ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n SADƏ VƏTƏNDAŞLAR DA HƏBS EDİLİR
n YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK"
n İTV-nin QARŞISINDAN FOTOREPORTAJ
n ƏLİ HƏSƏNOV ƏLİ ƏKBƏR SALEHİNİN AÇIQLAMASINA MÜNASİBƏT BİLDİRDİ
n 3 YAŞLI UŞAĞIN MACƏRASI
n BAKINI NƏ QƏDƏR PULA KÖÇÜRMƏK OLAR?
n İSA QƏMBƏRİN MÜAVİNLƏRİ HƏBS EDİLDİ
n İTV ƏTRAFINDA GƏRGİNLİK DAVAM EDİR
n KURTLAR VADİSİNİN "LALƏ ZARA"SINA 10 İL HƏBS CƏZASI VERİLDİ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
GÖY ADAMI
11/02/2010 - 11:39

Nurəddin İsmayıl

Əlsiz, ayaqsız, əllərin, ayaqların yetmədiyi göylərin pak, müqəddəs qoynunda nəcib, xeyirxah bir ruh dolaşmada, "Orda bir yol var uzaqlarda" göynərtili soraqlarla haqqa sadiq can sirdaşım, mövlam mənim  haqq evinə qovuşmada.

Qovuşmadadır könül yarın bağçasına, çiçək-çiçək ulduz gözlər gəl-gəl deyir, qucaq açır qərib yollar yolçusuna. Gəl-gəl deyir Tanrı üzlü mavi göylər. Get, yolun açıq olsun, gör nə zamandır göylər sənin yolunu gözlər. Yolunu gözlər göy üzü, intəhasızlıqlar,  gözlər səni yer üzündən incik düşən məsum, yalqız ruhlar. Get, qonağı ol, saqisi mələklər olan ay-ulduzla bəzənmiş məclislərin, Allah hüzurundadır məqamı nəfsi təmiz, müqəddəslərin.

Sarmış buludları qulac-qulac qollarına, yer adamı olammadın bəy əfəndim, salam olsun sənin haqq nurundan şölə saçan yollarına. Yer adamı olmağın işi çətin, yerdə pisliklər, yamanlıqlar çox, yer keçib naşı əllərə, yerdə Allah bəndəsinə aman yox. Aman yoxdur yerdə yer qurduna, çay balığına, satılır yer bazarında insan itdən ucuz bahalığına. Yer, quyruğu uzun dünyanı pardaqlayıb, sökənlərin, yerdə sənin nə işin, mələklər ağuşudur yeri tərəzisi düz çəkən kişilərin. Ələkləyəcək ələyində yaxşı-yamanı, iynəsi gözündən əyri sapları keçirən fələklər, qəm yemə, bəy əfəndim, xoş müjdəni səndən əvvəl yetirər göylərə xeyir-şər dəftərini yazan fələklər.   

Necədir, bəy əfəndim, zamana buraxıb hər  işi, zamansızlaşmaq, əl götürüb faniliklərdən, qəm nəğməsini küləklər pıçıldayan uca göylərdə əbədi kamansızlaşmaq. Necədir, hər yaranışın son mənzili, o uca  göylərin halı, yermi, göymü yaxşı, yoxsa bir aldanışdır insanın göylərə can atan şirin xəyalı?  Cənnət qoxulu çiçəklər ruha qida verirmi orada, dan şəfəqli səhərlər çiçəklər üstünə təzə-tər şehin sərirmi orada. Varmı oralarda bölgüsü aparılan ağlar, qaralar, sızıldarmı yenə sinənə dağı çəkilmiş sağalmaz yaralar. Səsi batmış Təbriz necə görünür oradan, Şuşaya əlin çatırmı, söylə, göy adamı, göylər sənin ürəyinə yatırmı?

Ürəyinə yatırmı ruhunun səmalarında pərvaz etdiyi mas-mavi göy qübbələr, yaraşırmı sənə Tanrıdan boyuna biçilmiş ulduz düyməli, ay naxışlı səmavi cübbələr. Necə qarşıladı səni könül həmdəmlərin, nazlı mələklər, üzündən utandımı sənin qara bəxtimizə tasın quran fələklər. Yaşıl işartılı nişanələr  qoyulubmu yolunu getməyə zülmətlərin, ixtiyarı zalımlar əlində deyil ki, yerdə hər tikəsinə tələ qurulan, ilahi nemətlərin. Nizamı necə qurulub göylər səltənətinin, orada ay ulduz işinə qarışmır ki, yaşamır ki, göylər yer rəzalətini, haqqı yeyilən haqsızlıqla barışmır ki. Sağ, sol, yolun o üzü, bu üzü varmı, kəsir burda əyri düzü, kişi olmaq, düzü demək orda işə yarıyarmı?

Göy üzü təmiz ayna kimi, ləkə götürməz, alar  sevdiklərini qoynuna, onu göy üzündən ötürməz. Arındırar mavi, göy sularda, heyran qalar paklığına  onun öz suyunda çimizdirdiyi  sular da. "Xoş gəldin" deyər ona  göylər yaraşığı ruh pərilər, aman allah, nə xoşbəxtlik, göy çadırlar içində sənə laylasını mələklər oxuyan bir yer sərilə. Qapısı taybatay açıla üzünə özgür aləmlərin, heyranı olasan köksü azadlıq eşqi ilə əbədi döyünənlərin. Hər gecən ayrı bir gecə ola, ala səni dövrəsinə ay, ulduz gözəllər, ax necə olar. Şikəstə, "Qara gilə"   oxuya sənə səhərlərə açılan qara gecələr, uyu qardaşım, uyu, ora bir səadət bağçası, yetər inşallah hər arzun  yerinə, ruhun  yalnız orda dincələr.  


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

27/03/2012 ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR

n

31/01/2012 SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM

n

23/01/2012 DƏRDİMİZİ QANAN GƏLSİN

n

23/01/2012 ADAM, GEDƏK DÜNYANIN O ÜZÜNƏ

n

04/06/2010 Fələstin və Livan hadisələrini düşünərkən

n

15/05/2010 İkiqütblü Azərbaycan

n

19/03/2010 CƏNNƏT YUXUSU

n

24/02/2010 ZÜLMLƏ BARIŞANLARA

n

20/02/2010 Cənnət yuxusu

n

11/02/2010 GÖY ADAMI

n

02/02/2010 İLAHİ DUYĞULAR
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.