Bir klipə baxırdım döyüşdən sonra istirahət edən əsgərin köynəyinin arxasına müsafir yazılmışdı. Bu klip tarixi sənədli filmlərdən cəm edildiyindən kadrdakı əsgərin həqiqi əsgər olduğu məlum idi. Bu günkü yazımı elə müsafir və ya qonaqa həsr etmək istəyirəm. Əlbəttə ki, bəşər övladı yaranandan bu günə kimi müəyyən ömür yaşayır. Ancaq Qurani Kərimin buyurduğu kimi Bütün yaradılanlar ölümü dadacaqlar ayəsi hər bir kəsin məhv olacağını bizə bildirir və bu ayəni biz öz həyatımızda da müşahidə edirik. Lakin istər kafir istərsə də mömin özünün əbədi qalmayacağını çox gözəl anlayır.
Lakin kafirin gedəcəyi yer xarabalıq, möminin gedəcəyi yer isə əbədi səadətdir. Əlbəttə ki, bunu kafir qəbul etməz, qəbul etməsi bizə lazım da deyil. Qurani Kərimin buyurduğu kimi onların Gözləri kor, qulaqları kardır, qəlblərinə də möhür vurulub(yəni düz yola gəlməyəcəyi barədə).
Bəzən ictimaiyyətdə bəzi məmurların özbaşnalığını gördükdə düşünürəm, görəsən bu ölüm haqqında fikirləşir? Görəsən atası və ya babasının gedəcəyi yeri və ya onların hal hazırki durumunu ağlından keçirirmi? Axı bu qədər qəflət olar. Düzdür bəzən inanclı insanların da qəflətə düşdüyünü ən azı öz durumumdan və ölkədəki durumdan anlayıram. Məscid sökülməsini niyə minbərdə danışmalıyam. Sonra gəlib məni həbs etsinlər, ailəm necə olacaq kimi cümlələrin dini savadı elə də az olmayan bəzən özünü alim kimi aparandan eşidəndə lap elə bil damarlarda qan donur. Bu şəxslər nə qədər İmam Huseyn(ə) başa düşüblər? Bu şəxslərin dünya pərəst olmasındanmı, qorxudanmı bu sözləri dediyini araşdırmaq fikirimiz də yoxdur. Hər halda bunu zaman göstərər. Və yaxud mən çox elm oxumuşam sinəsinə vuranlar digərlərinə o az oxuyub deyəndə təkəbbürü görməmək mümkün deyil-əlbəttə ki, bu da qəflətdir.
Bəzən həqiqət danışanları görəndə qıraqdan bu filan yerə işləyir kəlməsini də az görməmişik. Gətirdikləri dəlilə bir baxın: Filankəs sərt danışır amma tutmurlar niyə görə? Yəqinki əlaqələri var, filankəsin adamıdı və s. Bu cür sözlər birincisi böhtan xarakterlidir, ikincisi isə ilahiyyatçı ruhaninin abırını aparmaqdır. Bu məsələ də çox böyük qəflətdir.
Bəs qəflətlərin səbəbi nədir? Bunu heç düşünürükmü? Bəlkə Allahın bəlasıdır, bəlkə Allah evinin sökülməsi xəbərini eşidəndə tükümüz tərpənmir, bəlkə kasıb mömin gələndə bir baxış, varlı və ya varlı kimi görünən biri gələndə başqa baxışla baxırıq. Bəlkə qeybəti artıq günah saymırıq. Bəlkə, bəlkə. Nə qədər saymaq olar.
Onu yaxşı bilək ki, biz bu həyata qonaq gəlmişik, bir neçə illik. Gedəcəyimiz yerdə bəllidir. Lakin aparacağımız məlum deyil. Ya ixlaslı əməllər, ya da ki, riya dolu təkəbbürlü böyük gördüyümz əslində odu böyük olan günahlar. Allah bizi bu odlardan qorusun. Onsuz da yazımı oxumayan az olanda da oxumur, oxuyan çox olanda da oxuyur, nə isə gəlin İmam Zaman (ə.f)-i unutmayaq. Gəlin Allahın bizi görməsini unutmayaq. Gəlin bu dünyada müsafir olduğumuzu anlayaq. Yoxsa çağırılmamış qonağın gününə düşərik.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.