2009-cu ili yola saldıq və
qədəm qoyduq 2010-cu ilə. Gəlin görək nələr dəyişdi həyatımızda. Məncə heç nə,
dəyişən sadəcə "09"
oldu ki, o da "10"
oldu, vəssalam. Bu dəyişməzlərin siyahısına nə qədər istəsəz nəsnə salmaq olar,
amma mən bunlar barədə yox, Azərbaycanın köklü problemi olan və hələ indən belə
neçə illər davam edəcəyini çox hörmətli nəqliyyat nazirimiz Ziya Məmmədovdan
başqa kimsənin bilmədiyi nəqliyyat problemləridir.
Demək belə, artıq illərdir
Azərbaycandan nəqliyyatın problemlərindən deyilir və yazılır. Amma çifayda.
Məsələn, mən illərdir Azərbaycan Dövlət Dəmir Yolunun Bakı-Ağstafa-Bakı
istiqamətində hərəkət edən qatardan istifadə edirəm. Xatırladım ki, bu marşrut
üzrə hərəkət edən qatar Azərbaycanda ən lüks hesab edilir. Yəni vaqonların
təmizliyi, xidmətin keyfiyyəti və sair və ilaxır. Və qeyd edim ki, bu qatarda
qiymət də lüksdür. Bu qatarda bütün vaqonlar kupe və "sv" tiplidir. Kupe
vaqonlara qiymət 7 manat 10 qəpikdir. Bayram günləri bu qatara əlavə vaqonlar
qoşulur ki, həmin vaqonlar keyfiyyətinə görə, Bakı-Qazax-Böyükkəsik qatarını
xatırladır. Daha doğrusu qatarın lüks keyfiyyətinə xələl gətirir, dolayısıyla
sərnişinlər aldadılır. Belə ki, həmin vaqonlarda nə təmizlikdən, nədə ki
xidmətdən əsər-əlamət olmur. Bir neçə gün əvvəl (26 dekabr 2009-cu il) mənim bu
qatarın 8-ci vaqonunun 3-cü kupesindəki səfərim dediklərimə bir daha sübut
oldu. Kupeyə daxil oldum və qapını örtdüm. Kaş ki ötrtməyəydim. Örtülmüş qapını
çöldən 2 kişi güclə açdı. Daha sonra bələdçi xanım gəldi və çay istəyib-istəmədiyimizi
soruşdu. Biz isə istəmədiyimizi bildirib, sadəcə 1 stəkan verməsini xahiş
etdik. Cavab çox maraqlı oldu: "Camaata çay verməyə stəkan çatmır gözləyin".(?!)
Çay istəməməyimizin isə səbəbi o idi ki, qatarda bələdçinin təklif etdiyi
çaydan içmək sərnişinə 1 stəkanı 0,50-1 manata başa gəlir. Bundan əlavə, qatar
mənzil başına çatmamışdan 1 saat əvvəl bələdçi gəlib sərnişini narahat edir ki,
tez olun "posteli"i verin.
Gəlib məzil başına çatdıq və edə
qatardan düşən kimi 10 gün əvvələ bilet almaq qərarına gəldik. Təsəvvür edə
bilməzsiniz, kassir ded ki, 4 yanvar 2010-cu il tarxinə bilet yoxdur.(?!)
Təsəvvür edirsiz, kassa təzə açılıb, amma bilet yoxdur. Görəsən yanvar ayının
4-də bu qədər rayon camaatı Bakıya niyə gedir? Bel olan halda, biz kassirdən
yanvar ayının 5-ə bilet istədik. O isə bir neçə dəqiqəlik axtarışdan sonra
çarəsiz qalıb bilet verməyə məcbur oldu. Sizcə bileti bizə neçəyə sırımaq
istədi? 7 manat 10 qəpiklik bileti 12 manata. Verdiyi qalığı geri qaytarıb, düz
verməsini tələb etdikdə isə, guya səhv edibmiş kimi mimika alıb, fikirləşməyə
başladı. "Üzürü qəbahətindən betər" belə yerdə deyiblər. Çıxarıb bizə 1 manat
da verib guya səhvini düzəltdi. Nə isə, sonda ondan 3 manat da alıb,
halallaşdıq. Bax belə, bu Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin bəzi
işçilərinin iş sistemidir. Onlar buna alışıblar. Çünki tam bir cəzasızlıq
sistemi mövcuddur. Əgər bu sistemin tam işlənmə mexanizmini düzəltmək
istəyirlərsə, onda reydlər keçirsinlər, görsünlər vəziyyət necədir. Bu tək
bölgələrdə deyil, eilə Bakıda da belədir. Sadəcə olaraq, Bakıdakı kassirlər bir
az insaflıdır. Onlar hər biletin üzərində ən çoxu 50 qəpik alırlar, o da
qorxa-qorxa. Bundan əlavə, əgər problemi həqiqətən həll etmək istəyirlərsə,
Bakıdan da ikitərəfli biletlərin satışını təmin etsinlər. Bizdən bu qədər,
problemn həlli isə əlaqədar orqanların öhdəsindədir.