Bu günlər demokratiya və tolerantlığın mərkəzi kimi ad qazanmış İsveçrədə refendum keçirildi. Nə qədər gülünc görsənsə də bu dəfə refendum bir tikili barədə idi. Bu tikili isə insanları həqiqət və paklığa səsləyən minarələrərdən ibarət idi. Sizə elə gəlməsin bu məsələ təsadüfi xarakter daşıyır və kimlərisə bu gözəl səda narahat etdiyindən bu seçkiyə əl atılıb. Yox bu əsla belə deyil. Bu proqram artıq neçə ildir ki, beynəlxalq sionizmin sifarişi ilə, nüfuz dairələri olan bütün ölkələrdə başlamışdır. Sifarişə əsasən İslamın getdikcə artan nüfuzunun qarşısını almaq məqsədi ilə, ilk növbədə İslam dininin atributlarını aradan aparıb, gözdən salmaq lazımdır. Hicaba qarşı hücumlar və onun hətta dünyanın tanınmış telekanallarında vurulması, məscidlərin müxtəlif bəhanələrlə sökülüb, dini təbliğatı nəzarətə götürməklə getdikcə məhdudlaşdırılması, bu və bu kimi islamafob hərəkətlər məhz sionizmin və onların əlaltıları vasitəsi ilə həyata keçirilməkdədir. İsveçrədə, seçkidən öncə keçirilən sorğuda, insanların əksəriyyəti minarələrin onlarda heç bir narahatlıq törətmədiyini bildirsələrdə, sonradan, seçki qabağı təbliğat zamanı, İslama qarşı elə geniş, çirkin və amansız təbliğat aparıldı ki, nəticədə qərəzli dairələr həm İslama qarşı nifrətin daha da artamasına, həmdə bu planın seçkidə qalib gəlməsinə səbəb oldular. Hazırda dünya çapında, müsəlman ölkəsi olmayan İsveçrə, bu hərəkətinə görə haqlı olaraq kəskin tənqid edilməkdədir. Amma dünyanın xəbəri yoxdur ki, müsəlman ölkəsi sayılan Azərbaycanda nəinki təkcə minarə, hətta məscidi belə sökməyə gözün üstə qaşın var deyən yoxdur. O ki, qaldı bu barədə referendum keçirilə! Bunları müqayisə etdikcə görürük ki, sionizm Azərbaycanda hər yerdən daha çox yarayıb və onların İslama qarşı hər bir arzusu böyük məmnuniyyətlə həyata keçirilməkdədir.
|