ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
AZƏRBAYCANDA VERGİLƏR MOBİL TELEFONLA ÖDƏNİLƏCƏK | DEYİLƏNLƏRDƏN FƏRQLİ OLARAQ ŞİMALİ KOREYADA DA MOBİL TELEFON VAR İMİŞ | ADP AZƏRBAYCANIN ADININ DƏYİŞDİRİLMƏSİNİN ƏLEYHİNƏDİR | KORRUPSİONERİ, RÜŞVƏTXORU BAĞIŞLAMAQ OLARMI? | AZƏRBAYCAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR? | POLŞADA DONVURMADAN 62, RUMINİYADA 5, İTALİYADA İSƏ 16 NƏFƏR ÖLÜB | MÜƏLLİMLƏRİN İŞƏ QƏBULUNDA YENİLİK OLACAQ | İSVEÇRƏDƏ SOYUQ REKORD HƏDDƏ ÇATIB | ÇİN AVROPA BİRLİYİNİN QƏRARINA ETİRAZ ETDİ! | ABŞ VƏ ƏRƏB BİRLİYİ SURİYADA TERROR ƏMƏLİYYATLARINI ARTIRMAĞA QƏRAR VERİB |

Bizimlə Əlaqə
Foto Xəbər
BU GÜN ŞƏHİD MÜBARİZİN DOĞUM GÜNÜDÜR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

"ÖLKƏDƏ VƏZİYYƏT PREZİDENTİN SÖYLƏDİYİ KİMİ DEYİL"

DCUMH-un yığıncağında ölkə prezidenti İ. Əliyevin Almaniyada verdiyi telemüsahibəyə və siyasi məhbuslarla əlaqədar b<

"AZƏRBAYCANDA POLİS DƏYƏNƏYİNƏ SÖYKƏNƏN BİR RAHATLIQ VAR"

Əhməd Oruc: "Əhalinin böyük bir hissəsi indiki rejimdən və öz vəziyyətindən narazıdır"

RUSİYA NÜMAYƏNDƏSİ: "ƏDƏBLİ OL, YOXSA QƏTƏR XƏRİTƏDƏN SİLİNƏR"

Rusiyanın BMT nümayəndəsi bu sözləri Qətərin baş nazirinə söyləyib

HAKİMİYYƏTİN QARABAĞLA BAĞLI ƏN CİDDİ SƏHVİ

Cəmil Həsənli: "İstər Minsk Qrupu, istər Avropa Birliyi, istərsə də digər beynəlxalq təşkilatlar 20 illik müddət ərzind&

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

n JİRİNOVSKİNİN EŞŞƏK QAMÇILADIĞI REKLAM ROLİKİ ƏN ÇOX İZLƏNİLƏNLƏR SIRASINDADIR
n SURİYANIN BİRİNCİ XANIMI ƏSMA ƏSƏD SUSQUNLUĞUNU POZDU
n BU GÜNDƏN HAVA ŞƏRAİTİ KƏSKİN PİSLƏŞƏCƏK
n ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR
n BU GÜN MİLLİ QƏHRƏMAN ŞƏHİD MÜBARİZİN DOĞUM GÜNÜDÜR
n İTALİYALI KAPİTANA 2 MİN 697 İL HƏBS CƏZASI TƏLƏB EDİLDİ
n POLİS RƏİSİNİN KÖMƏKÇİSİ İŞ OTAĞINDA ÖLDÜ
n YOL POLİSİ SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ EDİB
n TÜRKİYƏDƏ GÜLLƏLƏNƏN PROKUROR ÖLDÜ

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
SATANİZM İDEOLOGİYASI - 5
21/09/2009 - 16:32
eli.huseynli@gmail.com
Əli Hüseynli

İslam baxımından şeytanın mahiyyəti

 

Şeytan sözünün hərfi mənası

 

Şeytan sözü, qaynaq etibarilə Ərəbcədir. Bəzi dilçilər, sözün sonundakı "n" hərfini sözün əslindən qəbul edərək, "ş-t-n" kökündən törədiyini söyləyirlər. Buna görə məna; "Uzaq oldu, uzaqlaşdı" olur. Şeytan da haqdan və rəhmətdən uzaq olduğundan bu mənanın ona münasib olduğunu iddia edirlər. Bu cür düşünənlər şeytan sözünün cəm formasının şəyatin olduğunu göstərirlər. Sözün kökü haqqındakı ikinci görüşə görə  "nhərfi artıqdır və bu söz  "ş-v-t"  kökündən yaranmışdır. Bu halda sözün mənası "Yandı, həlak oldu"  olur. Şeytan saf oddan yaradıldığı üçün bu məna ona uyğun görülmüşdür.

