Cəmiyyətimizdə bir çox gənclərin düçar
olduğu sözügedən bu günah, gənclərimizi cismi və ruhi çirkablığa doğru sürükləyir.
Bu günahın cismi və ruhi zərərlərindən agah olmayan indiki gəncliyimiz, necə xilas
ola bilərlər bu girdabdan? Biz bu yazımızda ononizm adətinin həm tibbi baxımdan
olan zərərlərindən, həm ictimai fəsadlarından, həm də Quran və hədislərdə bu
barədə olan söhbətlərdən bəhs edəcəyik.
Təəssüflər olsun ki, gənclərimizin
istimnanın - onanizmin insan orqanizminə olan zərələri barəsində məlumatsızlığı,
onların bu çirkin əmələ düçar olmalarının əsas amilidir. Bu mövzuda ilk
olaraqata və analar daha çox məsuliyyət
daşıyırlar. İlk növbədə gərək onlar istimnanın cismi və ruhi zərərlərin öyrənələr
və övladlarını da bu mövzuda məlumatlandıralar. Sonrakı mərhələdə isə məktəblərimizin
üzərinə böyük yük düşür. Məktəblərdə də şagirdlərə
ononizmin insan cisminə və ruhuna olan zərələrindən bəhs edən mühazirələrin
oxunması vacibdir.
İstimnanın Quran və hədis baxımından zərərləri
İstimna, əl hərəkətləri ilə spermanın
bayıra çıxarılması deməkdir. İmam Sadiqdən (ə) onanizmin hökmü barədə
soruşurlar və o, cavabında belə buyurur: Böyük günahdır. Allah-təala Qurani-Kərimdə
bu əməli haram buyurmuşdur. İstimna edən şəxs, elə bil özü ilə nigah bağlayıb və
əgər bu işlə məşğul olan bir şəxs tanısam, onunla bir süfrədə oturmaram.
Ravi İmam Sadiqdən (ə) soruşur ki,
Quranın hansı hissəsində bu barədə hökm verilib, yazılıb. İmam Sadiq (ə)
buyurdu: "Hər kəs öz xanımından, kənizindən başqası və ya digər yolla öz şəhvətini
təmin edərsə, təcavüzkardır. Ravi soruşdu, zinanın günahı böyükdür, yoxsa
istimnanın? İmam Sadiq (ə) buyurdu: "İstimna böyük günahdır". Başqa bir yerdə
İmam Sadiqdan (ə) istimnanın hökmü barədə soruşurlar və o, cavabında buyurur: "Böyük günahlardır vəçox pis adətdir.
Həzrət İmam Sadiq (ə) buyurur: "Üç dəstə
insanlarla Allah-təala danışmayacaq və onlara rəhmət nəzəri ilə baxmayacaq,
onları pak etməyəcək. Onlar üçün ağır əzab var. Bu şəxslər aşağıdakılardır:
1) Ağ saçların təmizləyən şəxs (özünü
cavan göstərmək üçün)
2) İstimna edən şəxs
3) Ləvat edən şəxs (kişilər arasında
cinsi əlaqə)
Peyğəmbər (s) buyurur: "Hər kim öz əlləri ilə şəhvətini təmin edərsə,
məlundur (Allahın rəhmətindən uzaqdır)."
İstimnanın cismi və ruhi zərərləri
Bu əməl insanları cinsi zəifliyə düçar
edir. Süstlük və halsızlıq gətirir. Ononizm ilk olaraq insanın göz və
qulaqlarına öz mənfi təsirini qoyur. Ononizmə aludə olan insanlarda qulaq zəifliyi
özünü biruzə verir. Və davamlı olaraq, qulaqlar cingildəyir. Gözlərə vurduğu zərər
isə doğurdan da dəhşətlidir. Bu xəstəliyə düçar olanlarda, xüsusən də cismi cəhətədən
zəif olan insanlarda, əgər görsələr ki, bir milçək onların gözlərinin
qarşısında uçur və onları narahat edir, onlar gözlərini yumsalar da, bu
narahatçılıqdan yaxa qurtara bilmirlər. Əgər bu hal bir neçə dəqiqə davam edərsə,
gözlərin qarası aradan gedər, insanın başı gicəllənər və yerə yıxılar. Əlbəttə
cismi cəhətdən güclü olan insanlar, bu xəstəliyə gec düçar olurlar.
Ononizminbəlalarından biri də, iradəsizlikdir. Belə
ki, insan bu əmələ mübtəla olandan sonra, artıq ikinci və üçüncü dəfə bu əmli tərk
etmək iradəsində olmur. Ononizmin cismi zərələrindən başqa, cinsi zərərləri də
vardır. Belə ki, bu xəstəliyə və ya adətə mübtəla olan insanlarda sperma vəzisi
get-gedə balacalaşır və spermanın sıçrayış sürəti azalır. Bu vəzi daha sonrakı
mərhələlərdə balacalaşaraq, noxud boyda olur və sperma ifraz etmək xüsusiyyətini
itirir. Bu isə o deməkdir ki, insan həm cinsi rabitədən ləzzət apara bilmir, həm
də gələcəkdə övlad sahibi ola bilmir. Yavaş-yavaşkişilik xüsusiyyətini itirir. Bəzi həkimlərin
açıqlamalarına görə, ononizmə mübtəla olan cavanlarda qısa müddətdən sonra
sidik əvəzinə qan gəlir. Bugünkü bəşər deyir ki, yaxşı qidalanın, heç bir işdə
həddi aşmayın və güclü olun ki, xəstəliklərə mübtəla olmayasınız. Ammabu xəstəliyə düçar olanlarda yaxşı iştaha
olmur və cinsi ehtiyaclarını ödəməkdə həddi aşaraq qeyri-təbii yollardan
istifadə edirlər. Nəticədə onlar zəifləyir, xəstəliklər və mikroblar isə onlara
tez yoluxur.
bir sual verim; yuxrida qeyd etmisniz ki bir chox genclerimiz bu belaya duchar olublar..bu barede hansi resmi statistikaya esaslanmisiniz?)))
/*
Burada statistikaya o qederde ehtiyac yoxdur bu ekser genclerin mubtela oldugu beladir. Bunu haami bilri burada xusui statistikaya ehtiyac yoxdur. */
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.