Dərsin bitməsinə 10-15 dəqiqə qalırdı.
Zənglərin ardı-arası kəsilmirdi. Sinifdə olduğumdan telefona cavab da verə bilmirdim. Həyəcan
bürümüşdü məni. Görəsən gözləyəcəkmi? Axı Səbinənin ad günü idi bu gün! Ay
Allah tez qurtarsaydı gedib qıza çatardım. Sinifdə hansısa mövzu barəsində
diskusiya gedirdi. Danışılanlar heç vecimə də deyildi. Nəhayət ki, Rəsul müəllim - "belə uşaqlar, son olaraq bunu bildirim ki, mənim fikrimcə azan səsi
xəstəxanalardakı xəstələrimizi narahat etdiyinə görə,
onun verilməsinə qadağa qoyulmalıdır. İndi
isə dərs bitdi, çıxa bilərsiniz"- deyə dilləndi. Danışılanlardan eşitdiyim elə
bu oldu. Özümü sinifdən bayıra atdım. Qaça- qaça aşağı düşdüm. Hə, Səbinə univeristetin
həyətində idi hələ. O, guya mənim sevgilim idi. Yaman inanmışdı sevgimə qızcığqaz. Düz 4
ay idi ki, cürbəcür vasitələrlə oğurlamağa çalışırdım saqqızını, amma qız əl
vermirdi ki, vermirdi. Əslində o da mənim kim
olduğumu yaxşı bilirdi, amma deyəsən şeytan artıq ona da hakim olmuşdu. Bu gün
yaxşı fürsət idi. Yaxşı bir gecə keçirmək olardı onunla. - Nə isə... görək
neynirik - dedim öz-özümə.
Çatdım qıza.
Bağışla Səbiş - dedim.
- Bəs hardasan
sən? - deyə Səbiş nazlanmağa başladı.
- Gedək sənə hər şeyi
unutduracağam Səbiş!
- Misal üçün nə edəcəksən?
- Orası uje surprizdi, desəm ləzzəti qaçar.
- Əvvəla səni
təbrik edirəm, sonra isə bunu qeyd etmək üçün xüsusi bir məkan hazırlamışam - dedim.
Qız yazıq sevincindən yerindəcə dingildəyirdi.
Dostum Tahirin
şəxsi mənzili məqsədimə çatmaqda mənə kömək edəcəkdi. Artıq neçə gün idi ki,
mənzilin açarını ondan almışdım. Belə bir gün üçün hazırlıq görməli idim axı.
Səbinə hələ də özünü
itirmiş haldaydı. Sürprizin nə olacağını səbirsizliklə gözləyirdi.
Binaya çatdıq.
Əlindən tutub pilləkənləri qaça-qaça yuxarı çıxatdım onu. Qapıya çatanda
dayandıq. Önə keçib qapını açdım. Əlimi sinəmə qoyub bir addım geriyə çəkilərək
- buyurun madam - dedim. Xoş gəlmisiniz!
Səbinə içəri
girdikdə gözlərinə inanmadı. Otaqda çox romantik bir abu-hava yaratmışdım.
Əllərimizi
yuyub əvvəlcə süfrə başına keçdik. Stol necə lazım idisə, elə də hazırlanmışdı. Hər şey gözəl idi. Yedik-içdik, deyib-güldük, əyləndik. Hava artıq qaralmağa başlamışdı. Biz isə hərəmiz
bir tərəfə sərələnib qalmışdıq. Əsl gecə hələ indi başlayacaqdı. Bundan sonra
nəyin baş verəcəyini artıq ikimiz də hiss edirdik. Sanki ikimiz də buna razıydıq. Mən gəlib Səbinənin yanında əyləşdim. Ürək döyüntülərim artmağa
başladı. Artıq hər şey hazır idi. Səbinə mənə baxışları ilə sanki - sənə
təsliməm - demək istəyirdi. Ona yaxınlaşmaq istəyirdim ki, birdən azan səsi
ucaldı. - "Allahu əkbər" "Allahu əkbər".
Yerimdən dik
atıldım. Bədənimə üşütmə düşdü. Tüklərim biz-biz durmuşdu. Sanki, böyük
bir cinayət üstündə yaxalanmışdım. Səbinə isə daha çox qorxmuşdu. Gözlərini
azanın səsi gələn pəncərəyə zilləmişdi. Birdən - Fuad biz neynirik?! - deyə
qışqırmağa başladı. Tələs-tələs durub geyindi. Çıxmaq istəyirdi. Qarşısına
keçdim. - İndi azan bitər - dedim. Gəl gecəmizi korlamayaq Səbinə! - Lənət olsun bizə, lənət
olsun ikimizə də - deyə qışqırıb - rədd ol
qarşımdan - dedi. Çarəsiz qalmışdım. Kənara çəkildim. Qapını üzümə çırpıb
getdi.
