Son zamanlar regionda atmosferin dəyişildiyini bəzi
həssas şəxslər hiss edirlər. Onların dediklərinə görə, havanın tez-tez tutulub-açılması
regiona qərbdən daxil olan soyuq hava kütləsindən sonra baş verib. Məlumatın daha
maraqlı yeri odur ki, hava kütləsi ancaq qərb küləyi vasitəsilə parçalanıb, qeyri-sabit
şərait yaradır...
Bu günlərdə isə elektron poçtuma yeni bir məlumat daxil
olub. Xəbəri bir neçə təşkilat göndərib ki, narahat olmayım, yaxın aylarda hava
mülayim keçəcək. Bəzi hallarda isə həzin meh də əsəcək. Birmənalı olaraq, soyuqdan
danışmağa dəyməz. Bir sözlə regionda nisbi sabitlik hökm sürməkdədir. Axı, deyəsən
qərb küləyi elə özlərinə tərəf yan alıb...
Bax indi-indi qafama girir ki, neçə illərdir Qarabağımız
niyə soyuqdan buz bağlayıb? Ay sənə qurban, gedin öz elinizdə bu küləyi əsdirin
də. Qoyun biz də qonşuluğumuzu edək, yavaş-yavaş buzlarımızı əridək. Öz aramızdır,
havaların qızmasından da yaman qorxuram, arvad-uşağı evə yığışdırmaq lazımdır axı.
Söz qonşudan düşəndə, konunun başına bir az fırlanmağı
borc bildim: Əməl əqidədən və niyyətdən doğur. Əqidə isə məntiq və elmə əsaslanmalıdır.
Daha doğrusu ilahi vəhyə köklənən əqidə ən düzgünüdür. Bizim əqidəmiz də İslam dininə
bağlılığıyla seçilir. İslamın qonşuya verdiyi haqqı heç bir ideologiya ortaya qoya
bilməyib və bilməz. Belə ki, Müqəddəs İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) buyurur: "Qonşunun halını bilmədən yatan şəxs müsəlman deyi". Müsəlmanlardan bir neçə şəxs
haqqında soruşacaqlar. Ailə tərkibindən sonra qonşu gəlir. Qonşu müsəlman olarsa
ikinci bir vəzifə əlavə olunur. Bu məfhum çox geniş mənanı ifadə etməklə, insanların
mehriban, təhlükəsiz və rahat yaşamalarını təmin edir. Qonşularımızın əksəriyyətinin
müsəlman olmaları, bir tərəfdən bəxtimizin üzümüzə gülməyindən xəbər verir- onlardan
heç bir təhlükə filan gəlməz. Başqa tərəfdən isə işimizi çətinləşdirir- həm qonşu,
həm də müsəlman olmaları bonumuzun yükünü bir az da çoxaldır.
Bu külək-filan gedəndən sonra deyəsən beton divarlar
sadə "setka" çəpərlərlə əvəz olunacaq. Artıq qəlbimizdə və qərbimizdə yerləşən qonşumuz
gediş-gəlişi ikitərəfli, cənub qonşumuz isə birtərəfli vizasız reyimə keçirdi.
Manesef, beləgedişlər qərb küləyinin təsirində cücərən qidalarla ət-qan bağlayanlar tərəfindən
qısqanclıqla qarşılanır. Yazının sonunda onlara kiçik xatırlatma etmək yerinə düşər.
Qonşularımızla gediş-gəlişin vizasız rejimə keçirilməsindən ilk qazanan tərəf sıravi
vətəndaşlar olacaq. Çünki, tarix boyu bu xalqlar eyni regionda və oxşar adət-ənənələrlə
yaşayıblar. Ən azı müsəlmanlıqları və qonşuluq prinsipləri onları bir-birlərinə
daha da dərındən bağlayır. Bu baxımdan gediş-gəlişin asanlaşdırılması müsbət nəticələr
verəcək. Həm maddi tərəfdən həm də vaxt baxımından vətəndaşlar çox əziyyət çəkirdilər.
Məsələn, cənuba gedən hər bir şəxs qırx dörd manat viza, on səkkiz manat isə analiz
üçün ödəməli olurdu. Bundan əlavə son zamanlar xüsusi qayda tətbiq edilmişdi. Həftənin
birinci günü qadınlar tələb olunan sənədləri təqdim etməli, dördüncü gün vizanı
almalı, beşinci gün isə kişilər sənədləri verib, növbəti həftənin ikinci günü götürməli
idilər. Bu da xüsusən rayonlardan gələnlər və ailəvi getmək istəyənlər üçün çətinliklər
yaradırdı. Viza reyiminin aradan götürülməsi, belə problemlərin birdəfəlik həlli
deməkdir.
Yeri gəlmişkən, təhlükəsizlik baxımından da narahat
olmayın. Sərhəd keçid məntəqələrinin səmərəli fəaliyyətlərini qiymətləndirmək lazımdır.
Onlar tam güclərilə nəzarəti gücləndirib, vətəndaşların rahatlıqları üçün əllərindən
gələni əsirgəməməyə and içiblər. Biz də qonşularımıza sədaqətli olacağımıza AND
İÇİRİK!
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.