Avropanın iyrənc, milli-mənəvi dəyərlərimizi aşılayan mədəniyyətini Azərbaycana gətirmək əvəzinə, onlarda elmdə, təhsildə olan yenilikləri ölkəmizdə tətbiq etməliyik
Bismillahir
Rəhmanir Rəhim. Bildiyiniz kimi hər bir ölkənin inkişaf etmiş ölkə olub-olmamasını
müəyyən etmək üçün və ya hər hansı bir ölkənin öz inkişafını artırması üçün bu
ölkənin əsasən 3 dövlət strukturuna diqqət ayırması çox vacibdir. Bu
strukturlar Təhsil, Səhiyyə və Müdafiə nazirliklərindən ibarətdir ki, bu da
bizim ölkənin qlobal probleminə çevrilmişdir. Nəzərə alsaq ki, Azərbaycan
ölkəsində mövcud olan bu struklarda rüşvət və ya digər çatışmamazlıqlar var,
ölkəmizin necə də qlobal problemlə üz-üzə olduğunu anlayarıq. Bu dəfəki mövzum
da məhz bu nazirliklərdən biri, daha doğrusu təhsil sistemi ilə bağlı olacaq.
Azərbaycan təhsil sisteminin bu günkü durumuna nəzər yetirsək, kifayət qədər
problemlərin şahidi oluruq. Təkcə onu qeyd etmək olar ki, Azərbaycan təhsili bu
gün korrupsiya faktoruna görə kifayət qədər ad qazanıb, daha doğrusuuniversitet və məktəblərdə rüşvət vermək
artıq adi bir hala çevrilib. Yəqinki
hamıya məlumdur ki, Azərbaycanda istintaqla müəyyən olundu ki, Goranboy Rayon Təhsil Şöbəsinin müdiri
Elmar Əliyev korrupsiya şəbəkəsi yaradaraq, şöbənin metodiki kabinetinin müdiri
və bir sıra məktəb direktorları ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə
girərək, Goranboyun 52 orta məktəbinin və Kəlbəcərin müvəqqəti olaraq bu
rayonun ərazisində məskunlaşmış 11 orta məktəb direktorunu cinayətkar
niyyətlərinin həyata keçirilməsinə cəlb etmişdir. Bunun nəticəsində isə həmin məktəblərin XI sinif şagirdlərindən
mərkəzləşdirilmiş qaydada keçirilməsi nəzərdə tutulan test imtahanlarında
yüksək bal və attestat verilməsi müqabilində pul yığılmasını təşkil edilmiş və külli miqdarda rüşvət aınmışdır. Bəli, bu
məsələyə diqqət yetirsək cinayətkar dəstəyə başçılıq edənin elə Təhsil
nazirliyinin əməkdaşı olduğunu müşahidə edirik. Bu isə ümumiyyətlə Azərbaycan
təhsilinin necə də bərbad vəziyyətdə olduğunu bir daha real faktlarla ortaya
qoyur.
Bundan
əlavə təhsil sistemindəki tələbə və şagirdlərin təhsilə hansı aspektdən
yanaşması, onların təhsilə olan münasibəti də Azərbaycan təhsilinin səviyyəsinə
ziyan gətirən bir haldır. Ümumiyyətlə ölkəmizdə oxumağa, təhsil almağa marağın
həddən artıq aşağı olması təhsil sisteminin bir daha prioritetini ortaya qoyur.
Bu gün Azərbaycanda şagird və tələbə həyatı sürən cavanlara nəzər yetirsək
kifayət qədər neqativ halların şahidi oluruq. Çox az sayda insan tapmaq olar
ki, onlar həqiqətən tələbəlik həyatı sürür və elm-təhsil sahəsində bütün
bacarığını ortaya qoyurlar. Universitet və məktəblərdə monitorinq aparsaq
sadəcə olaraq sözün yaxşı mənasında müsabiqənin şahidi oluruq. Hər kəs özünə
məxsus nəyisə tələbə və şagirdlər arasında nümayiş etdirməklə məşğuldur.İmkanlılar öz papalarının aldığı maşınları,
bir az aşağı səviyyədə olanlar öz geyimlərini və ümumiyyətlə imkanı olamayanlar
(əgər belə bir tələbə mövcuddursa) isə sadəcə müşahidə etməklə məşğuldur. Təbii
ki, bu halların baş verməsində ilk növbədə günahkar Təhsil nazirliyidir.
Təhsilə olan biganəlik və ya açılan qapılar tələbə və şagirdlərdə təhsilə
ciddiliyi yox etməkdədir.
Sonda
bir daha qeyd etmək istəyirəm ki, əgər biz inkişaf etmiş ölkə olmaq istəyiriksə
mütləqdir ki, Avropanın iyrənc, milli-mənəvi dəyərlərimizi aşılayan
mədəniyyətini Azərbaycana gətirmək əvəzinə, onlarda elmdə, təhsildə olan
yenilikləri ölkəmizdə tətbiq etməliyik.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.