ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
ÖLKƏ NİYƏ BU DURUMA SALINIB? | MİLLİ PARKDA HƏYAT DONUB | ALİMLƏR BİTKİLƏRİN SÖHBƏTİNİ KAMERAYA ÇƏKİBLƏR | ERMƏNİLƏR PUTİNDƏN ABİDƏ İSTƏDİLƏR | I DÜNYA MÜHARİBƏSİNİN SONUNCU VETERANI VƏFAT EDİB | BIÇAQLA SİLAHLANMIŞ ŞƏXS MƏKTƏBƏ GİRƏRƏK İKİ UŞAĞI YARALAYIB | NOKİA ŞİRKƏTİ 4 MİN ƏMƏKDAŞINI İŞDƏN ÇIXARIR | ABŞ-da 15 YAŞLI GƏNC QIZ ADRENALİN XATİRİNƏ RƏFİQƏSİNİN BAŞINI KƏSDİ | CEYRANBATAN SU ANBARI DONUR | ELMAR MƏMMƏDYAROV BRÜSSELƏ GEDİB |

Bizimlə Əlaqə
Foto Xəbər
2012-Cİ İLİN SƏRT QIŞI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

PARTİYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ REALLAŞA BİLƏRMİ?

Gülağa Aslanlı: "Azərbaycanda azad, demokratik seçki keçiriləndən sonra partiyaların fəaliyyəti məlum olacaq"

AZƏRBAYCAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR?

Nurəddin Məmmədli: "Azərbaycan iqtidarı müxalifət qarşısında o qədər zəif və gücsüzdür ki, onlar hər hansı

ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR

Rafiq Əliyev: "Mənim sovet dövründə belə bir yazım çıxmışdı ki, Stalinin dövründə yaşamaq istəmirəm"

ALMAN TELEVİZİYASI EUROVİSİON QABAĞI PAYTAXT BAKIDAN GENİŞ REPORTAJ YAYIMLAYIB

Leyla Yunus: ""Eurovision Song Contest" Azərbaycan xalqına sevinc gətirməyib və özü ilə yeni faciələr gətirəcək"

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
MƏSCİDİ SÖKMƏK YOX, TİKMƏK LAZIMDIR!
10/10/2009 - 08:33

