Dünən də həmişəki kimi yenə də
"xəbərlərə" baxmışdım. Yenə də kefim pozulmuşdu. Axı nə qədər yalan
olar, nə qədər bəzək-düzək olar?! Pencəyimi götürüb təmiz hava almaq
üçün dəniz kənarına gəldim. Yaman dərin fikirə getmişdim ki, birdən
göydə bir "tarelka", bizim dildə desək "uçan boşqab" görünməyə başladı.
Boşqab uça-uça yaxınlaşdı. Düz gəlib mənim yanıma qondu. Məni vahimə
bürümüşdü. Qapısı açıldı. Içindən yekəpər bir kişi çıxdı. Gülə-gülə
yaxınlaşdı mənə. "Qorxma, mən də sənin kimi məxluqam!" - dedi. Kişi lap
belə təmiz Azərbaycan dilində danışırdı. Salamlaşıb, qucaqlaşdıq.
"Gedək evə, çaydan-çörəkdən yeyək!" - dedim. "Sağol, doyunca yeyib-içib
gəlmişəm." - dedi.
Kef əhval etdikdən sonra "Boşqab sürən qardaş, siz yer kürəsinə nə üçün gəlirsiniz?!" - deyə təəccüblə soruşdum.
"Bizim bu gördüyün boşqablar insan
qanı ilə işləyir dostum, ona görə də biz yer üzünə boşqabımızın qanı
qurtaranda "zapravka" etmək üçün gəlirik" - dedi. Tüklərim biz-biz
oldu. Məni narahat görüb "Bəs sən niyə gecə vaxtı dəniz kənarına
çıxmısan?" - dedi. Narahatlığımın səbəbini, telekanallarda olan
yalan-palanı anlatdım ona bir az.
"Heç narahat olma, göydən özümlə
bir "filtir" gətirmişəm, görürəm yaxşı oğlana oxşayırsan, onu sənin
televizoruna taxarıq ancaq bərsiz-bəzəksiz, yalan-palansız verilişləri
göstərər sənin televizorun." - deyib ayağa qalxdı.
"Çox saqol boşqab sürən qardaş, əvəzində mən də sənin boşqabın üçün bir az qan verərəm!" - dedim.
"Sənin qanın bizim nəyimizə lazım?
Sənin qanın vecə gəlməz, bizə enerjili, hərəkətləndirən qan lazımdır.
Boşqabımız ancaq belə qanlarla işləyir." - dedi.
"Necə yəni hərəkət verən qan, belə qan kimlərdə olur ki?!" - deyə təəccüblə soruşdum.
"Bizə lazım olan qan haqq yolunda,
mübarizcə və məzlumcasına axıdılan qanlardır. Yalnız bu qanlarda olan
enerji və hərəkətləndirici qüvvədən enerji ala bilirik." -deyə cavab
verdi.
Sonra belə əlavə etdi: "Harada ki,
gördün biz tez-tez fırlanırıq, bilki, orada haqq və həqiqət aşiqlərinin
qanı axıdılıb. Biz o qanların qədrini yaxşı bilirik" .
"Bəs indi buraya, bizim şəhərə hansı qan üçün gəlmisiniz?" -dedim.
"13 fevralda burada az da olsa çox mübariz və enerjili qanlar axıdılıb, o qanlar üçün gəlmişik" - deyə cavab verdi.
Nə isə. Danışa-danışa gəlib çatdıq
bizə. İçəri keçib televizoru yandırdıq. Gətirdiyi filtiri qoşduq
televizora. Çox sevinirdim. Artıq nəyin düz, nəyin yalan olduğunu
rahatca anlayacaqdım. Hansı proqramı göstərsə demək doğru, hansını
göstərməsə demək yalandır. Bu qədər sadə.
Həə. Elə biabırçılıq da burdan
başladı. Hansı telekanala atdıqsa hamısı kəsilib, göstərmir. ...TV,
...TV, ...TV, ...TV, ...TV. Heç biri göstərmir. Doğrusu mən belə
gözləmirdim. Utanmağa başladım. "Deyəsən televizorum xarabdır" - deyə
bəhanə gətirmək istədim.
