ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
ÖLKƏ NİYƏ BU DURUMA SALINIB? | MİLLİ PARKDA HƏYAT DONUB | ALİMLƏR BİTKİLƏRİN SÖHBƏTİNİ KAMERAYA ÇƏKİBLƏR | ERMƏNİLƏR PUTİNDƏN ABİDƏ İSTƏDİLƏR | I DÜNYA MÜHARİBƏSİNİN SONUNCU VETERANI VƏFAT EDİB | BIÇAQLA SİLAHLANMIŞ ŞƏXS MƏKTƏBƏ GİRƏRƏK İKİ UŞAĞI YARALAYIB | NOKİA ŞİRKƏTİ 4 MİN ƏMƏKDAŞINI İŞDƏN ÇIXARIR | ABŞ-da 15 YAŞLI GƏNC QIZ ADRENALİN XATİRİNƏ RƏFİQƏSİNİN BAŞINI KƏSDİ | CEYRANBATAN SU ANBARI DONUR | ELMAR MƏMMƏDYAROV BRÜSSELƏ GEDİB |

Bizimlə Əlaqə
Foto Xəbər
2012-Cİ İLİN SƏRT QIŞI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

PARTİYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ REALLAŞA BİLƏRMİ?

Gülağa Aslanlı: "Azərbaycanda azad, demokratik seçki keçiriləndən sonra partiyaların fəaliyyəti məlum olacaq"

AZƏRBAYCAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR?

Nurəddin Məmmədli: "Azərbaycan iqtidarı müxalifət qarşısında o qədər zəif və gücsüzdür ki, onlar hər hansı

ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR

Rafiq Əliyev: "Mənim sovet dövründə belə bir yazım çıxmışdı ki, Stalinin dövründə yaşamaq istəmirəm"

ALMAN TELEVİZİYASI EUROVİSİON QABAĞI PAYTAXT BAKIDAN GENİŞ REPORTAJ YAYIMLAYIB

Leyla Yunus: ""Eurovision Song Contest" Azərbaycan xalqına sevinc gətirməyib və özü ilə yeni faciələr gətirəcək"

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
2012
02/01/2010 - 19:58
aqilmehdi@gmail.com

Aqil Mehdi

Bugünlərdə neçə aylardır haqqında bəhs edilən 2012 adlı filmə baxdım. Gözəl filmdir. Çox böyük məharətlə işlənib filmin üzərində. Başağrısı olsa da, sizlərə filmin qısa süjet xəttini yazmaq istəyirəm. Amma təbii ki, əsl məqsədim film barədə danışmaq deyil.

Filmdə Mayya təqviminə görə, 2012-ci ildə qiyamət gününün olacağı, Yer üzündə fəlakətlərin baş verəcəyi bildirilir. Filmdə süjet xəttləri 2010-cu ildən başlayır və filmin qəhrəmanı, Ağ Evin işçisi Dr.Edrian Helmsli Hindistanda yaşayan bir dostunun yardımı nəticəsində öyrənir ki, Yerin daxilində qorxunc prosesler baş verməkdədir və tezliklə sözügedən proseslər Yer kürəsində həyatın sonunu gətirəcək.

O, bu məsələ ilə bağlı ABŞ dövlət rəsmiləri ilə görüşmək istəyir və bu məqsədlə təşkil edilmiş rəsmi tədbirdə, hadisədən minimum zərərlə çıxmaq barədə fikirlərini vitse-prezidentə çatdırır.

Daha sonra bu məsələ G8 ölkələrinin toplantısında müzakirə edilir. Və yekun qərar qəbul edilir. Qəbul edilmiş qərara əsasən, Tibetdə dağın içində böyük gəmilər düzəldilir. Ki, Yer üzünü su basdıqda xilas ola bilsinlər. Bu məqsədlə ora bir neçə illik qida ehtiyatı yığılır. Proyektin tamamlanması üçün külli miqdarda maliyyə vəsaitinə ehtiyac duyulur. Bu vəsait isə dövlətlərdən, ayrı-ayrı oliqarxlardan və biznesmənlərdən toplanır. Onlara isə verdikləri pulun müqabilində hazırlanacaq gəmidə yerlərin sənədi verilir. Bu barədə məlumatlı olub kiməsə məlumat verən insanlar isə, kimliyindən asılı olmayaraq müəmmalı şəkildə öldürülürlər.

