ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
ÖLKƏ NİYƏ BU DURUMA SALINIB? | MİLLİ PARKDA HƏYAT DONUB | ALİMLƏR BİTKİLƏRİN SÖHBƏTİNİ KAMERAYA ÇƏKİBLƏR | ERMƏNİLƏR PUTİNDƏN ABİDƏ İSTƏDİLƏR | I DÜNYA MÜHARİBƏSİNİN SONUNCU VETERANI VƏFAT EDİB | BIÇAQLA SİLAHLANMIŞ ŞƏXS MƏKTƏBƏ GİRƏRƏK İKİ UŞAĞI YARALAYIB | NOKİA ŞİRKƏTİ 4 MİN ƏMƏKDAŞINI İŞDƏN ÇIXARIR | ABŞ-da 15 YAŞLI GƏNC QIZ ADRENALİN XATİRİNƏ RƏFİQƏSİNİN BAŞINI KƏSDİ | CEYRANBATAN SU ANBARI DONUR | ELMAR MƏMMƏDYAROV BRÜSSELƏ GEDİB |

Bizimlə Əlaqə
Foto Xəbər
2012-Cİ İLİN SƏRT QIŞI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

PARTİYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ REALLAŞA BİLƏRMİ?

Gülağa Aslanlı: "Azərbaycanda azad, demokratik seçki keçiriləndən sonra partiyaların fəaliyyəti məlum olacaq"

AZƏRBAYCAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR?

Nurəddin Məmmədli: "Azərbaycan iqtidarı müxalifət qarşısında o qədər zəif və gücsüzdür ki, onlar hər hansı

ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR

Rafiq Əliyev: "Mənim sovet dövründə belə bir yazım çıxmışdı ki, Stalinin dövründə yaşamaq istəmirəm"

ALMAN TELEVİZİYASI EUROVİSİON QABAĞI PAYTAXT BAKIDAN GENİŞ REPORTAJ YAYIMLAYIB

Leyla Yunus: ""Eurovision Song Contest" Azərbaycan xalqına sevinc gətirməyib və özü ilə yeni faciələr gətirəcək"

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
Ey yaşı ötmüş pir!
11/01/2010 - 08:04
cavid-113@mail.ru
Cavid İmamoğlu

Hal-hazırda dünyanın hər bir inkişaf etmiş ölkəsində universitetlər və xüsusi tədris müəssisələrində hazırlıq keçmiş sosial işçilər fəaliyyət göstərir. Sosial işçilər sosial planda müdafiə edilməmiş təbəqələrə (ahıllar, əlillər, ailə mühitindən məhrum olmuş uşaqlar, QİÇS-ə yoluxmuşlar, qanunla münaqişədə olan insanlar, risk qruplarına aid digər şəxslər) həm bilavasitə yardım edərək onların qarşılaşdıqları problemlərin qarşısını almağa çalışır, həm də bu təbəqələrin maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiə edilməsinə yönəlmiş qanunverici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər. Məlum olduğu kimi, sosial iş peşəsi, eyni zamanda həm fərd, həm də onu əhatə edən ətraf mühitə təsir etməklə insanların, qrupların və icmaların sosial fəaliyyətini artırmağa çalışır.

Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində, yəni SSRİ-nin dağılması və Dağlıq Qarabağ münaqişəsinin başladığı zaman cəmiyyətdə baş verən dəyişikliklər, bazar iqtisadiyyatına keçid, sosial münasibətlərin əsaslı şəkildə dəyişilməsi və s. bu kimi proseslər zəminində cəmiyyətdə sosial münaqişələr, sosial-psixoloji depresiya təhlükəsi artdı. Eyni zamanda ölkədə qaçqın və məcburi köçkünlər, valideyn himayəsindən məhrum olmuş uşaqlar, işsizlər, əlillər və yaşlıların problemləri xüsusi aktuallıq təşkil etməyə başladı. Bütün bu proseslər ölkəmizdə sosial işçilərin hazırlanması prosesini zəruri etdi. Bəs sosial iş nədir? Digər elm sahələrindən fərqli olaraq, sosial iş üçün tərif və izah vermək o qədər də asan məsələ deyil. Onların bəziləri fərdlər və ailələr, digərləri isə kiçik qruplar, təşkilatlar və icmalarla işləyir. Bəziləri ancaq uşaqlar, bəziləri isə yaşlılarla çalışır. Ümumilikdə bu fəailiyyət sahəsinə tərif vermək istəsək, o halda belə bir tərif almış olarıq. Sosial işin əsas məqsədi insanların, xüsusilə əhalinin aztəminatlı, zəif və yoxsul təbəqələrinin, köməyə ehtiyacı olan adamların ən vacib ehtiyaclarını təmin edilməsinə köməkçi olmaq və onların rifah halını yaxşılaşdırmaqdır.

