Hər il olduğu kimi bu il də dünya 21 sentyabrı, beynəlxalq sülh günü kimi qeyd edəcək. Düz 29 il bundan öncə BMT dünyada sülhə və sazişə ehtiyac olduğunu duydu və protokollar üzərində bir saziş imzaladı. Ancaq, necə saziş?! Bu dəfəki yazımda sülh günü və bu günə Qüds günü nöqteyi nəzərindən baxışı qələmə almışam.
Hər
il olduğu kimi bu il də dünya 21 sentyabrı, beynəlxalq sülh günü kimi qeyd
edəcək. Düz 29 il bundan öncə BMT dünyada sülhə və sazişə ehtiyac olduğunu
duydu və protokollar üzərində bir saziş imzaladı. Ancaq, necə saziş?! Bu dəfəki
yazımda sülh günü və bu günə Qüds günü nöqteyi nəzərindən baxışı qələmə
almışam.
İkinci
dünya müharibəsində qalib gələn tərəf olan ABŞ öz qələbəsini rəsmiləşdirmək və
gələcəkdə bütünlükdə dünya üzərində hakimiyyətini bərqərar etmək üçün bir
ümumdünyəvi təşkilat yaratdı ki, onun vasitəsi ilə dünyada təcavüz və zülmün
əsasını qoydu. 29 il bundan öncə dünyanı sülh gününü qeyd etməyə çağıran BMT
vasitəsi ilə ABŞ elə bir o qədər il öncədən başlayaraq dünyada "qaynar"
münaqişə ocaqları yaratdı. Fələstin torpaqlarını İsrailə, Pakistan torpaqlarını
Hindistana verməklə əslində müsəlman dünyasını daimi olaraq zülm və təcavüzə
möhtac elədi. Ardınca Kosova, Çeçenistan, Qarabağ, Əfqanıstan, İraq, Livan eyni
taleyə məhkum oldu. Qısaca desək, müsəlman-İslam dünyası müharibələr və
münaqişələr zonasına çevrildi.
Bu
gün BMT sülh günü keçirir. Elə bir gün ki, İslam aləmi həmən gündən xaricdir.
Dünyada harda münaqişə varsa, təcavüzə məruz qalan tərəf müsəlmanlar,
təcavüzkar tərəf isə ABŞ və imperialist qüvvələrdir. Bu günə qədər nə BMT, nə
də ki onun təhlükəsizlik şurasına üzv olan dövlətlər dünyada olan bu münaqişəli
ərazilərin problemlərinin ədalətli həllinə səy etməyiblər. Sanki, sülh gününü
qeyd etməklə, BMT İslam dünyasını mövcud vəziyyət ilə barışmağa və sülhə
gəlməyə çağırır.
Qarabağsız
Azərbaycanı təsəvvür eləyə bilmədiyimiz kimi, dünya müsəlmanları da Qüdsüz
İslam dünyasını təsəvvür edə bilmir. Odur ki, müsəlman dünyasının öndərləri
beynəlxalq Qüds günü elan etməklə əslində haqsızlığa və batilə mübarizə bayrağını
qaldırmış oldular.
Əgər
bu günləri Qüds işğal altındadırsa, hansı sülhdən danışa bilərik?!. Bütün din
və millətlərin nəzərində ən müqəddəs məkan sayılan Qüdsdə hər gün müsəlman qanı
axıdılırsa, müsəlmanlar öz doğma torpaqlarından çıxardılırsa, o halda hansı
sülhdən danışaq?! Əgər bu gün Qüds hələ də İsrail, Qarabağ Ermənistan, Kəşmir
Hindistan, İraq və Əfqanıstan ABŞ-ın işğalı altındadırsa, o halda hansı sülh və
əminamanlıqdan söhbət gedə bilər?! Odur ki, dünya müsəlmanları Qüds günü və
Qüds bayrağı altında zülmə və işğala etiraz səslərini ucaltmaq qərarına
gəldilər. Ramazan ayının son cüməsini Qüds etirazları keçirtməklə əslində hələ
də dünyanın sülhdən söz açmağının tez olduğunu sübut etdilər.
Gəlin,
sülh gününə Qüdsün reallıqlarından baxaq. Dünyanın aparıcı dövlətləri
müsəlmanlara qarşı aparılan bu terror siyasətinə göz yumur və bir addım da
irəli gedərək bütün bu cinayətlərə dəstək verirlər. Son Qəzza hadisələri bir
daha sübut etdi ki, dünya hələ sülhə hazır deyil. Körpə uşaqları qanına qəltan
edən bir rejimi BMT məzəmmət etmədi. Demək, sülh kimlərinsə əlində yalnız
siyasi maxenasiya vasitəsidir ki, bununla onlar öz cinayətlərinə bir fon vermiş
olurlar.
Sonda
hər bir azadlıq və ədalət sevər insanları bu gözəl və fövqəladə bir gün
olan-Qüds günü münasibəti ilə təbrik edirəm. Qüds-yəni məzlumların günü,
Qüds-işğala məruz qalanların günü, Qüds-yəni qız gəlinləri əsir düşənlərin
günü, Qüds-qaçqın və köçkünlərin günü, Qüds-yəni əslində dolayısı ilə Qarabağın
günü. Qarabağın azadlığı Qüdsdən keçir!
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.