İnsanların haqq səslərini ucaltdıqları məkanlar məhdudlaşdırılır
Amerika Əmək Nazirliyindən
verilən məlumata görə, buölkədəişsizlərin sayı kəskin artıb və bu artım sürətlə davam
edir. Mənbə buna əsas səbəb kimi düyada baş verən maliyyə böhranını göstərir. Məlumatda
deyilir ki, işə götürülənlərin sayı, işdən çıxarılanların sayından düz beş-altı
dəfə azdır. Belə gedərsə amerikalılar bu ölkənin vətəndaşlığından çıxıb, Avropa
ilə Asiyanın düz ortasında yerləşən, zəngin neft yataqlarına malik olan və regionun
ən aparıcı dövlətinə çevrilən odlar yurduna - Azərbaycana üz tutacaqlar. Çünki orada
hər il təqribən yüz iyirmi, yüz əlli min yeni iş yeri açılır. Əhalinin sayını nəzərə
alsaq, bu gedişlə yaxın vaxtlarda altı aylıq uşaqlardan başlayaraq hamı işlə təmin
olunacaq. Ekspertlər praqnoz verirlər ki, bir müddətdən sonra yaş həddi üç aya da
endirilə bilər. İşdən çıxarılma yaxud qovulma halları isə qeyd olunmur. Olunsaydı,
Amerikadakı kimi saat 18:00-dan sonra küçələrdə insan əlindən tərpənmək olmazdı...
Azərbaycan Milli Məclisinin
mətbuat xidmətindən verilən məlumata görə isə soyadların sonluqları dəyişdirilməlidir.
Məlumatda bildirilir ki, bu vaxta qədər "ov", "yev" və sair sonluğuyla bitən soyadlar
artıq milli şəkilçilərlə tamamlanmalıdırlar...
Fərqi özünüz deyin. Görün,
Amerika iqtisadi və sosial-ictimai cəhətdən bizdən nə qədər geridədir. Azərbaycanda
demək olar ki, bütün sosial problemlər həll olunub. Milli məclisdə də vaxt öldürmək
üçün geniş müzakirə obyekti axtarırlar.
Hə, müzakirə demişkən,
ötən həftə Azərbaycan Yazıçılar Birliyində keçirilən bir mükafatlandırma mərasimi
yadıma düşdü. Orada bir neçə nəfərin müxtəlif nominasiyalar üzrə mükafatlandırılması
nəzərdə tutulmuşdu. Görünür, bəzi dostlar bizi də bu mərasimdə görmək istəmişdilər...
Gənc yazarlar AYB-də
Natəvan klubuna toplaşıb, həvəslə həyəcanlı anı - mükafatlandırmanı gözləyirdilər.
Ancaq ayaq üstə, çoxu da barmaqlarının ucunda qalxıb, çıxış edənlərə baxmaq istəyirdi.
Çünki ziyalılar və yazıçılar həmişə belə tribunalardan xalqa işıqlı gələcəyi göstəriblər.
İndi isə təəssflə deməliyəm ki, sözügedən klub bir az başqa formada təmir olunmaqla,
gələcəyə saçan işıq şölələrini azaldıb. Klubun ortasında geniş və bəzəkli dəyirmi
masa yaratmaqla, qələm sahiblərinin bir yerə toplaşmalarına əngəl törədiblər, sanki!
Təqribən yeddi-səkkiz
il əvvəl Bakıda böyük meydanlardan biri kimi tanınan "Qələbə" meydanına insanlar
kütləvi şəkildə çıxıb, haqlı etirazlarını bildirirdilər. Bu kütlənin qarşısını almaq
üçün o meydanın düz ortasında bir dairə yaradıb, gül-çiçəklə bəzədilər. Bununla
da insanların haqq səslərini ucaltdıqları məkanı məhdudlaşdırdılar. AYB-nin üzvləri
də başqalarından tam fərqli olaraq daha yaxşı düşünür və aydın sabahlara gedən yolu
təyin edə bilirlər. Belə insanların bir yerə toplaşaraq fikir mübadiləsi aparmaları,
düzgün olanı göstərmək və gənclərin sağlam ruhda tərbiyəsi deməkdir.
Görəsən, onlar kütləvi
toplaşmanın qarşısını necə alardılar?!
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.