Elə bilirsiz oğlan elə əvvəldən Günə baxırdı? Yox. Əsla. Əvvəllər
küçədə bazarda, harda gəldi bir stul qoyub otururdu. O qədər bu soyuq
havada küçələrdə avaralandı ki, axırda başına soyuq dəydi oğlanın.
Sonra tanımasınlar deyə adını dəyişib böyük mağazalarda stul qoymağa
başladı. Beçaraya soyuq elə möhkəm dəymişdi ki, mağazalarda olan
istilik də onun canındakı soyuğu çıxarda bilmədi. Oğlan bir başa
Günəşdən yardım istəməyə qərar verdi. Günəş sağ olsun, güclü şüasıyla
vurdu çıxardı soyuqdəyməsini oğlanın. Sevdi Günəşi oğlan. "Bundan sonra
ancaq Günə baxacağam" - dedi. O gündən ancaq Günə baxmağa başladı.
Daha bilmirdi ki, Günəşlə oyun oynamaq olmaz, ona eynəksiz baxmaq
axmaqlıqdı. Çox dedilər bunu oğlana, amma dinləmədi ki, dinləmədi.
Uzun zaman Günə baxdıqdan sonra nəhayət Gün öz işini gördü. Şüası kor elədi bir cüt gözünü oğlanın.
Həə. Bütün dərdlər də elə bundan sonra başladı. "Fortuna" - ilə
camaatın evinə girib o casusvari baxışlarıyla onlara göz verib işıq
verməyən oğlan indi özü də həm gözsüz həmdə işıqsız qalmışdı. Bir
zamanlar Günəşi sevən oğlan indi bu sevgini inkar etməyə başladı. Axı
gözlərini Günəş kor etmişdi.
Korluq sıxmışdı oğlanı. İş o yerə gəldi ki, kor oğlan yavaş-yavaş
hətta Günəşin varlığını belə inkar etdi. Amma yaxşı deyib o kişi : "Günəşi görməmək adlı bir fəlsəfə də var, onun adı korluqdur."
Həə əziz dostlar, dünənə kimi bəzi şoubiznes əhli ilə avara-avara,
mənasız-mənasız çərənləyən oğlan nədənsə birdənbirə "burnu girməyən
yerə başını soxub" ilahiyyatçı cildinə girdi. Dini məsələlərin bu
başından vurub o başından çıxdı.
Əslində belə qatma-qarışıqlıq doğma Azərbaycanımızda ilk deyildi. O gün "xəbərlər" proqramında göstərirdi ki, bəzi orta məktəblərdə işlər yaman
qarışıqdı. Belə ki, rus dili müəllimi fizika dərsi deyir, tarix
müəllimi coğrafiya tələbələri yetişdirir...
Bu gedişlə ki, gedirik əgər sabah-birisi gün milli məclisimizin
yarısını sabiq çobanların təşkil etdiyini görsəniz heç
təəccüblənməyin! Çünki bura Azərbaycandı.
Salam qardas bu yaziniz oxudum rehmetlik Baba Punhanin bir sheri yadima dushdu. Vekil artist,vekil shair. Sizin yazilari derrake ile oxuduqda gorursen ki,Vetenimize urekden yanan bir insansiz. Amma ne xeyri hami sizn kimi dushunmur.
Qurbanova Sevinc
21-03-2010, 10:18:09
Teshekkur.Yaxshi ki, gunebaxan "qardasjlarimizin" - momin sifetli cahillerin evezine momin qelbli qardashlarimiz var! Allah razi olsun.