Şeytan sözü, Qurani Kərimdə 70 dəfə tək, 18 dəfə də cəm olaraq keçməktədir.

 

Şeytanın yaradılışı

 

Sadəcə şeytanın deyil, ətrafımızda müşahidə etdiyimiz hər şeyin bir yaradılış hikməti vardır. Varlıq aləmində heç bir şey lüzumsuz deyil. Şeytan insandan əvvəl Allah tərəfindən oddan yaradılmışdır. O, Adəmin torpaqdan, özünün isə oddan yaradıldığını irəli sürərək ondan üstün olduğunu bildirmiş, Adəmə səcdə etməkdən imtina etmiş, Allahın lənətinə gəlmiş kafirlərdən olmuşdur. O, hər iki maddənin yaradıcısının Allah olduğunu etiraf etməsinə baxmayaraq, maddələrdən birini digərindən üstün tutmuşdur.

Şeytanın yaradılmasında bir çox fayda və hikmətlər vardır:

1. Şeytanın insana hər zaman pislik etməsi, onun mənfi bir obraz kimi canlanmasına səbəb olur. Şeytanın yaradılış hikmətlərindən birincisi, insanın şeytanın şərindən qorunmaq üçün özünü hər zaman kontrolda saxlamasıdır. Buna görə də şeytan insanın dünyada daha diqqətli və daha təmkinli bir həyat sürməsinə səbəb olmaqdadır.

2. Dünya bir imtahan yeridir. Allah insanları sınamaq, onların hansının daha yaxşı olduğunu göstərmək üçün ölümü və həyatı yaratmışdır. Yaxşı ilə pisi, xeyirlə şəri ayırmaq üçün isə şeytanı yaratmışdır. Şeytanın yaradılışının müsbət səbəblərindən biri,  insanın hər zaman xeyirli işlər görməsi, pislik etməməsi, Allaha daha yaxın olmasına şərait yaradır.

3. Şeytanın yaradılmasının başqa bir hikməti də, insanın Allaha daha yaxın olmasıdır. İnsan şeytanın törətdiyi pislikləri gördükdən sonra Allaha yaxınlığı bir addım da artır. İnsanoğlu ən yüksək insanlıq dərəcəsini bu əzəli düşməninə qarşı verdiyi mücadilə ilə əldə edə biləcəkdir.

 

Şeytanın mələk və insanla münasibəti

 

Şeytanın mələklə münasibəti

Mələklərə də şeytan kimi Adəmə səcdə etmək əmr olunmuşdur və onlar dərhal o əmri yerinə yetirmişdilər. Onlar, Allahın buyurduqlarını dərhal yerinə yetirir, hər əmri bir ibadət kimi edirlər. Mələklərin hamısı istisnasız səcdə etdiklərinə görə, Allah şəri və çirkinliyi özünün stimulu hesab edən şeytanı yaratdı. Şeytanın vəziyyəti mələklərdən istisna edilmiş və ayrıca bəyan olunmuşdur. Şeytan cinlərdən idi, min illər boyu mələklərin arasında yaşayırdı. Bundan başqa  "hamısı səcdə etdilər" (Bəqərə2/34) ayəsinə o da daxildir. Lakin şeytan səcdə etmədiyindən təfsirçilər onu bu ayəyə daxil etməyiblər. Yalnız şeytan xaric, bütün mələklər Allaha səcdə etdilər buyurulmuşdur.

Şeytanı bəzən mələk hesab edirlər. Mələklər nurdan, cinlər isə tüstüsüz oddan yaradılmışdır. "Hər şeyin yaradıcısı insanlardan əvvəl cinləri tüstüsüz oddan yaratmışdır. Mələklər isə nurdan yaradılmışdır"( Rəhman 55/14-15).

Bu ayədən məlum olur ki, şeytan cin qrupuna aiddir. Mələklər və cinlər ayrı-ayrı varlıqlardır. Allah Rəsulu; "Mələklər nurdan, cinlər də dumansız bir oddan yaradıldı" bildirərək onlar arasında olan fərqi izah edib.

