİLİ STANDART
Amerika-İslami Əlaqələri Şurası da bu açıqlamaya sərt reaksiya verdi.
Təşkilatın başçısı Nihad Awad, "belə görünür ki bir çox adam və
təşkilat, bir müsəlman tərəfindən reallaşdırılmadığı halda, heç bir
sərt hərəkətinin terrorizm olaraq tanınmayacağı istiqamətində bir
mövqeyə sahibdir" - deyə bildirdi.
Və düz bildirdi. Sizcə bu ABŞ hökumətinin ikili standartı deyilmi?
Hadisə baş verən andan etibarən "terör hücumu" olaraq xarakterizə
edildi, qınandı. Hadisəylə əlaqədar narahatçılıqlar və tənqidlər
artdıqdan sonra, Ağ Ev də açıqlama verdi. Spiker Robert Gibbs, hücumu
bir terror hərəkəti olaraq təsnif edə biləcəklərini söylədi, ancaq
istintaq getdiyini üçün əlavə məlumat verə bilməyəcəyini vurğuladı.
11 SENTYABR KİMİ
ABŞ Daxili Gəlirlər Xidmətinin (IRS) Austindəki binası, hücumdan sonra
ciddi zərər gördü, ətrafı örtən sıx tüstü, amerikalılara 11 Sentyabrı
xatırlatdı. Təcavüzkar Stack isə internetdə az qala qəhrəman elan
edildi. Obama rəhbərliyinə qarşı çıxdığı üçün Stacka sahib çıxan
Respublikaçılar da tapıdı, "Buş illərinin məhsuludur" deyən Demokratlar
da...
QANUNA GÖRƏ TERROR
Bu arada qeyd edim ki, ABŞ-da bir hərəkətin terrorizm olub olmadığını
təyin etmək üçün, 22/2656f nömrəli qanuna müraciət edilir. Bu qanuna
görə, bir hərəkətin terror aksiyası sayılması üçün zəruri sayılan beş
ünsür var:
- Qəsdlə həyata keçiriləcək;
- Zorakılıq ehtiva edəcək.
- Hədəfi vətəndaş olacaq.
- Siyasi məqsədi olacaq.
- Təcavüzkar, bir adam və ya qrup olacaq.
Türklər demiş, hər şey apa açıq ortada. Bunu başa düşmək üçün sadəcə
qoyun olmamaq yetərlidir. Hadisədən o çıxır ki, əgər bir müsəlman
ABŞ-ın toyuğuna kiş desə, terrorçudur. Hətta təkcə özü yox, onun anadan
olduğu, ayaq basdığı, pasportunda vizası olan dövlət belə. Yoox, əgər
bir amerikalı təyyarə ilə girsə bir idarəyə, özünü də öldürsə, girdiyi
idarədən də kimsə ölsə, onda bu adi bir küçə xuliqanlığıdır, vəssalam.
|