ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
ÖLKƏ NİYƏ BU DURUMA SALINIB? | MİLLİ PARKDA HƏYAT DONUB | ALİMLƏR BİTKİLƏRİN SÖHBƏTİNİ KAMERAYA ÇƏKİBLƏR | ERMƏNİLƏR PUTİNDƏN ABİDƏ İSTƏDİLƏR | I DÜNYA MÜHARİBƏSİNİN SONUNCU VETERANI VƏFAT EDİB | BIÇAQLA SİLAHLANMIŞ ŞƏXS MƏKTƏBƏ GİRƏRƏK İKİ UŞAĞI YARALAYIB | NOKİA ŞİRKƏTİ 4 MİN ƏMƏKDAŞINI İŞDƏN ÇIXARIR | ABŞ-da 15 YAŞLI GƏNC QIZ ADRENALİN XATİRİNƏ RƏFİQƏSİNİN BAŞINI KƏSDİ | CEYRANBATAN SU ANBARI DONUR | ELMAR MƏMMƏDYAROV BRÜSSELƏ GEDİB |

Bizimlə Əlaqə
Foto Xəbər
2012-Cİ İLİN SƏRT QIŞI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

PARTİYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ REALLAŞA BİLƏRMİ?

Gülağa Aslanlı: "Azərbaycanda azad, demokratik seçki keçiriləndən sonra partiyaların fəaliyyəti məlum olacaq"

AZƏRBAYCAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR?

Nurəddin Məmmədli: "Azərbaycan iqtidarı müxalifət qarşısında o qədər zəif və gücsüzdür ki, onlar hər hansı

ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR

Rafiq Əliyev: "Mənim sovet dövründə belə bir yazım çıxmışdı ki, Stalinin dövründə yaşamaq istəmirəm"

ALMAN TELEVİZİYASI EUROVİSİON QABAĞI PAYTAXT BAKIDAN GENİŞ REPORTAJ YAYIMLAYIB

Leyla Yunus: ""Eurovision Song Contest" Azərbaycan xalqına sevinc gətirməyib və özü ilə yeni faciələr gətirəcək"

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
Dilemma aksiyaları və KƏRBƏLA
18/12/2009 - 18:12
cavid-113@mail.ru
Cavid İmamoğlu
İlk olaraq dilemma aksiyaları barədə bir neçə kəlmə. Dilemma aksiyaları qarşındakı rəqibi-oponenti ikitirəlik qarşısında qoymağı hədəfə alır. Bu aksiya növü digər aksiyalardan bir neçə xüsusiyyətinə görə seçilir: a) aksiya qeyri zorakı yolla həyata keçirilir, b) aksiya iştirakçılarından bir neçəsini qurban vermək ilə (tutulmaq, döyülmək və s) ümümi ictimai fikri əsas məqsədə yönəltməyə nail olur. Dilemma aksiyalarının strukturuna nəzər yetirdikdə, ilk olaraq qeyri-zorakı metod ilə qarşı tərəfi çıxılmaz vəziyyətdə qoymağın əsas prinsip olduğu açıq sezilir. Dilemma aksiyaları rəqibi elə vəziyyətdə qoyur ki, bu vəziyyətdə aksiya iştirakçılarına qarşı hər hansısa bir addım atmaq onun özünün çətin vəziyyətdə qalmasına səbəb olur.

Dilemma aksiya nəzəriyyəçiləri hesab edir ki, bu aksiya növünə ən gözəl və klassik nümunə Hindistanda baş vermişdir. Beləki, Hindistan azadlıq hərəkatının başçısı Mahatma Qandini dilemma aksiyalarının əsasını qoyan ilk insan hesab edirlər. 1930-cu ildə Hindistanda keçirilmiş Duz aksiyasını onlar ilk və ən gözəl dilemma aksiya növü hesab edirlər. Həmən zamanlar İngiltərə Hindistanda müstəmləkəçilik edirdi və hətta duzu belə ingilislərdən başqa heç kəs sərbəst çıxarda bilməzdi. Duza nəzarətlə hindlilərdən külli miqdarda vergi əldə etməklə müstəmləkəçilər bütövlükdə istehsalatı monopolya altında saxlayırdılar. Qandi Hindistanda duz aksiyasını başlayanda İngilis müstəmləkəçilərini dilemma qarşısında qoymuşdu. O, bütün insanları (yaşlı, cavan, müsəlman, hindli, əlil və tipik) duz qanunlarına qarşı çıxmağa və hind okenına doğru hərəkət etməyə səsləyirdi. Hətta qolu çomağlı əlil insanlar həmən vaxtlar çomağlarını belə kənara qoymaqla aksiyanın zorakılığdan təmami ilə uzaq olduğunu ortalığa qoymuş oldular. Belə olan halda, sadəcə dəniz sahillərinə doğru hərəkət edən insanları tutmaqla müstəmləkəçi rejimin polis qüvvələri özlərini pis vəziyyətdə qoymuş olardılar. Çünki, insanların sadəcə yol getməsi və zorakılıqdan uzaq şəkildə okean sahillərindən ən adi qida ehtiyacı olan duzu çıxarmasına qarşı hər hansı bir addım atması onların vəziyyətlərinə zərbə vurar, aksiya iştirakçılarını qəhrəmana çevirərdi. Beləliklə Hindistan Qandinin qeyri zorakı mübarizə yolu ilə 1947-cı ildə azadlıq əldə etdi. Qeyri zorakı metoda və dilemma aksiyaları ilə mübarizə aparıb rejimlərini dəyişən və Mahatma Qandi mübarizəsindən ilham alan başqa aksiyalar da olmuşdur ki, onlar müasir dövrə təsadüf edir. Bunlara aşağıdakıları aid edə bilərik:

