Hal-hazırda dünyada bir səs
eşidilir, o da Amerikanın səsidir. Nə qədər dünyada insan haqlarından
danışılıb, bu yöndə çeşidli təşkilatlar yaransa da, ancaq yenə də yeganə eşidilən
səs Amerikanın səsidir. Bu səs o dərəcədə güclüdür ki, nəinki Amerika və onun tərəfdaşlarının
törətdiyi cinayətlərin ücbatından fəryad edən insanların səsini üstələyir, hətta
dünyada olan 200-dən artıq ölkənin səsini belə boğmağa qadirdir. Təkcə İkinci
dünya müharibsəindən bu tərəfə Amerikanın dünyanın müxtəlifbölgələrində, müxtəlif ad və bəhanələrlə
müdaxilə edərək milyonlarla insanın qanına bais olması, daha doğru desək
soyqrım törətməsi müəyyən qədər məlumatlı insanlara gün kimi aydındır. Bu ölkə
hətta insan haqlarını qoruyan təşkilat kimi tanınan BMT-də nə dərəcədə
qeyri-demokratik üsullardan istifadə edərək ümumbəşəri konvensiyaları tapdamağı
belə hamıya bəllidir. Demokratiyanın əsas prinsiplərindən hesab edilən əksəriyyətin
üstünlüyü prinsipi, nə qədər gülünc görsənsə də, elə "demokratiya carçısı" olan
Amerika tərəfindən "VETO" hüququ ilə açıq-aşkar tapdalanır, ancaq yenə
Amerikanın səsi bütün səsləri üstəliyir. Biz bunun Azərbaycanda da şahidiyik.
Azərbaycan hər zaman öz qanuni və milli hüquqi olan Qarabağ torpaqlarını geri
almaq barədə ciddi addım atmaq istədikdə, Amerika tez əl-ayağa düşərək, öz ermənipərəst
xislətini aşkar edib, Azərbaycanın bu yöndə ciddi addım atacağı təqdirdə Qarabağın
müstəqilliyini tanıyacağını ilə hədələyir. Bunlara baxmayaraq, Amerikanın radio
və himayə etdiyi saytları Azərbaycanda açıq şəkildə fəaliyyət göstərir və öz "səsi"-ni
aşkar surətdə Azərbaycan qanunvericiliyinə nə qədər zidd olsa da, yenədə
ucaldır.
Bu günlər İraqda parlament seçkilərinə
hazırlıq işləri gedir. Ancaq dünyanın hər yerində olduğu kimi Amerikanın bu ölkədəki
müdaxilələri də iraqlıları dinc buraxmır. Vaxtilə Səddama və onun "BƏƏS"
partiyasını diktator yığıncağı adlandıran və elə bu adla da onlara hücum çəkib əslində
isə İraqı işğal və viran edən Amerika, indi isə bu partiyanın üzvlərini himayə
etməklə yanaşı İraq hökümətində və seçkilərdə mütləq iştirak etmələrini istəyir,
əks təqdirdə Amerika hökümətinin bu seçkiləri legitim tanımayacağı ilə hədələyib.
Amerika prezidenti müavini Co
Bayden artıq bir neçə gündür ki, köçünü İraqa salıb və İraq höküməti və xalqı
ilə demək olar əlbəyaxadır. Məqsəd isə yenə Amerikanın maraqları və "səsi"-dir.