Yaxud, "mən nəkarəyəm ki, şahənşahın əmri belədir" deyiminin oyatdığı nostalji hislər
Bir gün şah
əyan-əşrəflə birlikdə nahar edirmiş. Süfrədə badımcandan hazırlanmış
heç bir xörək yox imiş. Şah xidmətçisindən soruşur ki, badımcan necə
xörəkdir. Xidmətçi pisləməyə başlayır: "Heç bir xeyri yoxdur, yaxşı
həzm olunmur və sair". Növbəti gün nahar süfrəsinə badımcan da
qoyurlar. Şah yenə də xidmətçidən badımcan barədə soruşur. Xidmətçi
əvvəlki gün dediklərinin əksinə olaraq tərifləməyə başlayır: "Badımcan
çox yaxşı bitkidir, ağızdan iyi aparır, bir çox bədən üzvünə xeyri
var..." Şah qəzəblənir ki, dünən pisləyirdin, bəs indi nə oldu ki,
tərifləyirsən? Xidmətçi "mən badımcanın deyil, sizin nökərinizəm. Ona
görə də nədən xoşunuz gəlirsə onu tərifləməli, nəyi bəyənmirsinizsə
pisləməliyəm". Şah - nökər deyəndə təkcə qədim
zamanlar nəzərdə tutulmamalıdır. Çünki hər dövrün özünə məxsus həm
şahı, həm də nökəri var. Sadəcə olaraq, bunların adları bir az dəyişib.
Elə Azərbaycanda da şahın xoşuna gələni eləyənlər az deyil. 4-5 il
əvvəl Yardımlı rayonuna bir başçı təyin etdilər. Həmin başçı tam fərqli
görüntüdə gəlmişdi. Özünü nisbətən sadə göstərən rayon rəhbəri qalstuk
geyinmirdi. Onun bu hərəkətini görən məmurlar da bu geyim formasından
imtina etdilər. Hətta müəllimlər də sinifə qalstuksuz girirdilər. Bu
yerdə "Atları yəhərləyin" adlı Azərbaycan filmindəki məşhur "ağa, mən
nəkarəyəm ki, şahənşahın əmri belədir" ifadəsi yada düşür... Qədimdə təkcə şahın istəyi nəzərə
alınırdı. Amma indi o qədər şahənşahlar var ki, adam heç bilmir
hansının xidmətində dayansın, kimin mütisi olsun. Nə bilim, icra
başçısı, polis rəisi, prokuror, vergi əməkdaşı, nəqliyyat müfəttişi...
Bu sıyahini saqqız kimi nə qədər desən uzatmaq olar. Lakin nəqliyyat
deyəndə məcburam ki, bir az dayanıb, mövzu üzərində bəzi gəzişmələr
edim. Son zamanlar aparılan köklü
islahatlar nəqliyyat sahəsindən də yan keçməyib. Yeni yollar,
yolötürücüləri, körpülər, dayacanaqlar və hətta beynəlxalq avtovağzal
da inşa edib mərdumun ixtiyarına veriblər ki, izafə əziyyət çəkilməsin.
Yolları hamarlaşdırıb, mənzilləri yaxınlaşdırmaqda insafən dövlətimiz
az iş görməyib. İndi şahlıq iddiası bir mərəz olub
yapışıb bu xalqın boğazına, başda oturanlar neyləsin? Dünyanın heç
yerində analoqu olmayan bir zırıltı avtovağzal ixtiyarımızdadır. Elə
onun ticarət mərkəzi misilsiz bir layihədir. Bu cür nəhəng ticarət
mərkəzinin ərazisində yerləşən avtovağzaldan camaatı mənzillərinə
daşıyan sürücülər oğurluqdan əl çəkmək istəmirlər. Bir neçə gün əvvəl
rayona getməli oldum. Fikirləşdim ki, yeni "ticarət mərkəzindən"
hərəkət edən marşrutlarla getməsəm, bu qədər zəhmət çəkən şəxslər
məndən inciyərlər. Odur ki, birbaşa ora getməyi qərara aldım. Nəhayət
miniavtobusun bütün oturacaqları doldu. Sürücü də əvvəlcə gediş
haqlarını yığıb maşını işə saldı. Çıxışda bizi buraxmadılar. Sürücü
əsəbi halda geri qayıdıb təqribən on beş dəqiqədən sonra gəldi.
Əlindəki kağızı qapıçıya verib yola düşdük. Sürücünün əsəbiliyini və
geri qayıtmasının səbəbini soruşdum. O da bildirdi ki, MÜDİRİN QIRMIZI
QOLU olmadığı üçün buraxmadılar. Sən demə bütün buraxılış vərəqlərinə
midir QIRMIZI rəngdə imza atmalıdır. Yoxsa saatlarla qapıda qalsan da
heç kim səni çölə buraxmaz. Bunları görəndə adam elə qədim zamanlara getmək istəyir. Çünki orada qırmızı qol çəkən ancaq bir şəxs var idi!...
Hele bir az da berk toxunmaq lazimdi ki, silkelensinler.
Eslinde qara qol da, qirmizi qol da - her ikisi mahiyyet etibari ile mudirindi. Mudir axi her iki eli ile yazmagi bacarer! Biriyle qara qol chekir, biriyle de qirmizi. Bu, o demekdir ki, qaradan qurtarsan da qirmizidan qurtara bilmeyeceksen...
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.