Yeni il gəlsə demişdim yeni il gəlsə əgər Güləcək bağçada güllər yeni il gəlsə əgər. İsinib şaxtalı rüzgar əridər buzlarını, Bürünər ağ qara çöllər yeni il gəlsə əgər. Çəkilən ağrılı günlər o keçən ildə qalar Sevinər qəmli könüllər yeni il gəlsə əgər. Bitərək kinü-küdurət, yox olar bunca nifaq Tutuşar əl-ələ əllər yeni il gəlsə əgər. Tanıyar bəndə nəhayət ulu haqqın qapısın Edər öz zikrini dillər yeni il gəlsə əgər. Keçən il gəlmədi yar, çünki, dəlilin yoxdu Tapılar məncə dəlillər yeni il gəlsə əgər. Ötən il köhnələrək kamili köhnəltməyəcək, Axacaq qəlbinə sellər yeni il gəlsə əgər.