ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n SADƏ VƏTƏNDAŞLAR DA HƏBS EDİLİR
n YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK"
n İTV-nin QARŞISINDAN FOTOREPORTAJ
n ƏLİ HƏSƏNOV ƏLİ ƏKBƏR SALEHİNİN AÇIQLAMASINA MÜNASİBƏT BİLDİRDİ
n 3 YAŞLI UŞAĞIN MACƏRASI
n BAKINI NƏ QƏDƏR PULA KÖÇÜRMƏK OLAR?
n İSA QƏMBƏRİN MÜAVİNLƏRİ HƏBS EDİLDİ
n İTV ƏTRAFINDA GƏRGİNLİK DAVAM EDİR
n KURTLAR VADİSİNİN "LALƏ ZARA"SINA 10 İL HƏBS CƏZASI VERİLDİ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
Oruc bala
12/09/2009 - 11:02

Emilya Tağıyeva
Övladlarımıza bu ibadətin qazandırdığı iradə, səbr, nəfsə hakimlik, özünü sı-nama, paylaşma, sahib olduqlarının dəyərini anlama, şükr etmə kimi əhəmiyyət-li xüsusiyyətlərini izah etməyə çalışmalıyıq

Onları indidən özümüzlə eyni yolla getməyə alışdırmasaq, öyrətməsək, gələcək-də bizə yad olan dəyərlərin girdabında itirə bilərik

Araşdırmalar göstərir ki, uşaqlığın ilk dövrlərində qazandırılan davranışlar ömür boyu qalıcı olur. Sonradan yaşam boyu fərqli ictimai və mədəni təsirlər insanları dəyişməyə məcbur etsə də, şəxs müqavimət göstərə bilir və həyatının ilk illərində əldə etdiyi dəyərlərinə bağlı qalır. Bu, təxminən bir bal arı-sının diyar-diyar, çiçək-çiçək gəzib, sonunda bal şanına dönməsinə bənzəyir. Amma bu yalnız uşağa "bal şanı" kimi mühitdə təməl dəyərlərin "bal" kimi təq-dim olunması şərti ilə ola bilər.

Tarix yaranandan bəri bütün valideynlər özlərindən soruşurlar: Görəsən, uşaq-larımızın yaxşı bir insan olması üçün üstümüzə düşən vəzifələri layiqincə ye-rinə yetiririkmi? Balalarımızı gələcəkdə onlar üçün qurulan tələlərdən qoruya biləcəyikmi?

Bəli, müvəqqəti sakini olduğumuz bu sınaq dünyasında  övladlarımızı məxsusən hazırkı dövrdə daha çox risk və təhlükələrin gözlədiyinin fərqindəyik. Və əgər bu ciyarparələrimizi özümüzlə eyni - İslami yolda getməyə alışdırmazsaq, öyrətməzsək, onları bizə yad olan dəyərlərin girdabında itirə bilərik. Bəs nə etməli? Onlara Allaha ibadəti, itaəti, məhəbbəti, məsumlarımıza, alimlərimi-zə, valideynlərə, ailəyə, qohum-əqrabalara, qonşulara sevgini, hörməti və sə-daqəti necə öyrədək?

Gəlin bütün bu sadalananları həyata keçirmək üçün elə yaşadığımız Ramazan ayının mübarək günlərdən istifadə edək. Onlara bu rəhmət ayının fəzilətindən, mənasından söhbət açaq və oruc tutmaları üçün şərait yaradaq.

Burada bir nüansı qeyd etmək istəyirəm. Əslində deyəcəklərimdə məqsəd uşaqla-ra fərz olmadığı halda oruc tutdurmaq deyil, onlara bu ibadəti qavramasına, sevməsinə və vərdiş etməsinə yardımçı olmaqdır. Şübhəsiz bu mövzuda fərqli yaş qruplarındakı uşaqlar üçün fərqli izahlar və tətbiqlər lazımlıdır.

Sizlərin əsl İslami ailə mühitində övladlarınıza ibadəti, itaəti layiqincə öyrətdiyinizə inanaraq yalnız bir neçə nöqtəni qeyd etməklə kifayətlənirik.

