Bağışlayan və
mehriban Allahın adıyla. Ya Allah! Təxminən 12 ildir mətbuatdayam və 10 ildir
biz də bəziləri kimi cızma-qara edirik. Və ilk dəfədir yazımı məhz bu cür
başlayıram, yəni Allahın adıyla.
Əslində bu cavab yazısını
yazmaq istəməzdim. Çünki özündənrazı adamlara nəinki cavab vermək, heç onların
adını, soyadını çəkmək, onların udduğu havadan udmağı belə özümə sığışdırmıram.
Bu günlərdə bir yaxın
dostum mənə msn-də bir link verdi və linkdəki yazını oxumağımı xahiş etdi.
Linki açdım və yazının ən azından 1 qəzet səhifəsi olduğunu və içərisində
pafoslu sözlərin çoxluğunu görüb oxumayacağımı bildirdim. Amma israrlı xahişdən
sonra oxumaq qərarına gəldim. (Heyf o yazını oxumağa sərf etdiyim vaxta - A.)
Oxudum və cavab
yazmasam hikkəmi söndürə bilməyəcəyimi gördüm. Əvvəl həmin yazının altındakı
şərh bölməsinə qeydlərimi buraxmağı qərara aldım. Amma sonra bir müddətdən
sonra orada şərhlərin olmayacağını nəzərə alıb və ya ümumiyyətlə o şərhin sayta
yerləşdirilib-yerləşdirilməyəcəyini düşünüb, məqalə yazmağa qərar verdim.
Əvvəlcədən oxuculardan yazı uzun alınacaqsa, üzr istəyirəm.
Demək belə. Məlum
olduğu kimi ölkədə qrantla yaşayan - mən onlara "qranatamyoşşik" deyirəm - bir
neçə təşkilat, mətbu orqan və şəxslər var. Bugünlərdə onlar bərk qorxuya
düşüblər. Çünki dayıları bir-bir əkilir. Belə narahatlıq keçirənlərdən biri də,
Taleh Şahsuvarlıdır. Ki, qaynar.info saytında yazdığı məqalədən aldığının son
"pay" olduğu daha aydın hiss olunur. Çox narahatdır. Allah səbr versin. Hiss
olunur ki, ona yeni "pay" vermək üçün göstəriş veriblər. Və o da hiss olunur
ki, bu onun ilk işi deyil. Nə edək, adamın çörəyi mənəviyyatı tapdalamaqdan
çıxır. Allah səbr versin.
Əvvəla Taleh bəyə
bildirmək istərdim ki, onun ən böyük səhfi və yanlışlığı ondan ibarətdir ki,
onun kimiləri həmişə öz problemlərinin həllini Qərbdən gözləyiblər. O Qərbdən
ki, (oxuculardan üzr istəyirəm - A.) bizə oğraşlığı, biqeyrətliyi, fahişəliyi,
homoseksualizmi mədəniyyət kimi sırıyır. Və bunu məhz qrantlar hesabına bizə yedirtməyə
çalışır. Etiraf etməliyəm ki, bunu gözəl bacarırlar.
Həmçinin onu da qeyd
edim ki, Taleh bəy kimiləri Dağıstanda baş verənləri möcüzə adlandırır. Çünki
onun İslam barəsində düşüncəsi ancaq elə Dağıstandakı bəzi adamlar
səviyyəsindədir. Amma mənim kimi əsl müsəlmanlara belə şeylər kar etmir. Çünki
bizim üçün Allahın kainatda yaratdığı hər bir nəsnə, hətta aldığımız nəfəsin
özü belə bir möcüzədir. Bunun üçün işarələrə ehtiyac duymuruq. Hətta sənə
yazdığım bu cavab yazısının birnəfəsə yazılmasının özü belə Allahın bir
lütfüdür.
Babəklə bağlı yazmağa
ehtiyac duymadım. Çünki bu barədə hörmətli qələm dostum Cavid İmamoğlu yetərli
cavab verib.