Sosial işin çalışdığı qruplar arasında ahıllar xüsusi çəkiyə malikdir. Azərbaycan Respublikasında son 10 ildə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin, o cümlədən ahılların sosial müdafiəsinin təkmilləşdirilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür.

Bəs ahıl kimə deyilir? Ahıllara sosial xidmət haqqında  Azərbaycan Respublikasının qanunu yaşı 70-ə çatmış Azərbaycan Respublikası vətəndaşı, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs ahıl sayılır. Həyata keçirilən tədbirlərin əhəmiyyətini, ahılların hüquqlarının qorunması və sosial müdafiəsinin aktuallığını dünya ölkələrinin bir çoxunda olduğu kimi, ölkəmizdə də müşahidə olunan əhalinin qocalma prosesi şərtləndirir. Əhalinin yaş strukturunda uşaqların xüsusi çəkisinin aşağı düşməsi və ahıl vətəndaşların sayının əmək qabiliyyətli yaşda olanlara nisbətən daha intensiv artması əmək bazarının formalaşmasında, həmçinin, sosial təminat sisteminin səmərəli işləməsində bir sıra çətinliklərə gətirib çıxarır. Keçid dövrünün sosial-iqtisadi problemləri ilə bağlı kənd yerlərindən şəhərlərə və ölkədən kənara miqrasiya da respublikada əhalinin qocalma prosesinə böyük təsir göstərmişdir. Təsadüfi deyildir ki, kəndlərdə ahılların və xüsusilə də ahıl qadınların xüsusi çəkisi artmışdır. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyonadək insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Bu kontingent arasında ən çətin vəziyyətdə olan məhz ahıl şəxslərdir.

Qocalmanın ritmi ahıl adamların (bir qayda olaraq təqaüdçülərin) həyat tərzindən, onların ailədə vəziyyətindən, həyat səviyyəsindən, əmək şəraitindən, sosial və psixoloji amillərdən əhəmiyyətli dərəcədə asılıdır. Ahıl adamalar arasında ən müxtəlif qruplar ayırd edilir: gümrah, fiziki cəhətdən sağlam olanlar, xəstlələr, ailədə yaşayanlar, tənhalar, təqaüdə çıxmaqdan razı qalanlar, işdən yorulsalar da, hələ də işləyənlər, bədbəxtlər, həyatdan əlini üzmüşlər, az hərəkətli olanlar, evdə oturmağı sevənlər, öz asudə vaxtını intensiv, rəngarəng (qonaq gedir, klublarda olur və s) keçirənlər. Ahıl adamlarla işləmək üçün onların sosial vəziyyətini (indi və keçmişdə), psixikasının xüsusiyyətlərini, maddi və mənəvi tələbatlarını bilmək və bu işdə elmə, sosioloji, sosial psixoloji, sosial-iqtisadi və digər tədqiqat növlərinə əsaslanmaq lazımdır.

Ahıllar maddi-iqtisadi yardım ilə yanaşı sosial-psixoloji yardıma ehtiyaclıdırlar. Bu təbəqə ilə iş aparan müxtəlif internat və ahıl evlərinin şəxsi personalı və xüsusi sosial işçilərdən ən yaxşı psixoloji hazırlıq tələb edir. Belə bir qrup insanlarla praktiki sosial işdə önəmli yeri bu insanların sosia-psixoloji və şəxsi xüsusiyyətlərinin başa düşülməsidir. Sosial işçilər nəzərə almalıdır ki, qoca yaşlarında ahıl insanlarda "yara"lar əmələ gəlir.

Ahılların psixoloji dəyişikliklərinə aiddir:

- Ahıl insanlarda yaşayış tonu enir

- Bu periodu yaşayan insanlara pessimistik fikrlər hakim kəsilir

Belə anlarda insanların tempramenti, xarakteri və psixikası xüsusi rol oynayır. Özünüanalizə meyilli olan insanlar psixoloji dəyişiklikləri daha çətin keçirir. Özünəqapanma çox vaxt xəstəliyə səbəb olur. Psixoloji, orqanik və funksional dəyişikliyin fonunda yaşlı insanların psixoloji və mənəvi xasiyyətinin formalaşmasında da mənfi hallar, dəyişikliklər baş verir (qənaətçilik simicliyə, etibarsızlıq şübhəyə çevrilir). Aparılan müşahidələr nəticəsində məlum olmuşdur ki, öz özlüyündə ev şəraitindən stasionar mərkəzlərə (qocalar evi) yerləşdirilən insanlada dezadaptasiya halları baş verir (dezadaptasiya 43,5 % insanda müşahidə olunur). Əksəriyyət bu gedişi son mənzilə gediş kimi qiymətləndirir.