Faiq Vəlioğlu
 Son günlər bəzi dövlət məmurlarının Allah evini dağıtması hər bir müsəlmanın qəlbini qana çevirib.  Quran buyrur:  "Onların üstünə yağış (kibrit və atəşlə yoğrulmuş əzab yağışı) yağdırdıq. Bir gör (Allaha asi olan) günahkarların axırı necə oldu!"   
Allah evini söküb bu dünyada rahat kef edənlər bilməlidirlər ki, ilahi əzab hansısa hikmətə görə hələlik gəlməyib!
Sank-Peterburq şəhərində onlarla kilsə içində tam şakildə şərq üslubunda və Əhli-Beyt (a) aşiqlərinə aid iki minarəli bir məscid insanın ruhunu oxşayır. Bəziləri  bu məscidi özəlləşdirmək istəsə də, yeri və arxitektura üslubu elə şəkildə qurulub ki, heç bir millət onu özəlləşdirə bilməz.
        Məscid Allah evidir və Allah öz evinin sahibidir. Orda xidmət edənlər isə Allahın bəndələridir və borclarıdır ki, ora gələnlərə ən yüksək ehtiram və mədəniyyət göstərsinlər. Mən özüm şəxsən 4 il 3 ay Sankt-Peterburq şəhərində yaşamış, dini və elmi fəaliyyətlə məşğul olmuşam. Əhli-Beyt (ə) adına elmi-mədəni mərkəzi bu şəhərdə demək olar ki,  bütün azərilər tanyırlar. İlk dfə şəhərə gələndə Petropavlovski prospektində Qorkovski metrostansiyasının yanında yerləşən məscidi görəndə çox sevindim. Heç olmasa həftədə bir dəfə bu məscidə getməyi ilk gündən planlaşdırdım. İlk dəfə məscidə girəndə məscidin qədimi və əzəmətli olması məni çox heyrətləndirdi. Məscidin qoşa minarələri sanki havaya uçmağa hazırlaşırdı. İnsan bu məscidə girəndə özünü çox rahat hiss edirdi. İlk dəfə namaza duranda canamazın üstündə qoyduğum mohurun 2 metr uzağa diyirləndiyini müşahidə etdim. Elə sandım ki, kimsə bilmədən ayağı ilişib möhurumu uzağa aparıb. Amma bu halətin 3-4 dəfə müxtəlif günlərdə namaz üstündə təkrarlanmasından sonra başa düşdüm ki, burada vəhhabilər tabliğatla məşğuldurlar və onlar İslamda qeyrət və qəhəramanlığı ilə tanınan Əhli-Beyt (ə) yolunu gedənləri görməyə gözləri yoxdur. Bu vəziyyət 5-6 ay davam etdikdən sonra artıq mən o məscidə çox az halda getməyə başladım.
       O gündən məscidin tarixi haqqında məlumat axtarmağa başladım. Bir-iki dəfə qəzetdə məscidin baniləri haqqında çox qısa məlumat oxudum, amma heç ağlıma sığışdıra bilmirdim ki, əzəmətli tikilinin belə sadə tarixi var. Nəhyət, 2009-cu il may ayının 28-də İranın Qum şəhərində arxiv materiallar arasında Sankt-Peterburqdakı məscidin tarixi barəsində qısa və faydalı materiala rast gəldim. Başqa tərəfdən Sankt-Peterburqda söz yayılmışdı ki, bu məscidi aəzrbaycanlı Hacı Zeynalabidin Tağıyev tikdirib. Əziz jurnalist bacımız Aynur xanımın da mənə bu barədə müraciət etməsi sanki mənə daha da ruh verdi və bu məqaləni o material əsasında hazırladım.
     1703-cü il may ayının 16-da Neva çayının ətrafında kiçik bir yarmadada Sankt-Peterburq adlı torpaqda olan bir qalanın tikintisinə başlandı. O vaxt Birinci Pyotrun əmri ilə bu məntəqə Rusiyanın paytaxtı kimi bir şəhərə çevrilməli idi. Rusiya və dünyanın hər yerindən bu məntəqəyə fəhlələr gətirilməli idi. İstər könüllülər, istərsə də əsir və kölələr şəkilində. Bu vaxt məntəqəyi ruslarla yanaşı müxtəlif ölkələrdən və Rusiyanın özündən çoxlu müsəlmanlar işləməyə gəlmişdilər. Beləliklə, ilk musəlman insanlar şəhərin salınması ilə əlaqədar burada olmuşlar və diqqəti cəlb edən odur ki, şiə və sünnü bütün müsəlmanlardan, o cümlədən tatarlardan da bu işçilər içində var idi. Müsəlmanlar işlərini qurtardıqdan sonra bu şəhərdə qalmağı qərara alırlar.
    İllər keçdikcə bütün millətlərdən, o cümlədən azəri və qeyri-millətlərin sayı artmağa başlayır. Belə ki, Pyotrun Vebr Zerdnet Hanri adlı saray tarixçisi 1718-ci ildə (şəhərin tarixindən 15 il sonra) öz kitabında yazır: Sankt-Peterburqa işləməyə gələn işçilər müsəlmanlar, tatarlar, ruslar və sair millətlər işləri qurtardıqdan sonra bu şəhərdə qalmağı qərara aldılar. Digər yerdə şəhərdə müsəlmanlar barəsində belə statistika verilir: Əgər müsəlmanların sayı 1869-cu ildə iki min nəfərə çatırdısa, 1910-cu ildə isə artıq bu rəqəm 10 min nəfər idi.
   Maraqlı burasıdır ki, müsəlmanlar hamısı bir məhəllədə və hərə öz məzhəb və əqidələrini tam şakildə qorumaqla mehribancasnı yaşayırdılar. Onlar şərab içmədiklərinə və donuz əti yemədiklərinə görə xüsusi diqqət mərkəzində idilər. Onlara xüsusi məkanlarda ibadət etməkdən ötü yer də ayrılmışdı. Amma şəhərdə məscidə çox ehtiyac var idi. Məscid müsəlman tayfasının ən çox sevdiyi bir məkan sayılırdı. Bu barədə xüsusi ərizələr və təkliflər olunur. Sankt-Peterburqda, Rusiyanın paytaxtı kimi tanınan şəhərdə müslmanlardan ötrü böyük bir məscid tikintisi təklifiylə ilk dəfə 1882-ci ildə rəsmi şəkildə Orenburq şəhərinin muftisi Təvəkkülov  o vaxtkı baş nazir qraf Tolstovoya  müraciət edir və müsbət cavab alır.  Həmçinin, bu sahədə bütün rusyia müsəlmanlarından külli miqdarda büdcə cəm etməyi təklif edir. Bütün Rusiyalı müsəlmanlardan bu məscidə kömək yığmaqdan ötrü xüsusi bir heyət təşkil etmək təkilif olunur. Lakin, bu heyətin təşkili olunmasına dövlət tərəfindən icazə almaq da çox çəkir. Yalnız 1906-cı ildə baş nazir tərəfindən xüsusi etimad olunmuş şəxslərdən ibarət heyət yaradılır və onlara 10 il ərzində 750 000 rubl cəm etmək tapşırılır. O zaman həmin məbləğ çox böyük sayılırdı. Bu heyətin başında Sankt-Peterburq müsəlmanlarının başçısı Ətaullah Bəyazitov və məşhur ruhani Əbdül-Əziz Dövlətçin  seçilir. Bu komitə 19 nəfərdən təşkil olunur.
