ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
ÖLKƏ NİYƏ BU DURUMA SALINIB? | MİLLİ PARKDA HƏYAT DONUB | ALİMLƏR BİTKİLƏRİN SÖHBƏTİNİ KAMERAYA ÇƏKİBLƏR | ERMƏNİLƏR PUTİNDƏN ABİDƏ İSTƏDİLƏR | I DÜNYA MÜHARİBƏSİNİN SONUNCU VETERANI VƏFAT EDİB | BIÇAQLA SİLAHLANMIŞ ŞƏXS MƏKTƏBƏ GİRƏRƏK İKİ UŞAĞI YARALAYIB | NOKİA ŞİRKƏTİ 4 MİN ƏMƏKDAŞINI İŞDƏN ÇIXARIR | ABŞ-da 15 YAŞLI GƏNC QIZ ADRENALİN XATİRİNƏ RƏFİQƏSİNİN BAŞINI KƏSDİ | CEYRANBATAN SU ANBARI DONUR | ELMAR MƏMMƏDYAROV BRÜSSELƏ GEDİB |

Bizimlə Əlaqə
Foto Xəbər
2012-Cİ İLİN SƏRT QIŞI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

PARTİYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ REALLAŞA BİLƏRMİ?

Gülağa Aslanlı: "Azərbaycanda azad, demokratik seçki keçiriləndən sonra partiyaların fəaliyyəti məlum olacaq"

AZƏRBAYCAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR?

Nurəddin Məmmədli: "Azərbaycan iqtidarı müxalifət qarşısında o qədər zəif və gücsüzdür ki, onlar hər hansı

ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR

Rafiq Əliyev: "Mənim sovet dövründə belə bir yazım çıxmışdı ki, Stalinin dövründə yaşamaq istəmirəm"

ALMAN TELEVİZİYASI EUROVİSİON QABAĞI PAYTAXT BAKIDAN GENİŞ REPORTAJ YAYIMLAYIB

Leyla Yunus: ""Eurovision Song Contest" Azərbaycan xalqına sevinc gətirməyib və özü ilə yeni faciələr gətirəcək"

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
Statistika xeyir-dua verir
22/01/2010 - 16:19
cavid-113@mail.ru
Cavid İmamoğlu
Ölkəmizdə demoqrafik vəziyyət stabildir. İnsanlar arasında ailə qurmağa və övlad sahibi olmağa olan məhəbbbət qalmaqdadır. Təbii ki, bütün bunlara səbəb kimi biz tarixən formalaşmış adət və ənənələri, o cümlədən dinin təsirini göstərə bilərik. Ancaq, bütün bu sadaladıqlarım ilə yanaşı qloballaşan dünyanın bəzi mənfi təsirlərini cəmiyyətimiz hiss etməkdədir. Beləki, vaxtı ilə öz əsassız və məntiqsiz konsepsiyaları ilə Avropa və qərbi qocalaşdıran nəzəriyyəçilər indi də qocaman şərqin üzərində işləməkdədirlər.

Bu dəfəki araşdırmam statistik göstəricilər və reallıqlar haqqındadır. Beləki, ideologiya qaynağı qərb olan bəzi mütəxəssislər və onların regionlar üzrə nümayəndələri hər vəchlə ölkə əhalisi arasında ailə qurulması yaşını qaldırmağa çalışırlar. Nümunə kimi desəm, onlar düşünürlər ki, 18 yaşına çatmış bir insan əgər ailə qurursa, o həyatında ən böyük səhv addımı atmış olur. Səbəb kimi də əsassız boşanma, ailə planlaşdırılmasını göstərirlər. Cəmiyyət arasında, kiv-lərdə, dəyirmi masa və müzakirələrdə biz bu kimi fikrlərə tez-tez rast gəlirik-"Erkən yaşlarında nigah ailələrin dağılmasına səbəb olur", "Ailə planlaşdırılması əsasən 25-29 yaş arasında daha düzgün olar" və s. Halbuki, deyilən bu fikrlərin arxasında heç bir real statistik göstərici durmur. Hər hansısa bir tədqiqat və statistika göstərmədən gənc yaşlarında evliliyə qarşı çıxanlar cəmiyyəti, ailə qurmaq istəyən gəncləri əsassız boşanma hədəsi ilə qorxudurlar.