İnsanların ahıllar qrupuna keçməsi onun cəmiyyətlə qarşılıqlı münasibətlərini, həyatın məqsədi və mənası, xeyirxahlıq və xoşbəxtlik və s. kimi dəyər-normativ anlayışlarını köklü şəkildə dəyişir.

Xarici ölkələrdə sosial iş praktikası göstərir ki, ahıl adamların (hər halda onların əksəriyyətinin) həyatında din böyük əhəmiyyətə malik olur. Burada səbəblər müxətlif olur. Birincisi, bir çox ölkələrdə əhalinin xeyli hissəsi dinə inanan olur. İkincisi, ahıl adamlar tez-tez özlərinə sual verirlər: Sonralar, ölümdən sonra nə olacaq? Üçüncüsü, ahıl adamların çoxu üçün (bir çox ölkələrdə) din sabit vəziyyətin özünəməxsus əsasları olur. Bu cəmiyyətin inkişafının böhran dövrlərində olduqca vacibdir. Təsadüfü deyil ki, bizim ölkədə 90-cı illərdən başlayaraq dinə meyl müşahidə edilir. Ahıl adamlarla iş zamanı bu hökmən nəzərə alınmalıdır. Dini mənbələrdə də ahılların dünyadan sonrakı vəziyyəti barədə bir sıra ibrətamiz söhbətlər yer almışdır. Beləki, buyrulur ki, "Allah-taala 80 yaşlı qocaya əzab verməyə utanar. Qiyamət günü qocaya əməl naməsi veriləndə və onun günahları insanlara aşkarlananda bu hal o vaxtadək davam edər ki, həmin qoca Allaha üz tutub deyər:  -Pərvərdigara, məni od-alova doğru qaytarırsan? Allah-taala buyarar: -Ey yaşı ötmüş pir! Mən sənə əzab verməyə utanıram. Axı sən dünyada olarkən mənə ibadət etmisən! - sonra əmr edər - "Bu bəndəmi behiştə aparın!".

Hazırda ahıllar ilə bağlı dövlətimiz tərəfindən bir neçə qanun və proqramlar qəbul edilmişdir ki, bunlar ahıl şəxslərin sosial və pensiya şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bura "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununu, Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Qanununu, Ahıllara sosial xidmət haqqında qanunu əlavə etmək olar. Eyni zamanda BMT-nin Baş Assambleyasının əhalinin qocalması problemləri üzrə Beynəlxalq Fəaliyyət Planı (Madrid, 12 aprel 2002-ci il) qəbul edilmişdir.

Təqaüdə çıxmaq keçmişdə əmək fəaliyyəti yüksək qiymətləndirilən, indi isə (məsələn, hazırki Rusiya şəraitində) lazımsız, faydasız sayılan adamlar tərəfindən daha ağır qavranılır. Praktika göstərir ki, əmək fəaliyyətindən ayrılmaq  (indi isə bu, çoxsaylı işsizlər ordusuna da aiddir) bir sıra hallarda insanların sağlamlıq vəziyyətinə, həyat tonusuna, pxsikasına mənfi təsir göstərir. Bu da təbiidir, belə ki, əmək (əlbəttə, qüvvəsi çatan qədər) uzunömürlüyün mənbəyi olub, yaxşı sağlamlığın qorunub saxlanmasının mühüm şərtidir.

Ahıl adamlara sosial xidmətin göstərilməsi və təminatı təqaüd və müxtəlif müavinətləri; çox qocalmış adamların və əlillərin əhalinin sosial müdafiəsi orqanlarının xüsusi müəssisələrində saxlanması və onlara qulluq edilməsini, protezləşdirməni, əlillərə imtiyazları, evsizlərə köməyin göstərilməsini nəzərdə tutur.