Beləliklə, 2012-ci il yetişir və Amerikadan başlayaraq, dünyanı fəlakətlər, daşqınlar bürüyür. Və dövlət rəbərlərinə, ayrı-ayrı biznesmənlərə Çinə gəlmək barədə əmrlər verilir. İlk öncə daşqınlar ABŞ-dan başlayır. "Azadlıq" heykəli, Konqres binası, Ağ Ev, Amerikanın ən böyük hərbi gəmisi olan Eyzenhauzer sulara qərq olur. Hətta ABŞ prezidenti də humanistlik göstərərək (!) insanları tərk etmir. Öz vətəndaşları ilə birgə sulara gömülür.

Daha sonra Braziliyada yerləşən və dünyada ən uca hesab edilən İsa Peyğəmbərin heykəlidi uçulub tökülür. Ardınca Vatikan kilsəsi ibadət edənlərin üstünə uçur. Və beləcə ardıcıl olaraq dünyanın tanınmış ibadət ocaqları bir-bir dağılır və ən sonda dağılıb sulara qərq olan Tibet məbədi olur. Təbii ki, sonda həmişə olduğu kimi yenə də Amerikanın köməyiylə dünya xilas edilir. Film beləcə bitir. Amma dünyanı fəlakətlərin bürüyəcəyi ilə bağlı ilk dəfə həyacan təbili çalan hindistanlı alim, dünyanı idarə edən dövlətlər tərəfindən xilas edilmir və o ailəsiylə birgə sular altında qalır.

Amma iş bununla da bitmir. Belə ki, filmdə müsəlmanlarla bağlı bir fakt göstərilir ki, o da insanların namaz qılması səhnəsi olur. Hərçənd ki, bir ərəb şeyxinin milyonlarla dollar verərək gəmidə yer alması da filmdə əks olunub, amma bunun İslam dünyasına, müsəlmanlığa heç bir aidiyyatı yoxdur.

Nə isə, filmdə İslam dünyası ilə bağlı səhnələrin yer almaması, daha doğrusu dağıntı səhnələrinin göstərilməməsi təəcüblü görünür. Bu barədə filmin rejisoru Roland Emmerix qəribə də olsa bildirib ki, İslam dünyasının təzyiqlərindən qorxaraq, İslam dünyasının ibadət ocaqlarının dağılması səhnələrini filmə salmayıb. Bundan əlavə, o həmçinin İslam abidələrinə qarşı belə bir addım atmağa mənəviyyatının yol vermədiyini səsləndirib.

Sözün düzü, xristian bir rejisorun, sionizmin nəzarəti altında olan Hollivud kinostudiyasının istehsalı olan bir filmdə İslam ziyarətgahlarının virtual dünyada olsa belə dağıdılmasından qorxması, çox təəcübləndiricidir.    

Amma gəlin görək bu gün əhalisinin 98 faizi müsəlman olan bir ölkədə məscidlərin sökülməsinə qərar verənlər, İslam dünyasının təzyiqlərindən, müsəlman həmvətənlərinin tənələrindən qorxurlarmı? Tam əminliklə deyə bilərəm ki, yox. Məscidlərin sökülməsinə qərar verən hakimlər, məscidə qarşı iddia qaldıranlar, sanki... xristian deməyə belə adamın dili gəlmir. Çünki az öncə bir xristianın İslam dünyasına qarşı hisslərini tam olduğu kimi çatdırdım. Bəs onda İslam dünyasının bir parçası olan Azərbaycanımızda bu İslamafobiya nədən qaynaqlanır? Yəni bizim bəzi məmurların adi bir xristian rejisoru qədər də olsun İslama hörməti yoxdur?

