Bəzən Azərbaycan mətbuatında elə xəbərlərə və dezinformasiyalara rast gəlirsən ki, adamı lap gülmək tutur. Elə bugünkü yazımı da ölkə KİV-nə həsr etmək istəyirəm. Məni arada bu sual düşündürür: niyə bəzən mətbuatımız rəsmi xəbəri yaymaq istəmir, bəzən isə bloqlardan xəbər götürüb qəzet manşetlərinə çıxarır? Bəzən kimlərinsə həbsini şişirdirlər, bəzən günahsız tutulanlar barədə xəbər vermirlər. Mətbuatımızın vəziyyəti həqiqətən ürəkaçan deyil. Çünki əgər ölkədə qəzet oxuyan, İnternetdə xəbər arayan yoxdursa, onda gənclikmi deyək, qocalarmı deyək, uçuruma yuvarlanır. Arada İnternet klublara da baş çəkirəm, yaddaşda qalan saytlarla maraqlanıram. Nəticə isə ürəkaçan deyil. İnternet klubda 10-15 stoldan 90 faizi virtual oyun oynayır, bəziləri çatda, bəziləri isə... Bu yaxınlarda bir saytda xəbər oxuyuram, yazılır ki, sən demə donuz qripinin mənbəyimi deyək, mənşəyimi deyək, İrandaymış, özüdə hər gün ölkədə 4 min nəfər donuz qripinə yoluxur və İslam respublikası bunu mətbuata açıqlamır. Bu xəbəri elə bir mənbə verir ki, bəlkə də bir dəfə İranda olmayıb və İranda səhiyyənin hansı səviyyədə olmasını ona desələr, inanmaz. Bu xəbəri verənlər ya yalançılardır, ya da İranda donuz qripinə yoluxanları bir-bir sayıblar. Təsəvvür edin, bunlar gün ərzində 4 min nəfəri İranın müxtəlif bölgələrində qeydə də ala bilirlər. Ara sıra tanınmamışların da məqalələrini oxuyuram. Çünki, tanınmamışlar çox vaxt qələt edərək, İslamı təhqir edirlər. Bu günlərdə oxuduğum məqalələrdə yenə İranın hədəfə alındığını gördüm. Təsəvvür edin, özünü obrazovannı müsəlman sayan şəxs deyir ki, dünyada homoseksualizmin adət-ənənə hesab olunduğu ölkə İrandır. Bu şəxsdə olan qərəzə baxın! Ola bilsin İranda bu cür insanlar olsun və bu istisna edilmir. Ancaq İslami qanunlara əsasən, bu şəxslər edama məhkum edilirlər. Ancaq adət-ənənə lap ağ yalandır... Kişi ol, Hollandiyada homoseksualistlərin heykəli olan mavi məhəlləsi haqda eşitməmisən? Bir müddət əvvəl İranda olarkən internet kluba girmişdim və ölkə mətbuatında belə bir xəbər oxudum: Tehranda mitinq başlayıb, minlərlə tələbə meydandadır. Tərslikdən mən elə bu saytın dediyi məntəqəyə çox yaxın yerdə idim. Lakin çox təəssüf ki, mitinqə qoşula bilmədim, çünki nəinki bu meydanda mitinq, heç 3 nəfəri belə cəm halda görə bilmədim. Bəzən mətbuatımız İsrailin xəbərlərini elə sürətlə yayır ki, adam lap qibtə edir. Ona görə qibtə edirəm ki, biz qardaşlarımızla bağlı olan xəbəri nəinki tez bir zamanda yayımlamırıq, hətta sanki xəbərimiz olmur. Ayətullah Xameneinin vəfat etməsi dezinformasiyası da çox sürətlə yayılan xəbər idi. Elə bil kiminsə marağı varmış kimi bunu bütün Azərbaycana yaydı. Müqəllidlərdən hətta bəzilərinin bu xəbərə inandığının da şahidi olduq. Şükr Allaha sonra bütün ölkə mətbuatı təkzibi yaydı və bu yalanın üstü tez bir zamanda açıldı. Nə yaxşı ki, Höccətülislam Vəl Muslimin Ocaq Nejadın təkzibi tez yayıldı, yoxsa bəzi KİV ertəsi günü İranın yeni rəhbərini təyin edəcəkdi. Sonra bloqqerlərin həbsi ilə bağlı xəbərlər... Düzü, söz azadlığının məhdudlaşdırılmasını və bu cür həbsləri dəstəkləmirik, əksinə, pisləyirik. Ancaq həddən artıq şişirtmələr nəyə lazımdır? Heç məscidin sökülməsi və buna etiraz edənləri belə şişirtmirik, heç xəbər kimi yayımlamırıq da! Hərçənd, bəzi media mənsublarına həbslər barədə rəsmi məlumat belə verilmişdi. Sözün açığı, ABŞ-ın bu məsələni şişirtməsi məndə bir şübhə yaradır. Çünki ABŞ, faktiki olaraq heç vaxt pislənməli olan şeyi pisləməmiş, tərifə layiq olan şeyi isə heç vaxt düzgün qiymətləndirməyib. Mən ehtimal verirəm ki, ABŞ-İsrail liderliyindəki İSLAM DÜŞMƏNLƏRİ ilə dostluq edənlərə sözümün təsiri, bəlkə də, olmayacaq. Barı Allah övliyalarını və dostlarını özünə dost bilənlər düşmənlərin bizə qarşı birləşmələrindən ibrət alaraq, həmən bu düşmənlərə qarşı mübarizədə onlara qarşı daha da yaxşı birləşək.
|