Qeyd etmək istərdim
ki, adını çəkdiyin və çəkmədiyin iyrənc xəstəlikləri də sənin təbliğini etdiyin
Qərb mədəniyyəti istehsal edib. O ki qaldı Mirzə Ələkbər Sabirə, o İslama qarşı
yox, xürafatçılara və dünyanı yalnız eyş-işrətdə, şəhvətdə görə, yeri gələndə
isə özünü müsəlman kimi qələmə verən sənin kimilərə qarşı mübarizə aparıb.
Çünki yalnız sənin kimilər Hollivudun aktrisa problemindən narahat olarlar.
Ancaq narahat olma, neçə ki Qərb mədəniyyəti dediyiniz nəsnə var, Hollivudun
fahişə cəhətdən qıtlığı olmayacaq.
Allah-Təala kamil
kitabı olan Qurani-Kərimin "İsra"surəsinin 71-ci ayəsində belə buyurur:
"Qiyamət günü hər kəs kimi sevirdisə, onun rəhbərliyin qəbul edirdisə, onun
ağalığını qəbul edirdisə, onunla birlikdə sual-cavaba çağırılacaq." Necə də bu
yazıda yerinə düşmüş bir ayədir. Allah-Təala səni o dünyada Mirzə Cəlil, Mirzə
Fətəli Axundov, Steynar Gil və mənim adını unutduğum, sənin yaddaşında olan
özünə rəhbər seçdiklərinlə birgə qərar versin. Amin!
Yazında qeyd
edirsən ki, Hacı İlqar İbrahimoğlunun filosof olmağı onun ilahiyyatçı olmamağı
deməkdir. Sözün düzü bura qədər sənin nəsə oxuyub-bildiyin barədə beynimdə
azacıq ilişib-qalan fikirlərim gülməkədn uğunduğum üçün tamamilə darmadağın
oldu. Çünki, gör sənin İslam barədə düşüncən nə qədər zəifdir ki, (sənə İslamla
bağlı məlumat verən müəllimə bərəkallah -A.) İslamın əslində elə fəlsəfə,
irfan, siyasət, iqtisadiyyat, fizika, kimiya, astronomiya, coğrafiya vəs bu
kimi elmlərin külliyatından ibarət olduğunu bilmirsən. Qurani-Kərimin hər
ayəsinin fəlsəfəsini anlamaq üçün alimlər ömrünü həsr edib cild-cild kitablar
yazırlar və əsrlərdir tapılmış fikirlərə yenisi əlavə olunur. Bu isə o nəticəyə
gətirib çıxarır ki, İslamı anlamaq üçün Hacı İlqar kimi filosof olmaq və ya ən
azından onun kimilərin elmindən bəhrələnmək lazımdır. Daha 5-6 ədibin adını və
ya ondan sitatı əzbərləmək yox.
İmam Hüseynin (ə)
"Zalıma boyun əyməkdənsə, şəhadəti üstün tutardım", "Zalım məni zülmlə şəhadət
arasında qərar verib. Amma zillət bizdən uzaqdır" kəlamlarını demək olar ki,
yazılarında tez-tez qeyd edən Hacı İlqarın söylədiklərinin hansı balışdır?
Yoxsa deyəcəksən ki, onun lozunqu hesab edilən "Qarabağı və Qüdsü unutma!" da
balışdır. Səncə bu sözlər bizləri zülmə qarşı cihada səsləyir, yoxsa sənin hər
yazında mədət umduğun Qərb siysaətçilərinin mənasız sözləri?
