Sonra bulandırdıqları suda balıq tutmaq istəyirlər
Budünyadurduqcaxeyirdə, şərdə duracaq. Yaxşı da, pis də olacaq. Təbii ki, müəyyən olunmuş bir
zamana qədər. Odur ki, mən öz növbəmdə Hacı İlqar İbrahimoğlunun adından
istifadə edib gündəmə gəlmək istəyən və İslamın yüksəlişi faktoru qarşısında aciz
qalan biçarələrə tək bir söz "ərz" etmək istəyərdim. Düzdür ki, Hacı İlqar
İbrahimoğlu "kosmonavt" yetişdirmir, ancaq ən azından gələcəkdə arzusu
kosmonavt olmaq olan yüzlərlə şagird və tələbənin təhsil və təlim hüququnun
bərpası üçün əlindən gələni edir. Aya belə uça biləcək mənəvi cəhətdən zəngin insanlar yetişdirir. İnsan
haqlarının sadiq müdafiəçisi haqda ürəkbulandırıcı fikr söyləyənlər nədənsə
bunu görməzdən gəliblər. Əgər, sözünüz varsa, söz deyin. Daha suyu bulandırıb
insanların fikrini çaşdırmaqla nə özünüzü, nə də bizləri yormayın. Ölkə daxili
və xarici bütün təşkilat və qrumlar dəfələrlə Hacı İlqar İbrahimoğlunun insan
hüquqları və azadlıqları uğrundan apardığı şücaətli mübarizəsini təqdir
etmişlər. Hacı İlqarın kimliyindən və xüsusən də onun təhsilindən narahat olanlar
gərək heç olmasa bu məsələni unutmayaydılar.
Azan isə həqiqətən həqiqət yolunu azanların dərdli yeridir. Azan
səsindən narahat olanlar, görəsən niyə Azan müqabilində Üzeyir Hacıbəylinin "Koroğlu"
üvertürasını qoyurlar. Məgər Üzeyir bəy İslami dəyərləri inkar edirdi?! Azərbaycanın
şərəfli və igidliklə dolu tarixi İslamdan və dindən kənar olmamışdır. Babəki
xürrəmi adlandırıb dinsiz və əqidəsiz göstərməklə nəyə nail olmaq istəyirsiz
ki?! İslam dini bütün gözəllik və insanpərvərliyi ilə Azərbaycan xalqının
canına hava və su kimi yayıldı. Bunun üçün nə qılınc, nə də ki nizə lazım oldu.
Babəkin mübarizəsi isə əsl qəhrəmanlıq və ədatləsevərlik mübarizəsi oldu. Babək
İslama və onun dəyərlərinə qarşı yox, zalım xəlifə və zülmkar əyanlara qarşı
çıxırdı. Əgər Babək İslamdankənar bir şəxs olsa idi, tarixi Təbəri Bəzz
qalasının alındığı gün qaladan Azan səsinin gəlməsindən yazmazdı. Bəzz qalasını
atəşpərstlərin tapınağı kimi təqdim etməyə çalışanlar, təbii ki, sonda
məscdilərdən Azanın verilməsinə də qarşı çıxacaqlar.
Babək haqq dinin haqpərəst tərəfdarı kimi məzlumların hüquqlarının
müdafiəsinə qalxdı. Necə ki, bunu dövrümüzün Babək və Koroğluları edir. Hacı
İlqar İbrahimoğlu kimliyi və şəxsiyyəti bir hüquq müdafiəçisi kimi tarixin
şərəfli səhifəsində özünə yer alacaq və insanların qəlbində bir azadlıq və
ədalətsevər mübariz kimi yaşayacaq.
Haci İlqar İbrahimoglu kimliyi ve shxsiyyeti bir huquq mudafiechisi kimi tarixin sherefli sehifesinde ozune yer alacaq ve insanlarin qelbinde bir azadliq ve edaletsever mubariz kimi yashayacaq