Reallıqda isə statistik göstəricilər bunun tam əksindən xəbər verir. Ən çox boşanma nəinki gənc yaşlarında və erkən nigahda müşahidə edilir, əksinə tam orta yaş dövründə özünü biruzə verir. Rəsmi statistik məlumatlara istinadən deyə bilərəm ki, ən çox boşanma, yaşı kişilərdə 30-39, qadınlarda isə 25-29 yaş aralarına təsadüf edir. Əksinə, gənc yaşlarında, əsasən 18 yaş aralarında nigahların sayı 35 olmuşdur ki, (2008-ci ilin rəsmi məlumatlarına görə) bunlardan yalnız 5-də boşanma halı olmuşdur. Bu da erkən yaşlarında nigah bağlayaraq ailə quran ailələrin cəmi 14 faizinin sonrada dağılması ilə nəticələnməsi deməkdir. Bu boşanmaların da səbəbi heç də gənc yaşlarında ailə qurmaq olmamışdır. Göründüyü kimi, statistik göstəricilər bu fikrdə olan və cəmiyyət arasında katalizator rolunu oynayan şəxslərin iddialarını əsassız çıxarır və gənc yaşlarında ailə qurmaq istəyən insanlara xeyir-dua verir.

Şükrlər olsun ki, bu gün ölkəmizdə bu sahədə işlər təbii şəkildə tənzimlənir. Müqayisə üçün deyə bilərəm ki, Estoniya höküməti ailə quraraq övlad dünyaya gətirən valideynlərə yüksək səviyyədə sosial güzaran vəd etsə də, bu ölkədə övlad dünyaya gətirmək demoqrafik problemə çevrilib və əhali arasında qocalma sürətlə artır. Təbii ki, aparılan tədqiqatlar bunu əsasında cəmiyyətdə mövcud mənəvi boşluqların olmasını göstərir. İnsanlarda özünüsevərlik və eqoizmin baş alıb getməsi, övlad dünyaya gətirib tərbiyyə etmək əvəzinə it-pişik saxlayıb minlərlə pul xərcləmələrinə gətirib çıxarmışdır. Biz də isə tam əksini müşahidə edirik. Ölkə əhalisinin 98 faizinin müsəlman olması və İslama etiqad etməsi faktoru bu işi təbii şəkildə qaydasına qoyub. O cəhətdən bizim hökümətin bəxti gətirib ki, xalqımız öz dini rituallarına və göstərişlərə sadiqdir. Çünki, İslam buyurur ki, "Allah yanında heç bir iş izdivac qədər sevimli deyil" və yaxud "İzdivac edən hər bir şəxs səadətin yarısını əldə etmişdir".

Əgər qərbdəki, xüsusən ABŞ-dakı vəziyyət ilə maraqlansaz, o halda çox acınacaqlı vəziyyət ilə qarşılaşacaqsınız. Misal üçün bir neçələrini mən bu araşdırmada göstərmişəm. Beləki son illərdə ABŞ-da boşanma halları on dəfə artmışdır. Təqribən hər dörd nikahdan biri boşanma ilə nəticələnir. Amerikada qadınların əksəriyyəti evləndikdən iki, səkkiz və ya iyirmi ay sonra ərlərindən ayrılırlar. Hər il 150 min körpə boşanmanın qurbanı olur. İsveçdə isə son əlli il ərzində boşanma min faiz çoxalmışdır. Fransada da bu rəqəm ildə 70%-dən artıq olur. Birinci və xüsusilə də ikinci dünya müharibəsindən sonra nikahların sayının kəskin azalmasına səbəb olan amillərdən başlıcası əxlaqi pozğunluqların artması idi. Gənclər ailə qayğısı çəkmədən, məsuliyyətsiz yaşamağı nikahdan daha üstün tuturdular. Fransada ildən-ilə boşanmaların artmasını görən "ailə federasiyası" təşkilatı dövlətdən 1945-ci ildə ləğv olunmuş qanunun yenidən tətbiq olumasını tələb etmişdi. Həmin qanuna görə evlənmənin ilk üç ilində hər cür boşanma qadağan edilirdi. İngiltərədə belə qanun aşağıdakı iki halın istisna edilməsi ilə icra olunurdu:-"Ər tərəfindən fövqəladə vəhşilik və kobudluq, qadın tərəfindən hədsiz pozğunluq və xəyanət".

