ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n SADƏ VƏTƏNDAŞLAR DA HƏBS EDİLİR
n YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK"
n İTV-nin QARŞISINDAN FOTOREPORTAJ
n ƏLİ HƏSƏNOV ƏLİ ƏKBƏR SALEHİNİN AÇIQLAMASINA MÜNASİBƏT BİLDİRDİ
n 3 YAŞLI UŞAĞIN MACƏRASI
n BAKINI NƏ QƏDƏR PULA KÖÇÜRMƏK OLAR?
n İSA QƏMBƏRİN MÜAVİNLƏRİ HƏBS EDİLDİ
n İTV ƏTRAFINDA GƏRGİNLİK DAVAM EDİR
n KURTLAR VADİSİNİN "LALƏ ZARA"SINA 10 İL HƏBS CƏZASI VERİLDİ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
Şeytanın tələləri
15/04/2009 - 13:58
hesenli.t@gmail.com

Tural Həsənli
Şeytan cin tayfasindadir və oddan yaradilmisdir.Şeytan cənnətdən qovulmamışdan öncə
Allaha yetmiş min il ibadət etmişdir,hətta məlaikə məqamina belə çatmışdır.
Allah insanı torpaqdan yaradıb ona öz ruhundan üfürdüyü zaman,bütün mələklərinə Adəmə səcdə etmək göstərişi verdi.

Bismillahir-rəhmanir-rəhim.

 

Bu an iblisdən başqa bütün mələklər Adəmə səcdə  etdilər. Şeytan isə Allaha təkəbbürcəsinə belə dedi : Mən sənə yetmiş min il ibadət etmişəm. Özün buyurmusan ki, mənə ibadət edən hər bir kəsin, ibadətini nəticəsiz  və əvəzsiz qoymaram. Allah buyurdu: Dünyada nə istəsən sənə verərəm.

Şeytan dedi:

Birincisi: Qiyamətə qədər mənə dünyada diri qalmağıma icazə verəsən. Allah buyurdu: Sənə möhlət verdim.

İkinci: Adəm övladlarının hər birinin müqabilində, mənə iki övlad əta et ki, onların hər birinə məxsus olan iki övladlarım onları yoldan sapındırsınlar.

Üçüncüsü: İnsanı günaha çəkmək məqsədi ilə mənə, onun hər tərəfindən, qanın bədəndə olan cərəyanı kimi, azdırmasına imkan verəsən.

Dördüncüsü: İstəyirəm ki, biz onları görək, ancaq onlar bizi görməsinlər.

Beşincisi: Mənə müxtəlif sifət və cildlərə girmək imkanı verəsən ki, hara istəsəm rahat gedə bilim.

Altıncısı: İstəyirəm ki, insan övladı ölüm yatağına düşənə qədər onunla olum.  (Rivayətdə gəlib ki, ölüm mələyi insanın canını alan anda belə şeytan onu vəsvəsə edərək, azdırmaq istəyir.)

İmam Baqir (ələyhissalam) buyurur: İnsan can verdiyi zaman çox susuzlayır, bu an şeytan əlində bir qədəh su ilə gələrək deyər: Əgər mənə səcdə edib, Allaha kafir olsan, bu suyu sənə verəcəyəm. Naümid olduqda isə suyu yerə tökərək, mən səndən bizarəm deyib gedər.

Yeddincisi: Mənə, insanı vəsvəsə etmək məqsədi ilə onun qəlbinə hakim olma imkanı verəsən. Allah onun cavabında buyurdu: Sənin istəklərini qəbul edirəm, ancaq hər kim səndən tabeçilik etsə, onu səninlə birgə cəhənnəmə atacağam. Şeytan dedi: And olsun sənin izzət və cəlalına, sənin muxləs(Tövhid məqamına yetişmiş) bəndələrindən başqa, hamısını azdıracağam.

Sonra dedi: İndiki məni qovursan, bəs mənim yediyim nə olacaq? Allah buyurdu: Mənim adım çəkilməyən (Bismillahir-rəhmanir-rəhim) hər bir süfrədə otur və ac heyvanlara bənzər yemək yeyən insanlarla, səndə birgə yemək ye.

İmam Baqir (ələyhissalam) buyurur: Yeməyin əvvəlində (bismillah) demək yadınızdan çıxarsa, yeməyin axırında deyinki, şeytan hər nə yeyibsə qaytarsın.

