Həqiqətən də, belə demək olar ki, əsl demokratiya debatsız mövcud ola bilməz
Qədim dövürlərdən debat açıq cəmiyyət
məfhumu ilə sıx bağlı olmuşdur. Debat iki komanda və ya individuallar
arasında arqumentasiyanın formal yarışıdır. Daha geniş desək və ən əsası debat
demokratiya və açıq cəmiyyətin inkişafı və qorunması üçün əhəmiyyətli vasitədir.
Məhdud sayda ideyaların mütləq həqiqət kimi qəbul olunduğu totalitar və digər
qeyri-demokratik rejimlərdən fərqli olaraq demokratik cəmiyyətlər azad və açıq
fikir mübadiləsindən asılıdır. Həqiqətən də, belə demək olar ki, əsl
demokratiya debatsız mövcud ola bilməz. Bu gün Haitidən Serbiyaya qədər,
Niderlanddan Monqolustana qədər və ondan uzaqda debatlar demokratik dəyərləri
inkişaf etdirən forum kimi genişlənməkdədir. Hələ 2500 il əvvəl Sokrat tələbələrini
öz fərziyələrini nəzərdən keçirməyə vadar etdiyi kimi, debat bu gün dünya tələbələrini
bir-birini sorğu-sual etməyə, dinləməyə, ən davamsız mövzuları belə açıq,
dözümlülük və əməkdaşlıq ruhunda tədqiq etməyə çağırır. Bu günlərdə Lent.az
portalında cavan bir şəxsin USTAD səviyyəsində olan bir doktorla debata hazır
olduğunu iddia etməsi, həqiqətən də mənim marağıma səbəb oldu. İlk öncə
debat həvəsində olan şəxsin fikirləri, ideyası və ən əsası faktlarını mütaliyə
etməyə başladım. Əvvəldə marağıma səbəb olan debat daha sonra, mənə bu
yazını yazmağa və əsasən də adı çəkilən debatda iştirakçı olmağa vadar
etdi. Niyə vadar etdi? Çünki debatın mövzusu və istifadə olunan faktlar
daha çox mənim profilimə uyğun idi. Nəysə, gəlin qısaca da olsa, sizə
debata hazır olan Taley Şahsuvarlı və debata dəvət olunan USTAD İlqar
İbrahimoğlu barədə məlumat verim. İlk öncə "Yol
böyüyndür" misalından istifadə edərək İlqar İbrahimoğlu barədə
bildiklərimi sizlərin nəzərinə çatdırmaq istəyirəm. İlqar İbrahimoğlu -
DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, İçərişəhər
"Cümə" məscdinin imam-camaatı, həftəlik "Dəyərlər" qəzetinin
və Dəyərlər AİN (Azerbaijan Islam News) portalının (http://www.deyerler.org/)
baş redaktorudur. İlqar İbrahimoğlu həmçinin iqtisadiyyat, fəlsəfə və
ilahiyyat üzrə ali təhsil almış, eyni zamanda "İslam və Qərb fəlsəfələrinin
inteqrasiyası" mövzusunda elmi dissertasiya müəllifidir. Debat
arzusunda olan Taleh Şahsuvarlıya gəldikdə isə onu deyə bilərəm ki, o yalnız
islamafobik fikirləri ilə tanınan, debat prinsiplərindən xəbərsiz olan və
gündəmdə qalmaq üçün hər cür çirkinliyə əl atan yazardır. Yəqin ki, hər iki şəxs
barədə yazılanları mütaliyə etdikdən sonra fərqi görə bildiniz. Fərq mövzusuna
çox toxunmadan Taleh adlı yazarın arzusunda olduğu debatın əsas mövzusu
barədə sizləri məlumatlandırmaq istəyirəm. Debat həvəskarı olan
Taleh, İlqar İbrahimoğlu ilə zəncir, sinə vurmaq və İmam Hüseynə (ə) əza
saxlamağın insan haqlarına zid olduğu mövzusunda debat aparmaq istəyir. Bu cümləyə
diqqətlə nəzər yetirsək arzularla yaşayan şəxsin arzusunun ürəyində qalacağını
söyləməyə məcburam. Çünki arzu həvəskarı, İlqar İbrahimoğlu kimi
bir alimlə debat aparmaq üçün hələ çox, yox yox, lap çox aşağı səviyyədədir.
Çünki debat həvəskarının debatın tarixi və prinsipləri barədə məlumatı yox səviyyədədir.
Əgər onun bu barədə məlumatı olsaydı, həvəskar yazar debat üçün adicə lazım
olan: hörmət, düzgünlük, öyrənməyi öyrənmək və aydınlıq kimi prinsipləri
nəzərə alıb bunu istəməli idi. Amma arzularla yaşan Talehin debat təklifini
özündə əks etdirən yazısına nəzər salsaq, bunların heç birini görmək mümkün
deyil. Əvvəla İlqar İbrahimoğlu kimi alimə "yalançı və
böhtançısınız"-deyə müraciət etməklə hörmətsizlik etməz, ona "vətənpərvərliyiniz
və cəsarətiniz çatmaz" deməklə düzgünlük balansını pozmaz, İmam Hüseynin (ə)
həyatı və qəhrəmanlığı mövzusunda İlqar müəllimdən öyrənməyi öyrənmək əvzinə
ağzına gələni danışmaz və nəhayət ETTALAT və İsa Qəmbər sözlərini işlətməklə
aydın olan fikirlərə qaranlıq gətirməzdi. Ümumiyyətlə arzu həvəskarının
yazısında "Azərbaycanın media patronlarına səslənirəm: kim sözlə
karikatura çəkmək istedadımı görmək istəyirsə bir debat təşkil etsin, məni də,
Hacı İlqarı da ora çağırsın" fikirləri boğazdan aşağı deyilən bir söz
olduğu açıq-aşkar məlum olur. Mən bir daha bildirmək istəyirəm ki, ey arzularla
yaşayan Taleh Şahsuvarlı, sənin bu gün İlqar İbrahimoğlu kimi şəxsiyyətlə
oturub danışmaq üçün nə ədəbin, nə tərbiyən, nə də ləyaqətin var. Sənin İlqar
İbrahimoğlu adından istifadə edərək gündəmə gəlmək arzuların elə ürəyindəcə
qalacaq. Sonda arzu həvəskarına bir təklif edib onu ümüdləndirmək istəyirəm.
Onun debat aparmaq mədəniyyəti çox aşağı olmuş olsa da, mən ona debatın istər
"Karl Popper format", istərsə də "Street law" hüquq
proqramı növündə mənimlə debat aparmaq şəraiti yaradıram. Əgər arzuları kənara
qoymaq istəyirsənsə, sənin cavabını gözləyəcəm.
Allahin salami olsun uzerine. Eziz Orxan bey dogurdanda yazilarin olduqca nefis tertibatla yazilmish bir yazidir. Ve en esasi heqiqetdir. Bilirsen, Shahsuvar kimileri cox olacaq, qaldi Ilqar Ibrahimoglu ile onun diskusiyasi, debati bu nese gulunc gorunur.