       Bu komitə Rusiyanın bütün şəhərlərindən məscid üçün lazım olan xərci yığmaqdan ötrü məsuliiyəti öz üzərinə alır. Dövlətli şəxsiyyətlər xüsusi köməklər verirdilər. Bundan əlavə bu komitənin vasitəsilə: 99 min rubl məbləğində qiymətli kağız, 35 min rubl məbləğində bəxt latoreyası, 10 000 min rubl məbləğində marka nəşr etdilər. Təbii ki, həmin məbləğlər də yetərli deyildi. Bu arada təsadüfən Buxara əmiri Seyyid Əbdül-Əhəd Sankt-Peterburqa səfərə gəlir. Kömək komitəsi bu fürsəti əldən verməyərək, ona müraciət edirlər. Nəticə yaxşı olur, Əmir Buxara məscidin torpağının xərcini öz üzərinə alır, bu da o vaxtın pulu ilə 312 min rubl idi. Nəhayət, 1907-ci ildə bugünkü məscidin torpağı alınır və tikintidən ötrü düynya ən yaxşı arxitektura müsabiqəsi elan olunur.
    Nəhayət 1910-cu il fevral aynın 3-də məscidin külüng vurma mərasimi dünya səviyyəsində elan olunur. Əksər müsəlman ölkələrindən bu mərsimə qonaqlar dəvət olunur. İran, Türkiyə və sair müsəlman ölkələrindən böyük şəxsiyyətlər təşrif gətirirlər. Bir sözlə Sankt-Peterburqdakı tam şəkildə Şərq və Əhli-Beyt (ə) aşiqləri üslubundə tikilmiş məscid bütün müsəlmanlarındır və məşhur xeyiriyyəçi, Quran və Əhli-Beyt (ə) aşiqi Hacı Zeynalabidin (Allah rəhmət eləsin) bu sahədə əlindən gələn köməkliyi əsigəməmişdir.
İndi də qısa şəkildə Hacının ümumiyyətlə xeyirxah işlərini nəzərdən keçirək. Yüzlərlə xeyirxahlıqları içərisində Sankt-Peterburq şəhərinə və ordakı məscidə xüsusi köməkləri də nəzərə çarpır. Azərbaycanımızın fəxri, müsləlman aləmində öz səxavəti, mal-dövləti və imanı ilə tanınmış Quran və Əhli-Beyt (ə) aşiqi Hacı Zeynəlabidin Tağıyevin adı məhz bu mərhələdə qeyd olunmalıdır. Əlbəttə bizim bütün məscidin Hacı tərəfindən tikilməsini iddia etməyə insafımız yol vermir. Amma bu məscidə o vaxtkı köməklə Azərbaycanda böyük bir məscid tikmək olardı. Şifahi şəkildə gələn məlumata görə, Hacı məsciddə həddən çox köməklik göstərib. Amma tarixə düşən o vaxtın 11 000 rubl həcmində olması qeyd ounur.
Ümumiyyətlə, Hacı Zeynalabidin zəmanəsinin ən səxavətli insanı olub. Hacının müqəddəs Nəcəf və Kərbala şəhərlərinə din alimlərinə etdiyi köməklik indi də dahi müctəhidlərin kitab və xatirələrində var. Çox təssüflər olsun ki, xalqımızın belə qeyrətli oğlanlarının əbədiləşmiş əməlləri müqabilində azərbaycanda məscidlərin sökülməsi və xaricə dini təhsil ardınca gedən İslam alimlərinə kömək əvəzinə vətəndə əzyyət verilməsi və bəzilərinin tutulub KQB zindanında saxlanması milli metelitetimizlə heç uyğun gəlmir.
Şəxsən özüm böyük din alimlərinin dilindən eşitmişəm ki, müqəddəs Nəcəf və Kərbəla şəhərlərində nəinki azərbaycanlılar, bütün dünyadan ora dini təhsil almağa gələn alimlər azərbaycandan ziyarətə gələn karivanı səbirsizliklə gözləyirdilər və həmin gün bu şəhərlərdə bayram olurdı. Hacının alimlərə bir xüsusi dəvə yükü pul köməkliyi bütün alimlər, xüsusilə azərbaycanlı dindarlar arasında tam şəkildə bölünürdü. Bundan əlavə Hacı Zeynəlabidin Nəcəf və Kərbala şəhərlərində azərbaycanlılara məxsus ali dini məktəb tikdirmiş və bu gün də o mədrəsələr durmaqdadır. Kərbəla səfərimdə müctəhid alim Ayətullah-üzma Seyyid Əli Sistani həzrətləri ilə görüşdə bu barədə söhbət etdim və razılaşdırıldı ki, həmin mədrəsələr gələcəkdə öz əvvəlki yerlərində bərpa olunaçaq və oranın torpağı yalnız azərbaycan alimlərindən ötrü vəqf olunub. İcazənaməsi də Ayətullah Sistani həzrətlərinin əlindədəir.
       Bəs bizlər Tağıyev kimi şəxsiyyətlərin dəyərli işlərini nə vaxt davam etdirəcəyik? Müqəddəs Qumda 15 illik təhsil dövründə həmişə bu müqəddəs şəhərdə təhsil alanların vətəndə dövlət orqanları tərəfindən icidildiyini eşitmişəm və özümün də başıma gəlib.
    Hacı Zeynalabidin öz dövründə kifəyət qədər xeyirxah işlərlə məşqul olmuş və Allahın rəhmətinə qovuşmuşdur. İndi bizim zəmanəmizdir və börcumuzdur ki, Allah yolunda xərclər edək, məscidlər tikdirək, yollar çəkək və ən başlıcası din alimlərinə kömək edib onların xərclərini öhdəmizə götürək.

Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

28/01/2011 VƏTƏN-KƏRBƏLA MEYDANI!

n

11/01/2011 Vətəni Kərbəla səhrasına çevirməyək!

n

30/11/2010 AZƏRBAYCANDA HİCAB MÜHARİBƏSİ

n

30/10/2010 QURANIN YER HAQQINDA MÖCÜZƏSİ

n

11/10/2010 ALMAÇILARA İKİNCİ CAVAB

n

01/10/2010 QURANIN ELMİ MÖCÜZƏSİNDƏN YER KÜRƏSİNİN YARANIŞI

n

12/07/2010 YOXDAN YARADAN RƏBBİNİN ADI İLƏ OXU!

n

03/07/2010 QURANDA ALLAHIN ƏZƏMƏTİ

n

24/06/2010 QURAN ELMİNDƏN XƏBƏRSİZLƏRƏ

n

27/05/2010 Hanı bizim şəhadət arzumuz?!

n

04/05/2010 MƏSCİDİ QORUMAQ HAMIYA VACİBDİR!

n

25/03/2010 ALMAÇILAR AZMASINLAR!

n

27/02/2010 QURANDA ZALIMIN SON ANI

n

10/10/2009 MƏSCİDİ SÖKMƏK YOX, TİKMƏK LAZIMDIR!

n

17/08/2009 Tәvәlla vә Tәbәrra

n

13/06/2009 Ən mökәm vә düzgün yol

n

29/05/2009 Şərab və içkidən tövbə

n

11/04/2009 Şərabın bəlaları
 
 

Günün Sitatı
RAFİQ ƏLİYEV
“Əgər hər hansı bir şəxs bilsə ki, yaxşı oxumaqla yüksək pul qazanacaq, o heç vaxt oxumaqdan yayınmaz”
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net