Bu təzə çıxan "çvetnoy" - rəngli televizorlar hər şeyi həddindən artıq
rəngli, bər-bəzəkli göstərdiyindən dünyanı olduğu kimi,
bərsiz-bəzəksiz, maskasız görmək üçün o gün gəzib axtarıb köhnədən
qalan bir ağ-qara ekranlı televizor tapdım. Televizoru açan kimi gördüm
ki, "xəbərlər" proqramı gedir. Ağı qaradan, qaranı ağdan lap yaxşı
ayırım deyə ekrana yaxın əyləşdim. Verilişi "aparan" jurnalist qardaşda
olan həyəcanı görüb özüm də həyəcanlandım doğrusu.
Həə. Onu deyirdim. Jurnalist qardaş elə həyəcanla danışırdı ki, sanki
böyük bir sirrin üstündən pərdə götürmüşdü. Udquna-udquna,
tövşəyə-tövşəyə elə danışırdı ki, elə bil dünyanın açılmaz sirlərindən
birinə əl tapmışdı. Amerikadan və onun törətdiyi cinayətlərdən
danışırdı. Işə bir bax! Sən demə Dünyanın elə bir nöqtəsi yoxdur ki,
orada hər hansı bir cinayət olsun və Amerikanın o cinayətdə barmağı
olmasın. Bunları bizim jurnalist qardaşımız deyirdi. H1N1 virusu
fırıldağı, Haitidəki dəhşətli zəlzələ və bu kimi başqa cinayətlər
hamısı Amerikanın hoqqası imiş. Axırda da belə yekun vurdu söhbətə:
"Haiti xəstəxanalarından çox saylı uşaq oğurlanır. Uşaqlar ölkədən
təyyarələr vasitəsi ilə çıxarılırlar. Nəzərə alsaq ki, Haitidəki bütün
hava limanları hal-hazırda Amerikanın nəzarətindədir, 2+2=4. Hər şey
aydındır."
Qardaş danışdıqca mən dəhşətə gəlirdim. Onun bu yeni kəşfinə görə
yoxa, sadəcə düşünürdüm ki, bu bizim köhnə kişilərimiz nə dahi insan
imişlər, biz bilməmişik. Elə biri olsun bizim rəhmətlik Qəzənfər kişi.
Kişi düz 30-35 il bundan qabaq kəndimizə kəndxuda seçildi. Elə
seçilən gündən bəri harda xalqın qarşısına çıxdısa bar-bar bağırdı ki,
"aman Amerika əlindən, haray Amerika əlindən". Hələ üstəlik ona bir ad
da qoymuşdu. "dədə şeytan" deyirdi Amerikaya.
Amma xalq nə deyirdi? Biri deyirdi "kişinin suyu-havası çatmır deyə
belə danışır", biri deyirdi "kişinin gözünə su, başına hava gəlib deyə
belə sayaqlayır."
Əlqərəz, heç kim anlaya bilmədi o kişini o zaman.
"Həqiqi Allah bəndəsi Allahın nuru ilə baxır" - deyib dahilər.
Necə də dəqiq deyiblər. Dinli, əqidəli və imanlı bir kişi idi Qəzənfər kişi. Amerika böyük Şeytandı deyə-deyə yumdu gözlərini.
- "Nə zaman gördünüz ki, dədə şeytan (Amerika) sizinlə dostluq edir,
sizi bəyənir, bilin ki, yolunuz əyilib. Çünki Şeytan insanla ancaq o
əyri yolda olduğu zaman dostluq edər!" - deyərdi rəhmətlik.
Otuz il bundan qabaq, hamı Amerikanı ülvi hisslərlə yad edib onun
həsrətiylə yaşayarkən bu sözü demək üçün doğurdan da kişi olmaq lazım
idi. Həm bunu anlamaq həm də anlatmaq, hər ikisi bəsirət, məharət və
şücaət tələb edirdi. Yoxsa bu gün bunu artıq körpə uşaqlar belə
anlamışkən deməyə nə var ki?!
Ölüb- getdilər, bilmədik o kişilərin qədrini. Allah hamısına rəhmət eləsin!
Bir gün Qəzənfər kişidən soruşdular ki, yaxşı, ay kişi, hər şeyi
anladıq, bəs bu nə addır ki, qoymusan Amerikaya?! "Dədə şeytan"?!
Rəhmətlik gülümsəyərək -"Çünki bu dədə şeytanın bir balası da var,
"bala şeytan" adında. İkisi də eyni şeydilər. Hədəfləri bir, fikrləri
bir, planları birdir bu ikiliyin. Vaxt gələcək bütün dünya bu
dədə-balanın əlində girinc qalacaq." - deyə cavab verdi.
Belə baxıram, deyəsən o kişinin dediyi vaxt artıq gəlib çıxıb.
Bəs siz necə düşünürsünüz?
Allah bizi, ailəmizi, millətimiz və dövlətimizi şeytanın şərrindən amanda saxlasın!
Ilqar qardasim Allah razi olsun sozsuz ki Qezenfer kisi, o rehmetlik bunlari deyende coxlari qebul etmeselerde indi heqiqeti gorub qebul etmeye mecbur qaliblar. Qezenfer kisiden bir dene idi geldi getdi. Meqalen cox gozeldir elbetde uzerinde fikirlesib sohbetin kimden getdiyini bilenler ucun
Almaz
11-02-2010, 02:19:01
Bilmirem bu "dede"di, ya "bala". Amma onu bilirem ki, yene o Qezenfer kimi atalarimiz deyib: "Cuceni payizda sayarlar". siz de onlarin aqibetine tamasha edin. Ey insanlar, biz de o Qezenfer kimi gozu achiq olmaliyiq. En azi dushmeni taniyaq ki, haitiler kimi gozlenilmez zelzelelerle uzleshmeyek. Ilqar qardasha aktual problemlere bigane olmadigi uchun teshekkurler!
kamran
11-02-2010, 17:06:49
kishilik shalvar geymekle bilinmez, kishini kishi eden onun reftari, dushunce terzidir. bizim kohne kishiler sozun esil menasinda kishi olublar. biz kohnelmish kishiler demirik, kohne kishiler deyirik. chunki ele kishiler esla kohnelmir.
muasirlik labuddur ve gozel. amma agar bazi muasirliklar bizi kishilikden chixarirsa ar olsun onu sechanlara.
minnetdaram.
Ruqeyye
18-02-2010, 21:21:14
salammkamil qardashim her zaman ki kimi yene de aktual movzuda yazmisiniz, Allah razi olsun qardash