 

Şeytanın insanla münasibəti

Quran, Allah tərəfindən insanlara göndərilmiş bir öyüt, maddi-mənəvi rahatsızlıqlara şəfa, inanc sahiblərinə bir yol göstəricisi və rəhmətdir. Allahın kitabı insanlara nəsihət edər, müjdələr verər, müxtəlif təhlükələrə qarşı onları xəbərdar edər. Quran insan üzərində dayanır. Onun birinci məsələsi insandır. O, insanın dünyada və axirətdə xoşbəxt olmasını istəyir. Buna görə də ona özü üçün ən faydalı olan yolu göstərir. "Həqiqətən Quran insanı ən doğru yola yönəldir. Və yaxşı işlər görən möminlərə, özləri üçün böyük bir fayda olduğunu müjdələyir"( İsra 17/9-10)

Allah insanı vahid bir şəkildə yaratmışdır. Bəşəriyyətin yarandığı gündən bu günə qədər, insanla şeytan arasında müəyyən münasibətlər olmuşdur. Bəzən bu münasibətlər müharibəyə çevrilmişdir. Bu anda insan öz nəfsinə qalib gəlməklə şeytana da qalib gəlir. Şeytan hər zaman insanı izləyir, onu mənfi işlər görməyə vadar edir. Onu Allaha qarşı yönəldir. Lakin hər bir insanın qəlbində mərhəmət, sevgi, yaxşılıq duyğuları vardır ki, bu duyğularla insan Allaha yaxınlaşıb, şeytandan uzaqlaşa bilər. Şeytanın ən böyük hədəfi insandır. İnsan, şeytanın edəbilməyəcəyi işləri görə bilər. Şeytan bütün mənfi işləri insanların əli ilə görür və onları Allah qarşısında cavabdeh edir.

 

Nəfs-şeytan münasibəti

 

Nəfsin mənası

İnsanda vicdan, idrak, şüur, hiss və ağıl kimi xüsuiyyətlərindən əlavə qəzəb, şəhvət, cəsarət kimi xüsusiyyətləri də vardır. Bütün bunların adı nəfsdir.

Nəfs sözü ruh mənasının yanında; cəsarət, göz, iradə, əzəmət, izzət, bir şeyin əsli, həqiqəti kimi mənaları verir. Nəfs ilə ruhu bir-birindən fərqli şərh edənlər də olmuşdur. Onlara görə nəfs, insanın bədəninə yerləşdirilən mənfi xarakterlərin bütünüdür.

Aləmdə şeytanın-mələyin, cənnətin-cəhənnəmin olub amma görülə bilməmələri kimi nəfs və ruhun hər ikisi də bədənə tökülmüş cövhərlər olub, gözlə görünmürlər. Gözün görmə, qulağın eşitmə və dilin dadma mərkəzi olmalarına bənzər şəkildə, nəfs şərin, ruh da xeyrin mərkəzidir. Mütləq mənada nəfs, insanı pisliyə sövq edən, şeytan ilə eyni kateqoriyada olan xüsusiyyətdir.

"And olsun nəfsi yaradana, sonra da ona günahlardan və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu (günha) batıran isə əlbəttə ziyana uğrayacaqdır".(Şəms 91/7-10)                                               

Hz.Peyğəmbər bu ayəni oxuyan zaman belə dua etmişdi: "Allahım nəfsimə təqva duyğusunu ver, onu qəflət və üsyandan təmizlə, onu təmizləyənlərin ən xeyirlisi sənsən".

 İnsanın üzərinə düşən ən böyük öhdəliklərdən biri, öz nəfsini pisliklərdən və çirkinliklərdən təmizləyib, onu həyat səviyyəsinə yüksəltməkdir. Nəfsi təmizləmə deyilincə bunlar ağla gəlir:

a) Onu kirlətəcək küfür, cəhalət, əks inanclar və yanlış xarakterlərdən təmizləmək.

b) Onu iman, elm, irfan, yaxşı və gözəl əxlaq kimi xüsusiyyətlərlə tərbiyə edərək, yüksək səviyyəyə çatdırmaqdır.

c) Nəfsin təmizliyini iddia etmək və onu öymək nəfsin təmizlənməsinə maneə törədir. Heç bir insanın bu mənada nəfsini açığa çıxartmağa haqqı yoxdur.

"Özünüzü təmizə çıxartmayın .O, Allahdan qorxub, pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!"(Nəcm 53/32.)  ayəsindəki tərif qadağası da bu mənadadır.( Nəcm 53/32)

 

Nəfsin mərtəbələri

Nəfsi üç, dörd hətta yeddiyə qədər kateqoriyaya bölənlər olmuşdur. Allah Təala Qurani Kərimdə nəfsi üç mərtəbədə göstərir:

a) Nəfsi əmmarə.    

