Bu gün dünyaca məşhur, tanınmış cinayətkarlarından
biri Azərbaycana rəsmi səfərə gəlib. Bəli, məhz cinayətkar. Amma naməlum qalan
odur ki, nəyə görə cinayətkara, işğalçıya qarşı ikili standartlarla yanaşılır?!
Əgər bu siyasətdə məqsəd ədalətə, Fələstində tökülən kimsəsiz uşaqların qanına
göz yummaq, ölkəni təhlükəli bir işğalçıya və onların əsl himayədarı olan beynəlxalq
sionizmin güdazına verməkdirsə, onda bunun adını siyasət yox, yaxşıdır olar ki,
rəzalət qoyaq. Belə olan halda nəyə görə, başqa ölkələri Qarabağ məsələsinə
ikili standartlarla yanaşmada suçlayırıq. Görəsən altmış il durmadan qan töküb,
soyqırım aparan, işğalçılıq siyasəti yürüdən birinin Azərbaycana rəsmi səfər
etməsi, Fələstində, eyni zamanda Azərbaycanımızın dilbər guşəsi Qarabağın işğalı
zamanı qanları tökülmüş şəhidlərin qanına təhqir sayılmırmı?
Özlərini Azərbaycanın qeyrətli oğulları
kimi göstərən bəzi media vasitələrinin başçıları və telekanalların rəhbərləri
belə bir işğalçını ifşa etmək əvəzinə, belə zülmkarlara qarşı çıxan insanları
suçlamaqdan belə çəkinmədilər. Axı nə zamandan zülmkara etiraz sifarişli olur, zülmkarı
müdafiə etmək isə sifarişsiz? Bunların hansı sifarişə oxşayır? Bunlar bir daha
Azərbaycanda fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin kimlərə
qulluq etmələrini sübut edən faktlardır.
Bu gün (9 fevral) Bakının demək olar ki,
əksər hissəsi zülmətə qərq olmuşdu. Bakı tıxaclarla tam iflic vəziyyətə
düşmüşdü. Hər şey bir-birinə dəymişdi. Bəlkə də bunların hamısı, bu cinayətkar
rejimin sonda Azərbaycana hansı "töhfə" verəcəyindən xəbər verirdi.