O ki qaldı belə
yazıların biz möminlərin ziyanına olduğuna, işlərinin düz getməməsinə səbəb
kimi göstərməyinə, bax, burda da yanılırsan. Sənə o yazını yazmağı "zakaz"
edənlərin işləri düz getmir belə yazıların dərc olunması. Birdən çaşıb
soruşarsan Qərb niyə qorxur? Çünki görürlər ki, artıq onların öz ölkələrində
belə alimlər, məmurlar, taınmış simalar İslama tapınırlar. Ona görə
siyasətlərinin qütbünü dəyişirlər. Burada sənə bir haşiyəni qeyd edim.
İstəyirsən bir araşdır. Gör bəşər tarixində elə bir İslam mütəfəkkiri olubmu
ki, sonradan dinini dəyişsin və ya ondan imtina etsin. Amma istəsən mən sənə
bunun əksini İslam barəsində düşüncəsi olmadığı halda, sonradan araşdırma
nəticəsində İslamın kamil bir din olduğu qənaətinə gələn yüzlərlə mütəfəkkir
adı çəkə bilərəm. Bun görə də sən məsləhətim odur ki, sən bizim fikrimizi çəkmə.
Bilmirəm yazının
növbəti abzası üçün sənə hansı cavabı yazım. Çünki bayaq qeyd etdiyim kimi,
sənin İslam barəsində düşündüyün heç Mirzə Ələkbərin mübarizə apardığı
xurafatçıların biliyi qədər də yoxdur. Azından ona görə ki, onlar heç olmasa
əsl müsəlmanla vəhhabinin fərqini bilmirdilər, İslam barədə araşdırma aparmaq
imkanları yox səviyyəsində idi. Amma 21-ci əsrdə olduğmuzu iddia edib geri
qaldığımızı düşündüyün halda, özün irəli gedib azından gündə 1-2 dəfə
internetdən İslam barədə bilgi almaq istəmirsən ki, cənnət və cəhənnəmin
fəlsəfəsini, zəncir vurmaqla bric şalvar geyinənin fərqini başa düşəsən.
Sənin
İslam barədə
düşüncənin heç bizim evin balacası İbrahim qədər belə olmadığını məhz
burada
anladım. Çünki sən yəqin ki, heç Nəsimini, Füzulini, Nizamini, Xətaini,
Tusini,
Şirazini, Firdovsini, Hafizi, İzzəddin Həsənoğlunu, Qazi Bürhanəddini,
Əbdülqədir Marağayini, Mirzə Cahan Şah Həqiqi, Həqiri Təbrizi, Qövsi
Təbrizi, Nişat Şirvani,, Məhəməd Hüseyn
Şəhriyarı vəs və ilaxırı tanımırsan. Tanısaydın bilərdin ki, bu şəxslərin
hamısı İslamdan bəhrələnib. Tolstoyheç
bu adını çəkdiklərimin yanından yel olub ötməyə belə cəsarət etməz. Onların
dahiliyinin bir səbəbi də İslam fəlsəfəsindən istifadə etməklərində idi. Sənə
misal kimi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasından bir hissəni təqdim
edirəm:
Ey adı ən gözəl başlanğıc olan,
Adınla başlanır yazdığım dastan.
Sən ey xatirəsi könlümə həmdəm,
Adın düşməmişdir bir an dilimdən.
Bütün varlıqları Özün yaratdın,
Bağlı qapılara açardır adın.
Adının qərarı olmadan əvvəl,
Qələm tutmamışdır dünyada bir əl.
Ey bütün varlığın həyat təməli,
Yetməz dərgahına bir insan əli.
Sənin tərifindir "təbarəkallah",
Alqış cəlalına, feyzinə, Allah!