Şeytan dedi: Mənim üçün bir hədis (kəlam) qərar ver. Allah buyurdu: sənin kəlamın yalandir. Şeytan dedi: Mənə, insanları ovlamaq (doğru yoldan  azdırmaq) üçün tələ və ov vasitəsi ver; Allah buyurdu: Qadınları sənin üçün insanları doğru yoldan  azdırmaq vasitəsi  qərar verdim.

Bir gün Allahın Rəsulu(s.a.a.v) şeytanı məscidul-həramda (Kəbə evinin yanında) gördükdə,onun yanına gedərək belə buyurdu: Ey məlun niyə belə narahtsan? Şeytan dedi: Sən və ümmətinin əlindən narahatam. O Həzrət buyurdu məndən nəyə görə narahatsan? Şeytan dedi: Mən insanları yoldan azdırmaq üçün bu qədər əziyyət çəkməyimə baxmayaraq, sən qiyamət günü onları şəfaətçi olmaqla, mənim zəhmətlərimi hədərə verəcəksən. Peyğəmbər (s.a.a.v) buyurdu: Ümmətimdən nəyə görə narahatsan? Dedi: Başqa ümmətlərdə olmayan, sənin ümmətinin bir sıra  xüsusiyyətlərinə görə:

Birincisi: Onlar  biri-birləri ilə görüşdükdə salamlaşarlar. Salam, Allah adı olduğundan ondan qorxuram.

İkincisi: Onlar  görüşdükləri zaman bir-birilərinə əl verib, görüşərlər. Onların əlləri bir-birindən ayrılmamışdan öncə, günahları bağışlanar .

Üçüncüsü: Onlar yemək yeyəndə (Bismilləhir-rahmənir-rəhim) deyidiklərinə görə, mən yemək yeyə bilməyib ac qalıram.

Dördüncüsü: Yeməkdən sonra onlar (əlhəmdulillah) deyərlər.

Beşincisi: Sənin adın çəkildikdə onlar, salavat deyərlər. Salavatın isə savabı o qədərdir ki, o deyiləndə mən oradan qaçaram.

Altıncı: Bir işə başlamazdan öncə (İnşəallah) deyərlər, bu zaman mən onların gördükləri işdə müdaxilə edə bilmərəm.

Yeddinci:  Onlar sədəqə verərkən günahları bağışlanar və onlarda yetmiş növ bəla  götürülər.

Allahın Rəsulu (s.a.a.v) buyurur:  İnsan əlini cibinə, sədəqə vermək məqsədi ilə saldıqda yetmiş şeytan onun əlindən tutarlar ki, onu bu işdən çəkindirsinlər.

Səkkizinci: Sənin ümmətin quran oxuyarlar. Quran oxunan evə mələklər gəl-get etdiyinə görə mən o evə daxil ola bilmərəm.

Doqquzuncu: Onlar məni çox lənətləyərlər. Hər bir lənət isə mənim bədənimə bir yara kimidir. Onları azdırmayana qədər o yara məndən sağalmaz.

Onuncu: Onlar günah etdikləri zaman tez tövbə edərək  zəhmətlərimi hədər edərlər.

Onbirinci: Asqırdıqları zaman (əlhəmdulillah) deyərlər.

İnsan namaz qıldığı zaman, xüsusi ilə bu namazda səcdəni uzatdığı zaman, şeytan narahatlıqdan fəryad çəkərək qışqırar.

İmam Sadıq (ələyhissalam) buyurur: Namaz qılmayan kəs, şeytandanda aşağıdır! Çünki şeytan yalnız bir xəta etmişdir, oda Adəmə səcdə etməməkdir; İnsan isə namaz qılmamaqla Allaha səcdə etmir.

Peyğəmbər buyurdu: Sirat körpüsündən keçməyə buraxılış izni, namazladır. Möminin namazı qəbul olduqda, onun digər əməlləridə məqbul sayılmış olar.

Namazların içində, "sübh" namazına daha çox sifariş edilmişdir.

İmam Sadiq (ələyhissalam) buyurur: Müsəlmanın sifətlərindən biri, namaz qılarkən "Bismillahir-rəhmanir-rəhim"-i ucadan deməsidir.

Hər kim, (namazda) "Həmd" surəsini oxumamışdan öncə "Əuzu billahi minəş-şəytanir-rəcim" deyə, onun bədənində olan tük sayı qədər, onun hər bir tükünə min ədəd savab verilər.