Bu azmış kimi, bəzi qələm dostlarımız da belə məmurlara yazılarıyla dəstək verirlər. Təbii ki, belələrinə həmişə dolğun faktlarla cavab verilir, amma sionizmin anti-İslam kompaniyası on illərdir məğlubiyyətinə baxmayaraq, hərdən ürək bulandırır.

Bir müddət öncə "Azadlıq" qəzetində dərc olunmuş yazısında Seymur Baycandan sitat gətirərək "Məscidləri məktəblərindən böyük" - deyə replika atan, əvvəllər "Milli Yol" qəzetində bir yerdə çalışdığımız Elnur Astanbəyli belə buyurur: "Rəsmi rəqəmlərə görə bu ölkədə 600 uçulub-sökülən, bir toxunuşdan darmadağın ola biləcək məktəb var. Qeyri-rəsmi mənbələr isə həmin rəqəmin daha çox olduğunu bildirir. Ucqar kəndlərdə vəziyyət daha dözülməzdir. Azərbaycanda kənd var ki, orada donuza "kiş" desən, məktəb binasına girməz, amma şagirdlər, müəllimlər həmin məktəb binasında dərs keçməyə məcburdur. Amma bütün bunlar kimsənin umurunda deyil. Beş-altı mütərəqqi düşüncəli insandan başqa heç kim bu barədə düşünmək istəmir. Hansısa məscidin qapısı qıfıllananda hamı ortaya mövqe qoymaq üçün qələmə sarılır, ucsuz-bucaqsız növbə əmələ gəlir. Ancaq sıra uçulan, dağılan məktəblərə çatanda mürəkkəblər quruyur. Ağızlar "skoç"lanır. Bu gün bir minarənin davasını döyənlər, hansısa məscidin qapısının qıfıllanmasına görə ərşi-gürşü bir-birinə vuranlar Azərbaycanda kitabxanalar sökülüb, dağıdılıb satılanda hardaydılar? Eyni davanı məktəb, təhsil uğrunda aparmağa da cəsarət edərlərmi? Millətin, dövlətin gələcəyi ilə bağlı məsələlərdə ağzına su alıb susanlar məni öz imanlarının, inanclarının səmimiyyətinə necə inandıra bilər?
Nə isə, uzun söhbətdir. Bu söhbətə bir daha, həm də daha geniş qayıtmaq imkanımız olacaq. Hələliksə yazıya dostumuz Seymur Baycanın bir kəlamı ilə nöqtə qoyuram: "Məscidləri məktəblərdən böyük olan ölkənin axırı yoxdur"".

Mən Elnur bəylə eyni bölgədə doğulmuşam. Elnur bəy Qazaxın Astanbəyli, mən isə Tovuzun Aşağı Quşçu kəndində doğulmuşam. Maləsəf, Elnur bəyin sitat kimi gösərdiyi "Məscidləri məktəblərdən böyük olan ölkə" kəlməsi bir az yersizdir. Çünki Elnur bəyin təhsil aldığı məktəb, kəndlərindəki məsciddən böyükdür. Mənim təhsil aldığım məktəb boyda isə bu ölkədə məscid tapmaq olmaz. Amma buna baxmayaraq, bizim kəndin heç məscidi yoxdur. Heç qonşu kndimizdə də yoxdur, heç onun qonşusunda da. Bəs bel olan halda, Elnur bəy nədən narahat olur? Bəyəm bizlər bu ölkədə məktəblərin problemlərini bilmirik və ya danışmırıq? Mənim 1986-1997-ci ildə orta təhsil aldığım üçmərtəbəli məktəbin birinci mərtəbəsinin əksər siniflərində indi döşəmə yoxdur, pəncərələrindən isə heç danışmıram da. Heç istilik sistemi də yoxdur. Heç lövhələri də. Heç normal ayaqyolu da. Heç düz asfalt yolu da. Heç... Heç... Bəyəm mən bunu görmürəm? Yoxsa elə bilirsən bu barədə əlaqədar orqanlara müraciət etməmişəm? Amma təəssüf ki, buna baxan yoxdur. Ən sonuncu dəfə müraciət etdiyim Təhsil Nazirliyindən isə "Məktəb təmir ediləcək məktəblərin siyahısındadır" - deyə cavab verdilər.