Taleh bəy, sonra
bizləri "Molla Nəsrəddin" jurnalının saqqalı hənalı qəhrəmanlarının törəmələri
qismində canlandırırsan. Çünki bizlər israr edirik ki, azan səsgücləndiricilər
vasitəsilə verilsin. Eləmi? Və daha sonra "texnikanın inkişafının sizə nə
dəxli, Məgər elektrik, mikrafon, səsgücləndirici ərəb şeyxlərinin
hərəmxanasındamı kəşf edilib??? " - deyə yazırsan. Bilmirəm sənin neçə yaşın
var. Amma elə hesab edirəm ki, yaş fərqimiz az olar. Ancaq təsəvvürümə belə
gətirə bilmirəm ki, necə ola bilər 21-ci əsrdə bəni-adəm elə hesab etsin ki,
İslam dini sadəcə ərəblər üçündür. Və qeyd edim ki, xeyr, mikrofonu ərəb
şeyxlərinin hərəmxanası icad etməyib, amma sənin yeddi arxadönənindən də bu
kəşf üzərində heç kəsin imzası yoxdur. Ona görə də, bizim azanı necə
verməyimizin sənə və sənə bu yazını sifariş verənlərə heç dəxli yoxdur. Bir də
ki, bizə gündə bir əmr gəlmir. Bizə əmr 1400 il bundan qabaq Qurani-Kərimdə
verilib. Biz ancaq Yaradanın quluyuq. Qulun qulu yox.
Sənə kim deyib ki,
Azan səsi "Koroğlu" üvertürasının səsinin kəsilməsinə yönəlib. Sənin
üvertüranın yaşı çox olar 100 il, amma azanın yaşı 1400 ildir. Eşidilir və
eşidiləcək də. Çünki Allah-Təala öz yaratdığı dini özü qoruyacaq.
Gəldik yazının
kuliminasiya nöqtəsinə. Qardaş mən başa düşə bilmirəm, sən Qərb mədəniyyəti
deyib bağıra-bağıra bizə qəbul etdirməyə çalışdığın nədir: əri evdə qala-qala
arvadın başqa kişi ilə barda əylənməyimi, "kişi"lərin gecələr qadın paltarı
geyinib küçələrdə "kliyent" axtarmağımı, atanın öz qızına tamah salmağımı,
kişinin öz baldızı ilə əylənməyimi, oğulun ögey anası ilə eyş-işrətlə məşğul
olmağımı, kişinin kişiylə, qadının qadınla cinsi əlaqədə olmağımı, qardaşın
bacıyla evlənməyimi. Əgər bunlardan hansısa birini özünə yaraşdırırsansa, onda
mənim daha sənə sözüm yoxdur. Yox, əgər sən Qərb mədəniyyəti deyəndə
elm-texnologiyanın inkişafını nəzərdə tutrsansa, əzizim bu mədəniyyət deyil
elmdir. Biz müsəlmanlar isə Peyğəmbərimizin buyurduğu kimi elm dalınca Çinə
belə getməyə hazırıq.
O ki qaldı Hacı
İlqarın sənin sadə sualın qarşısında pisikərək geri çəkilməyinə... Əcəb adamsan
e... Allaha and olsun mən hələ də başa düşə bilmirəm ki, sən bu yazını yazandan
sonra oxumamısan, yoxsa, Hacı İlqarı tanımırsan? Hacı İlqar o şəxslərdəndir ki,
bir mövzu barədə hazırlaşmadan saatlarla danışmaq və polemika aparmaq
iqtidarındadır. Onun sənin sualına cavab verməməsini sən qaçmaq kimi
dəyərləndirirsən, amma mən vaxtını itirməmək kimi qiymətləndirirəm. O getməyi
ilə sənə izah etməyə çalışıb ki, bu ölkədə hüquqi normaları sən və mən deyil,
əlaqədar qurumlar və qanunlar müəyyənləşdirir. Amma çifayda.
Həm də, sən özünü
nə qədər böyük adam hesab edirsən ki, xalqın adından "ictimai müqavilə"
hazırlayırsan və onu xalqa əyan edirsən.
