Can bizim, canan bizim, qurban bizim,
ehsan bizim
Yurd bizim, məskən bizim, talan olan
xırman bizim.
Pulla satdıq torpağı, pulla geri almaq
gərək!
Hər şeyi pul həll edirsə şükr ola
imkan bizim.
Qonşunun halın görüb biz bağı borc
verdik ona,
qoy özün tutsun bir az can
dostumuz-Vartan bizim!
Döndü odlar yurdumuz şou ilə modlar
yurduna,
nəymə lazım qarə torpaq, gül kimi
ekran bizim.
Yevrovijında bizim qız öylə şey
göstərdi ki,
Ar etdim söyləyim - "bu qız ilə oğlan
bizim!"
Erməniysə çıxdı nazla oynayıb
"can-can" - dedi.
Söylədi - "əslində hətta Azəri-baycan
bizim!"
Gördü düşmən bal üçün abır-həyadan
keçmişik,
Al götür, bir bal sizin olsun, təki
meydan bizim!
Kamila, on yeddi il yaddan kömək etdik
tələb,
Dərd bizimdirsə gərək ancaq ola
dərman bizim!