- Məhv oldum,
məhv oldum - deyə bağırmağa başladım. Nə üçündü bu azan? Gül kimi gecəmizi məhv
elədi. Gül kimi kefimizi pozdu. Heyif bu qədər zəhmətdən. Heyif O qızdan. Bir
dəfəlik çıxartdım onu əlimdən - deyə hey
deyinirdim.
Qəlbimdə azana
qarşı kin yaranmışdı. Kimə deyim dərdimi, kimə şikayət edim bilmirdim, bu dövlətin yiyəsi var, ya
yox?! Bir çarə qılsınlar da bu azan məsələsinə. Qoymayacaqlar kefimizi
çəkək. Qoymayacaqlar istədiyimiz kimi rəftar edək -
deyə-deyə evdən çıxdım.
Başımı itirmişdim.
Pilləkənlərdə oturdum. Bir az əsəblərim soyudu. Artıq ehtiras hisslərim də keçmişdi.
Düzgün düşünməyə başlamışdım. Əslində böyük bir bəladan qurtarmışdım. Yoxsa
xalxın qızını bədbəxt edəcəkdim. Yoxsa başımı bəlaya salacaqdım. Sonra Səbinə
məndən əl çəkərdimi?! İlan olub sarılacaqdı boğazıma. Bundan başqa axı, həm də mən böyük bir xəyanət edəcəkdim, bu boyda günahın altından
necə çıxardım?! Tövbə etməyə başladım. - Ay Allah bağışla məni - dedim.
Elə burada
Rəsul müəllimin sinifdə işlətdiyi son cümlə yadıma düşdü; "Mənim
fikrimcə xəstələrimiz azan səsindən narahat olur deyə onun
verilməsinə qadağa qoyulmalıdır".
Öz-özümə dedim: Bəli Rəsul müəllim, sən demə siz belə xəstələri
deyirmişsiniz. Siz "xəstələrimiz azan səsindən narahat olur" - deyəndə mən əvvəl sizi başa düşmədim. İndi
anladım ki, bəlkə də siz ümumiyyətlə millətimizin xəstə olduğunu demək
istəyirmişsiniz. Elə burada rəhmətlik Baba
Pünhanın "Bakı xəstədir" adlı şeri yadıma düşdü. Ona görə də, indi mən sizinlə razılaşıram. Çünki doğurdan da millətimiz mənim
kimi xəstələrlə doludur. Belə xəstələrin isə azan səsindən nigaran və narahat
olmaları tamamilə reallıqdır.
Həvəsbaz, öz nəfsani istəklərinə çatan zaman azan səsi ucalıb, Allahın
nidası olaraq onu qorxudur. Oğru oğurluq edən zaman, cinayətkar cinayət, qızlarımız iffətsiz və abırsızlıq edən zaman, dindarlarımız
dinsizlik, məsullarımız məsuliyyətsizlik edən zaman təbii ki, azan səsi onlara
mane olur!
Amma mən sizin
yerinizə olsaydım, ay Rəsul müəllim, azan səsinə qadağa qoymaq əvəzinə bir insan
olaraq insanları belə xəstəliklərə bulaşdıran hər hansı məlum və müəyyən
amillərə qarşı mübarizə aparıb, onların yayılmasına qadağa qoyardım. Belə olan
surətdə, siz mənim kimi yüzlərlə insana kömək etmiş olardınız!
Bismillah, salamlar.
Meqale umumi cehetden yaxshidir, haminin derdinden xeber verir. Amma bu meqalede bala qarishmish zeher gorunur. Bir misal cekek: bir filmi mushahide edirsiniz. Bir qehreman bir otaqa daxil olur ve gorur ki bir nefer quldur namuslu birine tecavuz edir. Qehreman onu oldurur. Siz bu sehneden tesirlenmedinizmi? Yeni o cinsi tecavuz sehnesini gorerken sizin tukunuz bele terpenmedi? Cavab aydindir.
Bu meqalede de bele sheyler var. Birincisi unuversitetin heyetinde onun o qizla danishiqinda gizlenmish shehvet sehnesinin "mujdeleri", ikincisi onlarin otaqda bir-birini basha dushemeleri, ne bilim o qizin ozunu teslim hereketleri.
Meqale faydali olsa da qeyd olunan cehetler onun ibratamizliyine zerer vurub. Bunu butun gencler derk edir.
Saqlam tenqid tereqqidir. Vessalam.
Rehshan
18-03-2011, 13:56:13
Vaxtinda choxlarimiz bu azan sesin eshitseydik etrafimiz belke daha gozel olardi, ama yenede gec deil