Azərbaycandakı uçuq-sökük məktəbləri problemləri barədə dindarların niyə etiraz etməməsinə gəldikdə isə, onu qeyd edim ki, bunun səbəbini gərək qəzetdə işlədiyin üçün sən yaxşı biləsən. İndiyə kimi hansı yazında məktəblərdə hüquqları pozulan dindarlarla bağlı problemi işıqlandırmısan. Sənin çalışdığın qəzetlər bu barədə xəbərləri isə sadəcə hakimiyətə beynəlxalq təzyiqlərin artırılması məqsədiylə verirlər. Bu barədə beynəlxalq təşkilatlar qeydiyyat götürdükdən sonra isə problem unudulur. Bəs sonra nə olur? Sonra o olur ki, dindarlar təhsilsiz qalır. Sonra da sionizmin ölkəmizdəki qulları təhsilsiz qalan dindarları qaraguruhçu adlandırır. Sən bu sadaladıqlarımı məndən yaxşı bilirsən. Bildiyinə baxmayaraq, yenə də dindarları ittiham edirsən. Türklər demiş, "Pes yani".

Elnur, bu ölkədə hər bir şeyin yiyəsi var. Məktəbin də, kitabxananın da, yolun da, tunelin də. Sadəcə məscidlərin yiyəsi yoxdur. Bizlər isə ona yiyə durulmasını istəyirik. Çünki məscidlər bizim mədəniyyətimiz, mənəviyyatımız, namusumuz, qeyrətimizdir. Bu sadalananları itirsək, elə özümüzü də itirəcəyik.  


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
Vüsal Hətəmov 21-01-2010, 19:09:27
Menim qardashim, yaxshi yazirsan. Xahish edirem bizim mugennilerden de yaz,tenqidi
 
 

YAZARIN DİGƏR YAZILARI

n

17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...

n

16/08/2011 TUĞRA NƏDİR?

n

02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ

n

14/06/2011 AZADLIQ, BAKIDA SOYUNAN BİR QADIN HEYKƏLİDİR

n

01/06/2011 İBNİ FAZİL KİMDİR?

n

21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ

n

26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM

n

15/12/2010 VÜSALƏ MAHİRQIZININ VƏTƏNDAŞ MÜHARİBƏSİ TƏBİLİ

n

11/12/2010 AZƏRBAYCAN PETRİOTLARI

n

06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"

n

25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ

n

13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ

n

04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR

n

01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT

n

05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...

n

19/06/2010 AY DOĞAR GƏDİYİNDƏN...

n

31/05/2010 FAKTXƏBƏRƏ "YOX" DEYƏK!

n

24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?

n

26/03/2010 ...HƏM DƏ...

n

13/03/2010 Qonşusu ac ikən, özü tox yatanlar

n

22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur

n

02/01/2010 2012

n

17/11/2009 Sifarişli yazıya sifarişsiz cavab - 2

n

11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab

n

28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur

n

16/10/2009 Qadını "eşşək" və "dəvə" adlandıran müəllif

n

08/09/2009 Amerikanın silah satışları niyə artıb?

n

25/08/2009 Şərəfsizlik də bir yerə qədər

n

06/08/2009 Amerika "humanizmi"nin fəsadları

n

23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!

n

18/07/2009 NATO-nun demarşı çalınır

n

24/05/2009 Məhvolma gəlib çatmadımı?!

n

23/05/2009 Çöküşün səbəbi elə budur

n

22/05/2009 Cəmiyyətlərin əcəli

n

05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb

n

11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları

n

01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...
 
 

Günün Sitatı
RAFİQ ƏLİYEV
“Əgər hər hansı bir şəxs bilsə ki, yaxşı oxumaqla yüksək pul qazanacaq, o heç vaxt oxumaqdan yayınmaz”
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net