Əvvəla, onu qeyd edim ki, bir-birinin ardınca ABŞ-ın
bir neçə təşkilatının - Beynəlxalq Seçki Fondunun (İFES) və Beynəlxalq Respublikaçılar
İnstitutunun (İRİ) ölkəmizi tərk etməsi xəbəri məni məyus etdi. Necə olmasa da üz-gözümüz
öyrəşmişdi. Ən azı onların vasitəsilə demokratiyanın mahiyyətini dərk edəcəyimizə
böyük ümidlər bəsləyirdik...
Sən demə, demokratiya adı altında təcavüzkarın şəxsi
maraqları gizlənirmiş. Necə deyərlər, ABŞ özünü süddən çıxmış qaşıq kimi göstərib
and-aman edirdi ki, dünyanı xilas edəcək yeganə qüvvə özüdür. Dəfələrlə bəyan edirdik
ki, onun demokratiyası qaşıqdan süzülən südün ömrü qədərdir. Süd qaşıqdan süzüldükdən
sonra qaşığın öz rəngi göründüyü kimi, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması,
Qarabağ münaqişəsinin ölü nöqtədən tərpənməməsi, nə bilim bu kimi yüzlərlə süni
bəhanələrin tükənməsi ABŞ-ı öz rənglərini göstərməyə məcbur etdi. İndi də deyirlər
ki, guya iqtisadi böhran maliyyə problemləri yaradıb, bu biçarələr də şələ-şülələrini
yığışdırıb gedirlər yurd-yuvalarına. Amma əslində deməlidilər ki, müsəlman dünyasında
Amerikasayağı demokratiya yaratmağa artıq ümidlər itib.
Əslində indi deyil, təqribən doqquz il əvvəl Qərbin
demokratiya donu cırılmışdı. Bu vaxta qədər cırıq libasda gəzməsinə rəğmən deyəsən
bir ibrət götürüb. Belə ki, İRİ-nin Bakı ofisinə rəhbərlik edən Amerika vətəndaşı,
Respublikaçılar Partiyasının fəalı və prezident Corc Buşla da münasibətləri olan
Con Elvis əxlaqsızlıqla məşğul olduğu üçün öldürüldü. Maraqlısı budur ki, İRİ-nin
Azərbaycanı tərk edəcəyi tarix də məhz Elvisin qətlinin ildönümünə təsadüf edir.
İnsafən deməliyəm ki, İRİ ölkəmizdə demokratik seçki
keçirtmək üçün hakimiyyətə kifayət qədər siyasi və maddi yardım göstərib. Eyni zamanda,
cəmiyyəti də hakimiyyətlə əməkdaşlığa təşviq edirdi. Xoşbəxtlikdən böyük pullar
və nəhəng enerji layihələri heç bir nəticə vermədi. İqtidar öz bildiyini heç kimlə
bölüşməmək prinsipini işə salıb hətta İRİ və İFES kimi təşkilata da dirsək göstərmədən
çəkinmədi. Başqa tərəfdən də respublikaçılar
təkcə öz ölkələrində deyil, dünyada demokratlarla rəqabətdə uduzduqlarını hiss ediblər.
Görünür hələ ABŞ-ın özündə də demokratiyanı möhkəmləndirməyə çox böyük ehtiyaclar
var.
İkincisi, bildiyimiz kimi Azərbaycanda bələdiyyə seçkiləri
yaxınlaşır. Ölkəni tərk edən təşkilatların məhz seçki məsələlərilə əlaqədar fəaliyyət
göstərdiklərini nəzərə alsaq, bu seçkinin aqibəti açıq sual altına düşür. ABŞ müsəlman
ölkələrində özünəməxsus demokratiya quracağına ümidlərini, biz isə saxtakarların
keçirəcəyi seçkilərə inamımızı itiririk. Bu proseslərin hansı istiqamətdə inkişaf
edəcəyini proqnozlaşdırmaq o qədər də sadə deyil. Amerika demokratiyasının bəşəriyyətə
xeyir gətirməyəcəyini müəyyən etmək isə olduqca asan məsələdir. Başqa sözlə, Amerika
burnumuzun düz ucunda nehrə çalxalayır. Biz də bu nehrədən yağ, yoxsa ayran çıxacağını
gözləyirik. Ümumiyyətlə, bizə Amerikanın yağı, yaxud ayranı lazımdırmı?
Hər halda özümüz özümüzü aldatmayaq. Tarixboyuheçvaxtbizəpaybölənolmayıb. Əksinə, həmişəolan-qalanpayımızıdaalıbaparıblar.
ABŞ-dan demokratiya istəmirik,təki bizim sakitliyimizi pozmasınlar!
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.