"Boş yerə dilini yorub bəhanə gətirmə, sadəcə telekanallarınızda doğru-dürüst bir şey yoxdur!" - deyə gülə-gülə cavab verdi.
Dəhşətə gəlmişdim. Ağlamağım
gəlirdi. Məni belə görüb "Əbəs yerə deyil ki, sizin telekanallarınız
bütün kosmosda KİV (kütləvi informasiya vasitələri) kimi deyil, KSV
(kütləvi saxtalaşdırma vasitələri) kimi tanınır." - deyə əlavə etdi.
Elə söhbətləşirdik ki, birdən ayağa
qalxdı. "Mən artıq gedim" - dedi. "İndi sən hara gedəcəksən?" -
dedim. "Ermənistan Respublikasının Bənənyar adlı kəndi var, ora baş
çəkib kosmosa qayıdacağam." - dedi. Bunu eşidən kimi əsəbləşib özümdən
çıxdım. "Daha sizə sözüm yoxdur, demək ermənilər sizə də girişiblər?!
Axı Bənənyar kəndi bizim kəndimiz, Naxçıvanın kəndlərindəndir?!" -
deyib etiraz etdim.
"Yox, yox. Əsla belə deyil. Bizə heç kim girişə bilməz. Bizi heç kim aldada bilməz" -deyə cavab verdi.
"Bəs niyə Bənənyara erməni kəndi deyirsən?!" - deyə əsəblə soruşdum.
"Sadəcə bir müddət öncə gördük ki,
Azərbaycan polisləri Bənənyarlı kənd əhalisini elə vəhşicəsinə
döyüb-çırpırdılar ki, biz Bənənyarlıları ermənidilər sandıq. Axı bir
millət öz millətini necə belə amansızcasına qana bulaya bilər?!" - deyə
möhkəm səslə mənim üstümə qışqırdı.
Deməyə heç bir cavabım yox idi. Düz sözə nə deyəsən?! Xəcalətdən başımı aşağı saldım.
Bir də qaldırdıqda "Boşqab sürən" qardaş Boşqabı ilə birlikdə gözdən itmişdi.
Yaman qorxdum. Televizorum filtirlə
bir şey göstərmirdi deyə onu televizordan ayırdım. Ayıran kimi xəbərlər
proqramını göstərməyə başladı. Jurnalist həyəcanla "Bu gün axşam
saatlarında Bakının səmasında Uçan boşqab görünüb." - deyə xəbər
verirdi. Gülmək tutdu məni. Ay qardaş, bu boyda yalan olar?! Axı mənim
gördüyüm "uçan boşqab" sadəcə bir xəyal idi.
Allah razi olsun qardash. O boshqabi biz de gorduk, MasonTV-nin ekranlarinda
АЗЕРБАЙДЖАНЕЦ
22-02-2010, 18:45:05
MENDE UC SAAT OTURUB UXUYURAM GORUM NE YAZIMISIZ AXIRA CATDIM SENDEME BU SIZIN XEYALINIZ IMISH GULMEKDEN OLDUM DAY
iman aşiqi
22-02-2010, 19:44:38
Bismillah. Salam Kamil insan.
Bu meqalen de derin mena var duzdu qadashim, hele seriallardan danish,
Xeberler nedi ki o qeder derdimiz var axmaq verlishdler buruyub mavi ekrani
miletimizin derdin ceken yoxdu,here oz axmaq shou aleminden danishir ve.s
Qelemine quvvet yaz belke Alllah kerimdi bu yazilar bir ishe yaradi.
resul
23-02-2010, 15:18:41
Salam qardasim Kamil. hemishe oldugu kimi yene de yarali yerlerimizden birine toxunmusan. Allahdan dileyirem ki, telekanallarimiza besiret versin ki, uchan boshqablarin heqiqetini gorsunler. sizi de zamanenin Sabiri adlandirmaq olar bir ferqle ki o serle yazirdi siz nesrle.