Ahıl adamlar üzərində himayədarlıq ümumilikdə sosial işin əsas istiqamətlərindən biridir. Himayədarlıq vətəndaşların şəxsi və mülkiyyət hüququ və mənafelərini müdafiənin hüquqi forması kimi başa düşülür. Hazırkı dövrdə internat-evləri hərəkət etmək qabiliyyətini təmamilə itirmiş və daimi qulluq tələb edən adamlar daha çox qəbul olunur. Sosioloji tədqiqatların nəticələrinə görə, ahıl adamların belə müəssisələrə düşməsinin ən geniş yayılmış səbəbləri bunlardır: tənhalıq (48,8%), sağlamlıq vəziyyətinin qeyri-qənaətbəxş olması (30%), ailədə münaqişəli şərait və qohumların təşəbbüsü (19%). İnternat evlərindəki ahıllar ilə iş aparan sosial işçilərin ən əsas vəzifələri aşağıdakılardır:

- İnternat evlərinə yerləşdirilən ahıllarda özünəinam hissini gücləndirmək

- Lider xüsusiyyətlərinə malik insanları bir otaqda yerləşdirməkdən çəkinmək

- Daha sağlam şəxslərlə daha xəstələri bir otaqda cəm etmək

Ancaq şükrlər olsun ki, bizim respublikamızda ahılların internat evlərinə yerləşməsi kütləvi hal almamışdır. Burada ilk növbədə xalqın milli, mənəvi dəyərləri öz rolunu oynayır. Beləki, ataya, anaya, qaynataya, qaynanaya hörmət bizim xalqın hər bir övladının qanındadır. Bundan əlavə əhalinin yaşam tərzinin normal olması bu kim halların genişlənməsinin qarşısını alır. 


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

20/01/2012 ELMLƏR AKADEMİYASINA GEDƏN YOL

n

02/12/2011 ZİYALI VƏ İNTELEKTUAL OLAQ!

n

24/11/2011 DÜŞÜNƏNLƏRİN SONU

n

03/11/2011 QADAĞA FOBİYASI

n

24/08/2011 MƏN BURDAYAM

n

30/07/2011 TERRORÇUYA TERRORÇU DEMƏYƏ ÇƏKİNƏN QƏRB

n

27/06/2011 SƏRBƏST İNSANLAR ÖLKƏSİ

n

01/06/2011 NECƏ KÖMƏK EDƏK?!

n

17/05/2011 ÇARƏ SİZSİNİZ!

n

03/05/2011 SEVGİ DOLU MÜHİTİN ÖVLADLARI

n

13/04/2011 VURMA, BAŞA SAL...

n

25/01/2011 SOSİUM NİYƏ RADİKALLAŞIR?!

n

10/12/2010 Qadınımıza qarşı "Hicab" zorakılığı

n

20/11/2010 ÜNSİYYƏT PROBLEMLİ İNSANIMIZ

n

30/10/2010 Yoxsul olmamaq mənim haqqımdır

n

25/09/2010 GÜNAYIN GÖZ YAŞLARI

n

23/08/2010 Zorakılıqsız həyat

n

02/07/2010 Sosial rifah səviyyəsi aşağı olanda...

n

15/05/2010 Ailə Günündə Ailələrin günü

n

05/04/2010 2011-i "Ahıllar ili" elan edək!

n

25/03/2010 Uşaqlar ailədə zorakılıq görməməlidir

n

18/03/2010 "Lazım gəlsə..."

n

08/03/2010 Sevginin rəngi

n

05/03/2010 "U(O)BAMA"

n

10/02/2010 Qorxuram...

n

04/02/2010 "Eurovision" vision of tomorrow

n

30/01/2010 Adın nədir?!

n

26/01/2010 "Birisi" barədə

n

22/01/2010 Statistika xeyir-dua verir

n

15/01/2010 Polis də insandır

n

11/01/2010 Ey yaşı ötmüş pir!

n

30/12/2009 Reproduktiv sağlamlıq və İslam

n

18/12/2009 Dilemma aksiyaları və KƏRBƏLA

n

02/12/2009 İslam Online

n

16/11/2009 Üzeyir bəy fitnəçilərə cavab verir

n

10/11/2009 SUYU BULANDIRANLAR

n

04/11/2009 "Pensiya" və "Azan"

n

31/10/2009 Türkiyənin azmağı, yoxsa?

n

10/10/2009 "İNFEKSİONİST"

n

03/10/2009 "Pulun var sizün?"

n

16/09/2009 Qüds və sülh

n

11/09/2009 "I m Halal"

n

03/09/2009 Step by Step

n

23/08/2009 Ramazan və sosial iş

n

04/08/2009 İslam və homoseksualizm
 
 

Günün Sitatı
RAFİQ ƏLİYEV
“Əgər hər hansı bir şəxs bilsə ki, yaxşı oxumaqla yüksək pul qazanacaq, o heç vaxt oxumaqdan yayınmaz”
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net