Azərbaycan adlı məmləkətimizdə son zamanlar islahatlar davamlı xarakter almaqdadır. Avropa standartlarına keçid adı ilə bır sıra qanunlara əlavə və dəyişikliklər edilir. "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişikliklər son həftələrin ən çox müzakirə olunan hadisəsi oldu. Ancaq, bu islahat barədə mətbuat səviyyəsində gedən müzakirəkər qısa bir vaxt ərzində digər "islahat" müqabilində kölgədə qaldı. Beləki, ötən həftənin əvvəlindən etibarən Azərbaycanın müxtəlif bölgələrində Azan "islahahat"ları adı ilə mürtəce addımlar atıldı və Azanın səsgücləndirici vasitələr ilə verilməsinin qarşısı alınmağa çalışıldı. Əlbəttə ki, qanun və kağız üzərində yox, şifahi hədə qorxu ilə.
Ancaq, maraqlı olan iş nə birinci, nə də ki ikinci "islahatlar"ın özündə deyil, bu islahatlara qarşı olan münasibətdir. Beləki, tanınmış iqtisadçıların birinin dili ilə desək "pensiya qanunvericiliyinə son dəyişikliklərin cəmiyyətdə yaratdığı ajiotaj həmin "islahatlar"ın mürtəce xarakteriylə müqayisədə xeyli zəif oldu". Bunun müqabilində isə Allah kəlamı-Azana qarşı atılmağı planlaşdırılan digər bir "islahat"a isə sərt və kəskin təpkilər gəldi. Gəncədə keçirilən son etiraz nümayişləri isə bunun bariz nümunəsi oldu.
Beləliklə, Azərbaycan xalqı dini və mənəviyyatı məhdudlaşdırmağı planlaşdırmış bu dəfəki addıma da qarşı çıxmaqla əslində İslamın müqəddəs doktrinalarının onun üçün nə qədər müqəddəs və önəmli olduğunu bir daha ortaya qoymuş oldu. Bu isə hökümət dairələri üçün kifayət qədər açıq bir mesaj idi. Xalq acından ölməyə razıdır (müstəqil iqtisadçıların son pensiya islahatlarının xalqın mənafeyinə xidmət etməməsini açıqca bildirməsi fonunda ölkə daxili heç bir icmadan bu islahatlara qarşı etiraz nümayiş olunmadı-C.İ), ancaq dininə qarşı həqarətə dözümsüzdür. Odur ki, dövlət qulluqçuları ilk növbədə bu incə və zərif nöqtələri nəzərə almaqla bundan sonra atmış olduqları addımları ilə xalqı özündən narazı salmaq yox, əksinə xalqın rəğbətini qazanmağa çalışmalıdırlar.