Bu sinifləmədə ilk sıra nəfsi əmmarəyə aiddir. Davamlı olaraq əmrlər verən nəfs mənasında işlənir. Nəfsi əmmarə hər zaman şəhvət və ləzzət adında nə varsa, bunların hamısın dadır. Bədənə aid şiddətli arzuları yönəldən odur. Nəfsi əmmarəni kontrol altına almaq, qarşısını kəsmək mümkündür. Amma bu cövhər öz etibarilə heç bir zaman yox olmayacaqdır. Nəfs ilə mübarizə, onun özünü yox etmək üçün deyil, ona aid mənfi xüsusiyyətləri ortadan qaldırmaq üçün mövcuddur.( Nəcm 53/32)

a) Nəfsi Ləvvamə.                                      

Bu mərtəbə, əvvəlkinə nəzərən daha şəffaf olsa da, yenə də tam olaraq saflaşıb təbii duruluğa çatmamış, izləri hələ silinməmiş, bəzi şübhə, qorxu və xəyallar yox olmuşdur.

b) Nəfsi Mutməinnə.

Alması gərəkən məsafəni almış, sükunətə çatmış, sakitliyə qovuşmuş, Allahın əmr və qadağalarına könüldən təslim olmuş, inanılması gərəkən həqiqiətlərə inanıb bağlanmış, həqiqi xoşbəxtliyə çatmış nəfs Nəfsi Mutməinnə adlanır.

3) Nəfs ilə şeytan arasındakı fərqlər.                                                    

a. Şeytanın əzəli bir varlığı vardır. O, Allahın əmrinə qarşı gəlmiş, bəşəriyyətin əbədi düşməni olduğunu and içərək, elan etmişdir.

Nəfs insanla əlaqəlidir. O, ruh, ağıl, bədən və digər üzvlər kimi insanın bir parçasıdır.

b. Şeytan Adəmdən əvvəl yaradılmış, maddəsi oddan, cin qrupuna məxsus bir varlıqdır. Özü tək olub, insanlardan və cinlərdən köməkçiləri vardır.

Nəfsin başlanğıc və sonu insana bağlıdır.

c. Şeytan, insana olan düşmənliyini hər zaman davam etdirmişdir. Zərərvermədə hər zaman lider olmuşdur.

Nəfsi Əmmarə müəyyən qədər insanı pisliyə sürükləsə də, nəfsi mutməinnə insanı yaxşılığa doğru aparır.

d. Şeytan bütün insanlarla eyni vaxtda məşğul olur. Onların hər birini ayrılıqda mənfi işlər görməyə çağırır.

Nəfs isə özünün hakim olduğu insanla çalışır. Hər bir insanın başqa oxşar olmayan nəfsi vardır.

e. Şeytan Allahın əmrini rədd edib küfrə düştüyünə görə, əbədi olaraq cəhənnəmdə qalacaqdır.

Nəfs isə Allaha itaət edib, etməməsinə görə sorğu-sual olunacaq, buna qarşılıq olaraq münasibət görəcəkdir.

f. Şeytan əsasən insanı xaricdən öz təsiri altına alır, onu günaha çəkməyə çalışır.

Nəfs isə özündə olan inad, qısqanclıq, kin, nifrət kimi xarakterləri işlədərək, daxildən zərər verir.(davamı var)

 


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

14/11/2011 ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI

n

05/10/2010 TARİXDƏN GƏLƏN QONDARMA BÖYÜK ERMƏNİSTAN İDDİASI

n

05/01/2010 QƏRBİN YENİ HƏDƏFİ - YƏMƏN

n

30/10/2009 Bilderberq qrupunun 2012-ci il planı

n

17/10/2009 MÜSTƏQİLLİYİN 18 İLİ

n

09/10/2009 Azərbaycan siyasətində dialoq oyunbazlığı

n

09/10/2009 SATANİZM İDEOLOGİYASI - 6

n

02/10/2009 METRODA BAŞIMA GƏLƏNLƏR

n

21/09/2009 SATANİZM İDEOLOGİYASI - 5

n

12/09/2009 Qarabağda referendum Azərbaycana nə vəd edir?

n

08/09/2009 Satanizm ideologiyası - 4

n

31/08/2009 Satanizm ideologiyası - 3

n

06/08/2009 Satanizm ideologiyası - 2

n

28/07/2009 Satanizm ideologiyası

n

04/07/2009 Qara piar kampaniyası

n

11/04/2009 Bir Buş gedər, o biri gələr...
 
 

Günün Sitatı
CƏMİL HƏSƏNLİ
"İstər Minsk Qrupu, istər Avropa Birliyi, istərsə də digər beynəlxalq təşkilatlar 20 illik müddət ərzində bir şey edə bildilər. Onlar Azərbaycanın boynuna qoydular ki, münaqişə dinc yolla həll olunacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net