Sən gör nə qədər
dardüşüncəlisən ki, milyonlarla insanın etiqad etdiyi İslamın sütunu hesab
edilən Namaza çağırış səsi olan Azanı məzmunu olmayan avaz hesab edirsən. Çünki
sən bu qədər düşünürsən. Çünki sənin dünyavi təsəvvürün bir Azanı qavramağa
belə yetmir. Qeyd edirsən ki, Azan sənin rahatlığını pozur, əsəbləşdirir.
Qardaş onda sənin problemin Azan deyil eee, sənin problemin başqadır, get onu
həll et. Çünki hələ mən bu yaşıma kimi 6 milyar insanın içində Azanın onun
rahatlığını pozduğunu eşitməmişəm. Əgər o cür gözəl avazla verilən Azan səsi
səni hər gün evində, iş yerində, istirahət etdiyin parkda, getdiyin yolda və s.
narahat edirsə, demək harınlamışların maşınlarındakı əsəbə təsir edən "Nu
zayats, nu poqodi" siqnalları da sənə təsir edir. Bax, heç onlardan yazmırsan.
Və sən azana qarşılıq olaraq namaz vaxtı məscidin yaxınlığına daha artıq səs
gücləndirmək imkanına malik cihaz qoyaraq "Koroğlu"nun üverturasına
səs verəcəyini yazırsan. Sonra da qeyd eirsən ki, sənin heyranı olduğun
mədəniyyətin məqsədi və fəlsəfəsi bu deyil. Əksinə sənin heyranı olduğun
mədəniyyətin əsl məqsədi və fəlsəfəsi budur. Ki, azan səsləri kəsilsin,
məscidlər sökülsün, əxlaqsızlıq baş alıb getsin. Bax bunu istəyir sənin heyran
olduğun Qərb mədəniyyəti. Ona görə də, sənə təklif dirəm ki, istəyirsən bir
sına üvertura məsələsini. O ki qaldı sənin Azan səsini eşitmək istəməməyinə,
bunun üçün pambıqdan istifadə etməyin məsləhətdir. O ki qaldı bizim sənin
çıxardığın səsi eşitmək istəməməmizə, biz istəməsək, lap özünüzü partlatsanız
da o səsi eşitmirik.
Sənin təkliflərinə
isə cavab yazmaq istəmədim. Çünki bura qədər yazdıqlarım məncə yetərlidir.
Sənin onsuz da İslam dininin gözəlliyinə gözlərin bağlıdır, ona görə də Azan
səsini eşitməmək üçün bayaq qeyd etdiyim kimi, qulaqlarını da bağla və eşitmə.
Onsuz da nə fərq edər ki, ha görmədin, ha eşitmədin.
P.S.
Bunu yazmaq
istəmirdim, amma sonra sizin bütün yazıları sifarişlə yazdığınızı
nəzərə alıb
qeyd etməyi lazım bildim. Sənin inanmadığın, mənim isə Ondan başqa
inanc hissi duymadığım Yaradana and olsun ki, bu yazı yazılan andan
dərc olunan ana kimi Hacl
İlqarın xəbəri olmayıb. Və bu yazı sifariş əsasında yazılmayıb. Sadəcə
və
sadəcə bir müsəlman olaraq nahaqqa qarşı haqq səsimi çıxarmaq qərarına
gəlmişəm, o qədər.
Salam. ay ellerin var olsun gardash, ne gozel yazmisan..
amma bir sheyle razi deyilem ki yazmisan ne geder ki qerb medeniyyeti var hollivud fahishe korlugu cekmeyecek.. gerek bele yazardin ki , ne geder ki senin kimiler var hollivud fahishe korlugu cekmeyecek.
abalfazl
11-11-2009, 15:28:39
sagol gardash yaxshi cavab vermisan o sionist kolesina ALLAH lenet elasin onun kimi manaviyatini grantlara satanlara
prioritet
13-11-2009, 00:33:53
+++++)))))
Nizami
17-11-2009, 17:43:12
hormetli Aqil Mehdiye men de oz minnetdarliq hisslerimi catdirmaq isteyirem...