Bütün bunların nə üçün baş verdiyini isə alimlər çoxdan araşdırmışlar. Beləki, doktor Əli Şəriəti "Fatimə Fatimədir" adlı kitabında belə yazır: "Qadın öz təravətli dövrünü azad cəmiyyətin restoranlarında, parklarında, kazinolarında xərcləyir və bir də onda ayılır ki, ətrafda kimsə yoxdur. Onu yalnız keçmiş xatirələrdən ləzzət almaq üçün yada salırlar. Kişi də eyni həyat tərzini yaşayır. Hər bağçadan bir gül dərib, cinsi qüvvəsini sağa-sola xərcləyir. Bir müddət sonra "azad" kişidə ümumiyyətlə, qadın cinsinə maraq qalmır. Cinsi istəyini dünya sərvətinə maraq, əyləncələr əvəz edir. Amma bir vaxt gəlir ki, "azadlıq"dan yorulmuş kişi və qadın tənhalıq hissindən yaxa qurtarmaq üçün ailə qurmaq qərarına gəlirlər. Ailə qurulur. Amma bu ailənin əsasını nə gənclik eşqi, nə də hansısa ali məqsəd təşkil etmir. Bu ailədə hansısa müqəddəslikdən söhbət belə gedə bilməz. Onlar nə üçün həyat qurduqlarını özləri daha yaxşı bilirlər. İzdivac mərasimləri istər meriya, istərsə də kilsədə çox təmtəraqlı keçirilir. Maraqlıdır ki, 200-300 gəlindən təqribən 10 %-i gəlinlik paltarı geyir. Onlar etiraf edirlər ki, bu yaşda gəlinlik paltarı geyinmək münasib deyil. Demək olar ki, toy mərasiminin səhəri hərə öz işinin ardınca gedir. Çünki yeni ər-arvadı bir yerdə saxlayası elə bir səbəb yoxdur. "Hər şey" artıq çoxdan xərclənmişdir.Bəzən də toy mərasiminin qurulmasına yenicə doğulmuş körpə səbəb olur. Qanun izdivac tələb edir! Qətiyyətlə deyə bilərik ki, qərbdə və okeanın o tayında ailə əsasları çox kövrəkdir. Ailədə doğulan körpələr "azad" ata-ananın diqqət mərkəzində olmur. Çox vaxt qurulmuş ailə çox tez bir zamanda iki ünvanda yaşamağa başlayır, yəni ər - ayrı, arvad - ayrı!".

Xülasə, hər bir kəsin nə vaxt ailə quracağına ancaq və ancaq hörmət bəsləmək olar. İslam ailə qurmaq məsələsində insanlara yalnız tələsmədən tələsməyi tövsiyyə edir. Tam fərqli formatda, bizim bəzi qərbli ekspert və nəzəriyyəçilər isə dezinformasiya xarakterli və yalançı statistika ilə gənclər arasına təhlükəli toxum səpmək və evliliyin qarşısını almağa çalışırlar.

