Nə qədər təzadlı olsa da sərvətlərimiz əcnəbilər tərəfindən indi daha çox talanır
Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etməsindən bizi 18 illik zaman fasiləsi ayı-rır. O vaxtdan keçən müddət ərzində ölkədə müxtəlif siyasi proseslər baş vermiş, bir siyasi sistem baş-qa sistemlə əvəz olunmuşdur. Bununla yanaşı iqtisadi sahədə də islahatlar aparılaraq sovet dövründəki planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçilmişdir. Amma ötən dövrə nəzər salsaq, hətta müstəqil-lik şəraitində belə ölkənin sərvətlərinin sovet dövründəkindən də az talanmadığı qənaətinə gəlmək olar. Sadəcə fərq orasındadır ki, əvvəllər sərvətimizi yadellilər, konkret olaraq vahid sovet dövləti adı al-tında Rusiya talayırdısa, indi həmin sərvətlər daha çox ölkə tərəfindən talanır. Və əlbəttə ki, burda milli mafiozlarımızın, bəzi korrupsioner məmurlarımızın da pay kütləsi yetərincədir. Əlbəttə, müstəqillik hər bir xalqın ən böyük istəyidir. O cümlədən Azərbaycan xalqı da 1918-ci il-də yaradılmış Xalq Cümhuriyyətinin işğalından sonra yenidən əldə etdiyi müstəqilliyin nailiyyətlərinə böyük ümidlər bəsləyirdi. Və bu ümidlə də sovet imperiyasının buxovlarını qırıb müstəqilliyə qovuşdu. Zaman keçsə də o illər yaddaşımızdan silinməyəcək. Xatırladaq ki, 1991-ci il oktyabrın 18-də ölkəmizin müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunması elə bir vaxta təsadüf edirdi ki, həmin dövrdə artıq SSRİ adlı nəhəng bir imperiyanın varlığına xitam verilmişdi. Digər tərəfdən, Azərbaycanın ərazi bü-tövlüyü üçün ciddi təhlükə yaranmış, erməni təcavüzkarları Dağlıq Qarabağda separatçılıq hərəkətləri edərək onu Ermənistana birləşdirmək istəyirdilər. O vaxtlar respublikaya rəhbərlik edən kommunist nomenklaturası isə artıq ciddi şəkil almış bu hadisəyə qeyri-ciddi yanaşaraq onların niyyətlərinin gerçək-ləşdirilməsinə şərait yaradırdılar. Və hakimiyyət sevgisi vətən sevgisini üstələyən bu nomenklatura öl-kənin ərazi bütövlüyünü qorumağa cəhd edən vətən fədailərini hər cür təzyiqlərə məruz qoyurdular. Buna baxmayaraq 1988-ci ildən başlayan xalq hərəkatı Qarabağın itirilməsi ilə barışmayaraq kommunist hakimiyyətinə, onun yabançı siyasi sisteminə və yad ideologiyasına qarşı daha güclü təzyiqlərə başladı. Xatırladaq ki, o vaxtlar maraqlı faktlardan biri də ordunun yaradılması ilə bağlıydı. Müstəqillik haqqında Konstitusiya aktı qəbul olunduqdan sonra güman etmək olardı ki, hakimiyyət dərhal nizami ordu yaradılması haqqında ciddi düşünəcək. Ancaq hər şey gözlənilənin əksinə oldu. Yenicə müstəqillik qazanmış ölkənin ordusunun yaradılması haqqında qərar vermək əvəzinə, üzvlərinin əksəriyyəti kom-munistlərdən ibarət olan parlament bu məsələni tamam başqa istiqamətə yönəltdi. Və başa düşmək olmadı ki, bir az əvvəl qəbul etdikləri müstəqillik, yoxsa köləlik haqqında Konstitusiya aktı idi. Əgər döv-lət müstəqildirsə, deməli onun müstəqil də ordusu olmalıydı. Bax, bu sadə həqiqəti onlar başa düşmək istəmirdilər. Amma xalqın getdikcə artan təzyiqi hakimiyyətin niyyətlərini alt-üst etdi və ordunun yara-dılması haqqında qanun qəbul etməyə məcbur oldular. Doğrudur, AXC hakimiyyətə gələndən sonra erməni təcavüzündən qorunmaq üçün könüllü ba-talyonlar yarandı. Və ədalət naminə deyək ki, həmin ordu Qarabağ cəbhəsində bir sıra nailiyyətlər əldə etdi. Ermənilərin ələ keçirdiyi bir sıra mövqelər yenidən milli ordumuzun nəzarətinə qaytarıldı. Ancaq bununla belə, idarəetmədəki səriştəsizlik özünü göstərməyə başladı. Orduda çox vaxt vahid koman-danlıq olmadığından döyüşdə məğlubiyyətə gətirib çıxaracaq ciddi qüsurlar meydana gəlirdi ki, bu da son nəticədə nəzarətimizdə olan mövqelərin yenidən itirilməsinə səbəb oldu. Müstəqilliyimizin sonrakı dövrlərinə nəzər salanda da müəyyən işlərin görüldüyünü, bir sıra iqti-sadi və sosial layihələrin hazırlandığını, Qarabağ probleminin həlli ilə bağlı addımların atıldığını və ya bu-na cəhd göstərildiyini söyləmək olar. Amma işğal olunmuş torpaqları azad etmək üçün hər şeyə qadir olduğumuz bildirilsə də, nədənsə bundan istifadə etməyə tələsmirik. Və əslində Qarabağın taleyini 17 ildir ki, beynəlxalq təşkilatların və əcnəbi dövlətlərin ixtiyarına buraxaraq ölkənin müstəqil deyil, kölə imicini yaratmışıq.