- 2000-ci ildə Serbiyada Miloşeviç hakimiyyətinə qarşı Otpor hərəkatı uzun sürən mübarizədən sonra nəticəyə nail olmuş və rejimi qeyri-zorakı yolla dəyişmişlər;

- 2003-cü ildə Gürcüstanda Şevarnadze hakimiyyətinə qarşı bir illik mübarizədən sonra KMARA hərəkatı qələbə əldə etmiş və rejim dəyişilmişdir;

- 2004-ci ildə Ukraynada eyni ssenari ilə OPOR hərəkatı qalibiyyət əldə etmişdir;

Əgər xatirinizdədirsə, hər üç hərəkatın oxşar simvolları gül olmuşdur (qərənfil, qızılgül və s). Bu hərəkat tərəfdarları mövcud rejimlərə qarşı tank və tüfəng ilə yox, sadəcə gül ilə çıxmışdılar.

Beləliklə, geniş tarixi araşdırmalara ehtiyac duymadan kəsinliklə demək olar ki, dilemma aksiyasının keçirildiyi ilk məkan Kərbəla çölü olmuşdur. İmam Hüseyn (ə) isə dilemma aksiyası ilə o vaxtki Yezid rejimini, polisi dilemma qarşısında qoyan ilk kişi olmuşdur. Heç təsadüfü deyil ki, qeyri zorakı yolla zorakılığa qarşı mübarizə aparan və dilemma aksiyalarının yaradıcısı kimi tanınan Mahatma Qandi belə söyləmişdir: "Mən İmam Hüseynin (ə), İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm. Mənə aydın olub ki, əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyndən (ə) örnək alıb, onun yolu ilə getsin." Bu Qandinin öz hərəkatının hardan ilham aldığı haqda söylədiyi açıq və net fikrdir. Ancaq maraqlısı budur ki, dünyada qeyri zorakı metodun təbliği ilə məşğul olan CANVAS təşkilatı bunu görməməzlikdən gəlib. Bu da təbiidir, çünki, qərbdə belə firk təbliğ olunur ki, İslam köləlik tərəfdarıdır və hər cür rejimə qarşı itaət olunmalıdır. İstər rejim demokratik olsun, istər anti-demokratik. Halbuki, bu fikrlər təmami ilə İslam prinsiplərindən uzaqdır və dezinformasiyadan başqa bir şey deyil.

Bir az da İmam Hüseynin (ə) Kərbəla dilemması haqda

Mən heç bir zaman Kərbəla çölündə  baş verən məsələlərə şərh vermək cəsarətində olmamışam. Sadəcə bu yazıda qısaca olaraq Kərbəla dilemmasına aid bir neçə məqamlara toxunmaq istərdim. Əvvəla tarix də yazır ki, Kərbalada ilk olaraq ox axan tərəf İmam Hüseyn (ə), yox, Yezid rejiminin tərəfdarı Ömər Səd olmuşdur. Tarix belə yazır ki, aksiya iştirakçılarına qarşı ilk oxu atdıqdan sonra Ömər belə demişdir "ey camaat! Əmirin yanında şahidlik edərsiz ki, İmam Hüseynin (ə) xeyməsinə tərəf ilk ox atan mən oldum". İmam (ə) təmami ilə zorakılıqdan uzaq şəkildə zorakılığa qarşı bayraq qaldırdı. İmam (ə) Kərbəlaya gül ilə gəlmişdi. İmam Hüseynin (ə) əhli beyti onun gülü idi. Altı aylıq Əli Əsğər bir gül idi ki, İmam ilk olaraq düşmənə o gülü göstərdi. Əli Əsğər gülünə qarşı isə rejim ox ilə cavab verdi. Bu vəziyyət artıq Yezid rejimini dilemma qarşısında qoymaq idi. Əli Əsğərə deyən o oxlar tezliklə Əməvi rejimini devrilməsinə səbəb olacaqdı. İmam (ə) Kərbəla hərəkatında çox incə və insanlara təsir edəcək şüarlarla gəlmişdi. Həmən şüarlara misal olaraq: "Ölüm alçaqlıqdan yaxşıdır", "Zinakar oğlu zinakar iki şey təklif etdi: İti qılıncları və zilləti. Zillət bizdən uzaqdır", "Biz hara, zəlilliyə boyun əymək hara", "Bu yaşayış mənə ar gəlir ki, azad olum, amma qul kimi yaşayım" və s.