 


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
farid_abdullah 26-01-2010, 00:51:23
Salam olsun haqq yolunu gedenlere ve ona tabe olanlara! Bu erken evlilik ve ya boshanma hallari insanlarin bezi eqli gostericilerini terk edib istekleri yonelen bir sheye istiqametlenmesindendir. Duz deyirsen Shahmaliyev. Teessufler olsun. Chox teessufler! Bezen valideynler mecbur edir, bezen insan cavanliq coshgunlugundan...Bezen aile heyatinin cinsi lezzet hesab edenler... Aile heyatinin davamli olmasi u4un mutalie etmek lazimdir. Lakin bizimkiler maarifleshmeden her vaxt qa4iblar. Qerb dovletleri he4 misala gelmezdir. Oradaki aileleri hele bizlere numune getirirler. Dunyanin ishine baxe! Gor kimleri bize numune getirirler. Bele de olmalidir. Peygember ve Ehli-Beyti terk eden insana numane yalniz onlar qalar. Allah qelemini daha da iti etsin Shahmaliyev
 
 

YAZARIN DİGƏR YAZILARI

n

20/01/2012 ELMLƏR AKADEMİYASINA GEDƏN YOL

n

02/12/2011 ZİYALI VƏ İNTELEKTUAL OLAQ!

n

24/11/2011 DÜŞÜNƏNLƏRİN SONU

n

03/11/2011 QADAĞA FOBİYASI

n

24/08/2011 MƏN BURDAYAM

n

30/07/2011 TERRORÇUYA TERRORÇU DEMƏYƏ ÇƏKİNƏN QƏRB

n

27/06/2011 SƏRBƏST İNSANLAR ÖLKƏSİ

n

01/06/2011 NECƏ KÖMƏK EDƏK?!

n

17/05/2011 ÇARƏ SİZSİNİZ!

n

03/05/2011 SEVGİ DOLU MÜHİTİN ÖVLADLARI

n

13/04/2011 VURMA, BAŞA SAL...

n

25/01/2011 SOSİUM NİYƏ RADİKALLAŞIR?!

n

10/12/2010 Qadınımıza qarşı "Hicab" zorakılığı

n

20/11/2010 ÜNSİYYƏT PROBLEMLİ İNSANIMIZ

n

30/10/2010 Yoxsul olmamaq mənim haqqımdır

n

25/09/2010 GÜNAYIN GÖZ YAŞLARI

n

23/08/2010 Zorakılıqsız həyat

n

02/07/2010 Sosial rifah səviyyəsi aşağı olanda...

n

15/05/2010 Ailə Günündə Ailələrin günü

n

05/04/2010 2011-i "Ahıllar ili" elan edək!

n

25/03/2010 Uşaqlar ailədə zorakılıq görməməlidir

n

18/03/2010 "Lazım gəlsə..."

n

08/03/2010 Sevginin rəngi

n

05/03/2010 "U(O)BAMA"

n

10/02/2010 Qorxuram...

n

04/02/2010 "Eurovision" vision of tomorrow

n

30/01/2010 Adın nədir?!

n

26/01/2010 "Birisi" barədə

n

22/01/2010 Statistika xeyir-dua verir

n

15/01/2010 Polis də insandır

n

11/01/2010 Ey yaşı ötmüş pir!

n

30/12/2009 Reproduktiv sağlamlıq və İslam

n

18/12/2009 Dilemma aksiyaları və KƏRBƏLA

n

02/12/2009 İslam Online

n

16/11/2009 Üzeyir bəy fitnəçilərə cavab verir

n

10/11/2009 SUYU BULANDIRANLAR

n

04/11/2009 "Pensiya" və "Azan"

n

31/10/2009 Türkiyənin azmağı, yoxsa?

n

10/10/2009 "İNFEKSİONİST"

n

03/10/2009 "Pulun var sizün?"

n

16/09/2009 Qüds və sülh

n

11/09/2009 "I m Halal"

n

03/09/2009 Step by Step

n

23/08/2009 Ramazan və sosial iş

n

04/08/2009 İslam və homoseksualizm
 
 

Günün Sitatı
RAFİQ ƏLİYEV
“Əgər hər hansı bir şəxs bilsə ki, yaxşı oxumaqla yüksək pul qazanacaq, o heç vaxt oxumaqdan yayınmaz”
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net