Peyğəmbər buyurur: Hər kim, namazdan sonra xüsusi ilə barmaqları ilə, Xanım Zəhra (səlamullahi ələyha)-nın zikrini deyə, o əllər qiyamət günü ona şəfaətçi olar.

Namazdan sonra "Əllahummə əccil livəlliyikəl-fərəc" duasını oxuya.

Peyğəmbər buyurdu: Allahın bəndəsi namaz qılıb, Onun zikrinə məşğul olduğu zaman, şeytan onun yanına gələrək belə deyər: Flan iş haqda düşün, flan işi gör; Namazdan onun fikrini yayındırmaq məqsədi ilə o qədər onu vəsvəsə edib, şəkkə salar ki, o neçə rükət namaz qıldığını belə unudar.

Həqiqi namaz dörd xüsusiyyətə malikdir:

1- Təharətlə qılmaq.

2- Camaatla qılmaq.

3-  Namazı xüsusi vaxtında qılmaq.

4- Xuzu, xuşu və diqqətlə namaz qılmaq.

 

Subhanə rabbikə rabbil-izzəti əmma yəsifun, vəsəlmun ələl-mursəlin vəlhəmdulillahi rabbil-aləmin!


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
ILKIN QEDIROV 21-07-2010, 13:26:22
öncə bu cür gözəl yazini dərc etdiyinə görə Tural qardaşimiza və faktxeber media qurumuna öz çoxsağolumu bildirmək istərdim. çünki doğrudan da məqalədəki yazilari oxuyarkən şeytanin mənfur üzü aşkara çixir və bu yazi bizim elə əsl müsəlman kimi formalaşmağimizda böyük bir dini-maarifçi əhəmiyyət daşiyir.
 
 

YAZARIN DİGƏR YAZILARI

n

20/02/2012 BİZƏ BU DA AZDIR

n

13/01/2012 GEY SEVGİSİ

n

28/11/2011 QADINA QARŞI ZORAKILIQ

n

31/10/2011 DÜŞÜNCƏ FƏRQLİLİYİ

n

27/09/2011 MÖVSÜMÜN QIZI

n

20/09/2011 BİZƏ QEYRƏTSİZLİK AŞILAYIRLAR

n

07/07/2011 ADAMDA GƏRƏK...

n

03/05/2011 GƏNC OLMAQ İSTƏYİRSƏNMİ?

n

25/04/2011 RADİKALLARIN ÇƏKİŞMƏSİ

n

02/04/2011 ADAM KİŞİ OLAR

n

01/02/2011 MİSİR NƏ İSTƏYİR?

n

30/12/2010 NAÜMİD OLMA DOST!

n

04/12/2010 KƏLƏM, YOXSA BANAN?

n

16/11/2010 ƏTƏKLƏRİNƏ DAŞ YIĞANLAR

n

30/10/2010 ÇÖRƏYİ İSLAMDAN ÇIXANLAR

n

29/10/2010 ƏDALƏT YALNIZ QƏRB ÜÇÜN

n

25/10/2010 İYRƏNİRƏM VƏ RƏDD EDİRƏM

n

19/10/2010 DEPUTAT OLACAM

n

02/10/2010 O DƏRDLİ, MƏN DƏRDLİ

n

14/09/2010 VUR POLİSİM, VUR!

n

04/09/2010 PAYIZ GƏLDİ...UÇDU GETDİ BAYRAQ

n

02/08/2010 FEMİNİZM "GÖZƏLLİKLƏRİ"

n

01/06/2010 DİN VƏ SİYASƏT

n

28/04/2010 ZOMBİLƏR

n

12/02/2010 Qaranlıq Dünya

n

08/12/2009 Onanizmin fəsadları

n

03/11/2009 Günahın ictimai amilləri

n

07/10/2009 Qadınlar arasında həmcinsbazlıq

n

22/09/2009 HӘMCİNSBAZLIQ

n

18/09/2009 Massonların Türkiyə planları

n

11/09/2009 Əli (ə) matəmində

n

19/08/2009 Allahın Ziyafət Ayı Ramazan

n

25/07/2009 İmamət səmasının üçüncü ulduzu

n

24/07/2009 Şəban ayının fəzilət və əməlləri

n

23/06/2009 Rəcəb ayının fəziləti və əməlləri

n

20/05/2009 Cümə günün əhəmiyyəti

n

15/04/2009 Şeytanın tələləri
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.