Bu da Kərbəla və Aşura hərəkatına bir dilemma nöqtəyi nəzərindən qısa bir baxış. Aşura dilemması haqda geniş məlumat əldə etmək istəyənlər doktor Mürtəza Mütəhərrinin 3 cildlik "Həmaseyi Hüseyn" kitabına müraciət edə bilərlər. Sonda bir daha qeyd etmək istərdim ki, qeyri-zorakı yolla zorakılığa qarşı mübarizə aparmaq mədəniyyətinin İslamdan qaynaqlandığını aşkar etmək üçün heç də bütün tarixi kitabları vərəqləmək lazım deyil. Bu kor-kor, gör-gör məsəli kimi açıq və aydındır.

 


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
Nizami 21-12-2009, 18:25:36
muellifin bu hadiseye yanashmasi menim cox xoshuma geldi, ancaq Gurcustanda ve Ukraynada bash veren hadiseleri getirib bu hadiselere tay etmesi yox...
 
 

YAZARIN DİGƏR YAZILARI

n

20/01/2012 ELMLƏR AKADEMİYASINA GEDƏN YOL

n

02/12/2011 ZİYALI VƏ İNTELEKTUAL OLAQ!

n

24/11/2011 DÜŞÜNƏNLƏRİN SONU

n

03/11/2011 QADAĞA FOBİYASI

n

24/08/2011 MƏN BURDAYAM

n

30/07/2011 TERRORÇUYA TERRORÇU DEMƏYƏ ÇƏKİNƏN QƏRB

n

27/06/2011 SƏRBƏST İNSANLAR ÖLKƏSİ

n

01/06/2011 NECƏ KÖMƏK EDƏK?!

n

17/05/2011 ÇARƏ SİZSİNİZ!

n

03/05/2011 SEVGİ DOLU MÜHİTİN ÖVLADLARI

n

13/04/2011 VURMA, BAŞA SAL...

n

25/01/2011 SOSİUM NİYƏ RADİKALLAŞIR?!

n

10/12/2010 Qadınımıza qarşı "Hicab" zorakılığı

n

20/11/2010 ÜNSİYYƏT PROBLEMLİ İNSANIMIZ

n

30/10/2010 Yoxsul olmamaq mənim haqqımdır

n

25/09/2010 GÜNAYIN GÖZ YAŞLARI

n

23/08/2010 Zorakılıqsız həyat

n

02/07/2010 Sosial rifah səviyyəsi aşağı olanda...

n

15/05/2010 Ailə Günündə Ailələrin günü

n

05/04/2010 2011-i "Ahıllar ili" elan edək!

n

25/03/2010 Uşaqlar ailədə zorakılıq görməməlidir

n

18/03/2010 "Lazım gəlsə..."

n

08/03/2010 Sevginin rəngi

n

05/03/2010 "U(O)BAMA"

n

10/02/2010 Qorxuram...

n

04/02/2010 "Eurovision" vision of tomorrow

n

30/01/2010 Adın nədir?!

n

26/01/2010 "Birisi" barədə

n

22/01/2010 Statistika xeyir-dua verir

n

15/01/2010 Polis də insandır

n

11/01/2010 Ey yaşı ötmüş pir!

n

30/12/2009 Reproduktiv sağlamlıq və İslam

n

18/12/2009 Dilemma aksiyaları və KƏRBƏLA

n

02/12/2009 İslam Online

n

16/11/2009 Üzeyir bəy fitnəçilərə cavab verir

n

10/11/2009 SUYU BULANDIRANLAR

n

04/11/2009 "Pensiya" və "Azan"

n

31/10/2009 Türkiyənin azmağı, yoxsa?

n

10/10/2009 "İNFEKSİONİST"

n

03/10/2009 "Pulun var sizün?"

n

16/09/2009 Qüds və sülh

n

11/09/2009 "I m Halal"

n

03/09/2009 Step by Step

n

23/08/2009 Ramazan və sosial iş

n

04/08/2009 İslam və homoseksualizm
 
 

Günün Sitatı
RAFİQ ƏLİYEV
“Əgər hər hansı bir şəxs bilsə ki, yaxşı oxumaqla yüksək pul qazanacaq, o heç vaxt oxumaqdan yayınmaz”
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net