Daima dünyada ədalətlə deyil, məhz öz maraqları naminə rəftar
edən Amerika, bu gün Azərbaycana "sarı vərəqə göstərib". Xəbərdarlıq bundan
ibarətdir ki, əgər Azərbaycan Qarabağı müharibə yolu ilə almaq fikrinə düşsə,
bu zaman Amerika Qarabağı müstəqil ölkə kimi tanıyacaqdır.
ABŞ höküməti heç zaman Azərbaycanın torpaqlarının qaytarılması
fikrində olmamışdır, elə bu cəhətdən də süründürməçilik siyasətini məhz
Ermənistanın xeyrinə dəstəkləmişdir. Üzdə özünü Azərbaycanın ərazi bütövlüyünü
tanıyırmış kimi göstərsə də, ABŞ höküməti daima Ermənistan maraqlarından çıxış
etmış və məhz ötən il BMT-də Azərbaycanın işğala məruz qalması ilə əlaqədar
keçirilmi səsvermədə, Azərbaycanın əleyhinə səs vermişdi. Bugünlərdə isə
Azərbaycanın haqlı olaraq öz torpaqlarını almaq fikri, Amerika hökümətinin
növbəti dəfə iç üzünü açmaqdadır. Odur ki, Erməni dostlarının çətinliyə düşə
biləcəyindən narahat olan Amerika, hələ heç bir rəsmi açıqlama olmadan
Azərbaycana xəbərdarlıq edib.
Artıq Azərbaycan tərəfi düzgün anlamalıdır ki, Qərb heç zaman,
heç bir ölkənin ədalətli mövqeyini dəstəkləmir, xüsusi ilə Azərbaycan kimi kiçik
və müsəlman ölkəsinin. Onlar yalnız və yalnız öz maraqlarını təmin etmək və
ölkələrin sərvətlərini qarət etmək naminə bəzən ikibaşlı və aldadıcı cümlələr
işlədirlər. Mənə elə gəlir ki, belə bir mövqeni Amerikadan başqa hər hansı bir
ölkə tutmuş olsaydı, Amerika səfirliyindən qrant və dolayısı ilə maaş alan bəzi
siyasətçilər, mətbuat işçiləri çoxdan hay-küy qoparıb, şantaja
başlamışdılar.