60
ildir Qərbin ən yaxın müttəffiqi sayılan Türkiyə artıq tamam başqa bir
Türkiyədir. Türklərin dili ilə desək, Türkiyənin xarici siyasətində
"dengeler deyişmekdedir". 2002-ci ildən iqtidarda olan AKP başkanı
Türkiyənin xarici siyasətini iki tarixi çıxışı ilə netləşdirdi. Davosda
İsrail rejiminin prezidenti Şimon Perese dediyi "Siz öldürməyi daha
yaxşı bilirsiz" və "Guardian" qəzetinə müsahibəsində İran prezidenti
Mahmud Əhmədinejad barəsində dediyi "O, bizim şəksiz dostumuzdur"
ifadələri əslində qərbi narahat etməyə bilməzdi. Çünki, Türkiyə artıq
İslama qarşı çıxan bir İsrail rejiminə qarşı çıxırdı. Bunu islamçılar
blokuna doğru Türkiyənin atdığı ən qətiyyətli addım kimi də
qiymətləndirmək olardı. Anti-islamçılara qarşı bir blokda birləşmək,
əslində AKP iqtidarının hakimiyyətinin ilk dövründən belə sezilməkdə
idi. Ancaq, bu gün ki qədər açıq yox.
Beləcə,
bölgədə İranı küncə sıxmaq taktikasını qarşısına əsas məqsəd qoymuş
qərb artıq yaxın və orta şərqdə İrana təsir rıçarklarını itirməkdədir.
10 il əvvəl Suriya ilə açıq-aşkar düşmənçilik edən Türkiyə indi bu ölkə
ilə birgə hərbi təlimlər keçirtməyi planlaşdırır. İki ölkə arasında
mövcud viza rejimini ləğv edir. Bu həmən Suriyadır ki, qərb onu "İranın
balası" adlandırır. Digər tərəfdən Türkiyə İsrail ilə olan 60 illik
hərbi müttəfiqliyini bir kənara qoymaqda israr nümayiş elətdirir və
İsrail ilə birgə təlimlər keçirtməkdən yayınır.
Qısaca
olaraq indi Avrasiyaçılıq və Atlantizmin mübarizəsi fonunda islamçı və
anti-islamçı blokların mübarizəsi daha qabarıq özünü biruzə
verməkdədir. Son olaraq Bəhreynin İsrail rejimi ilə əlaqələrini kəsməsi
haqda bildrirməsi artıq ərəb rejimlərinin daxilinə də bu mübarizənin
sirayət etdiyini göstərməkdədir. İndi Türkiyə bütün anlamı ilə qərbin
diqqətindədir. Bir vaxltar qərb dairələri şərq ilə bağlı planlarını
Türkiyənin əli ilə həyata keçirəcəyinə əmin idi. Bu gün isə bu əminlik
yoxdur. Çünki Türkiyə yolunu qərbin dili ilə desək azmaqdadır. Bu azmaq
əslində Türkiyəni İslam dünyasına yaxınlaşdırmaq və qərbdən
uzaqlaşmağına səbəb olacaq. İKT və EKO kimi nüfüzlu təşkilatı olan
İslam dünyasına bu gün Türkiyə çox lazımdı. İslamın qərbə nüfuzu üçün
Türkiyənin əsl körpü rol oynayacağını isə yaxınlarda öz gözlərimiz ilə
şahidi olacağıq.