 

"Elm öyrətdiyiniz şəxslə yumşaq davranın"

Bir çox ailələrdə azyaşlı uşaqlar səhv və ya istənməyən şeylər etdikləri za-man, valideynlər dərhal etdiyinin günah olduğunu və Allah tərəfindən cəzalan-dırılacağını deyirlər. Əlbəttə, bu, haradasa günahın qarşısının alınması məq-sədini daşıyır. Ancaq belə məsələlərdə həddən çox diqqətli və vasvası olmağı-mız lazımdır. Ata-ana tez-tez bu yola baş vuranda, uşağın zehinində insanı məhdudlaşdıran, həyatı zəhər edən bir din imici canlanar. Halbuki, onlara pis hərəkətin cəzasından deyil, yaxşı hərəkətin mükafatından danışsaq daha effek-tiv nəticə ala bilərik. Yəni Allahın bizlərə lütf edərək göndərdiyi gözəl di-nimizi acı dərman kimi deyil, bal kimi təqdim etməliyik.

Günahlar barədə isə artıq yaxşını-pisdən ayırd edən vaxtında yavaş-yavaş an-ladaraq əsl İslamı öyrətməliyik.

Qeyd edim ki, bizlər də zaman-zaman  bu yaşda uşaqların Allah qatında davra-nışlarından hələ məsul olmadığını unuduruq. Halbuki, Həzrət Peyğəmbərimiz uşaqlarla 7 yaşına qədər şah kimi davranmağı tövsiyə edib.

 

Həssas olaq

Bu mövzuya bağlı olaraq edilən digər bir səhv də, övladlarımızın "hələ bala-casan" deyə savab işləməsinin və ibadət etməsinin qarşısının alınmasıdır. Ya-şı və orqanizmi uyğun bir uşaq oruc tutmaq istədiyində, ona ibadətinin eti-barlı olmayacağı, boşu-boşuna ac qalacağını desək uşağı həvəsdən salarıq. O, Allah-Təalanın, özünü həmsöhbət belə qəbul etmədiyini, heçə saydığını düşünə bilər. Çünki onlar biz düşündüyümüzdən daha həssasdırlar.

 

Onlarla söhbət edək

Biz yetkinlər, ümumiyyətlə Rəbbimizin əmrləri mövzusunda səbəb və isbata eh-tiyac duymuruq. Çünki ətrafda olan aşkar möcüzələri görəcək qədər böyümüşük. Ancaq bir uşaq "nə üçün oruc tutmalıyam?" deyə soruşarkən, "Allah belə əmr edib" cavabını verməklə onları başımızdan edirik. Bu çox səhv davranışdır. Biz zaman-zaman onlarla söhbət etməli, oruc ibadətinin qazandırdığı iradə, səbir, nəfsə hakimlik, özünü sınama, paylaşma, sahib olunanların dəyərini an-lama, şükr etmə kimi əhəmiyyətli xüsusiyyətləri, əlbəttə ki, onların dilində (nağıllarla, dastanlarla) izah etməyə çalışmalıyıq. Bunun yanında dinin yal-nız bir mədəniyyət və məlumat deyil, eyni zamanda bir həyat forması olduğu şüurunu da peyvənd etməyə çalışmalıyıq. Onu da qeyd edim ki, bu deyilənləri əvvəlcə özümüz əməldə etməliyik ki, uşaq da deyilənlərin boş söz olmadığını anlasın. Bu barədə Həzrət Əli (ə) belə buyurmuşdur: "Özünü islah etməyən şəxs başqasını necə islah edə bilər?!"

 

Şəfqətli mühit

Yaşadığımız müqəddəs rəhmət iqlimində övladlarımıza bir çox istiqamətdə başqa vaxtlardan daha gözəl və şəfqətli bir mühit təqdim etməliyik. Bu rəhmət ayın-da uşaqlarımıza qarşı aclıq və susuzluq başımıza vurmuş kimi əsəbi, təlaşlı davranmamaq məqsədəuyğun deyil. Çünki bu halətdə ibadətlərin insan üzərində oyandırdığı ülvi hissləri, gözəl duyğu və düşüncələri onlara qəbul etdirə bilmərik. Balalarımız analarının səhərdən axşama qədər "iki ayağı bir başmağa girmiş kimi" təlaşlı hallarına baxıb, orucun mükafatının yalnız yaxşı bir ax-şam ziyafəti hesab etməməlidir.

Ümumiyyətlə, görəsən iftar süfrələrini min bir növ və bahalı yeməklərlə təc-hiz etmək zəruridirmi? İsraf mövzusunda bu ayda da həssaslıq göstərməliyik. İftar süfrələrində dost və qohumlarla paylaşılan bir bayram havası əsdirmək, əmin olun ki, uşaqları bahalı yeməklərdən daha çox xoşbəxt edər. Əlbəttə, bu o demək deyil ki, iftar süfrələrini uşaqları sevdikləri yeməklərdən məhrum buraxmaq lazımdır.

Bundan əlavə böyüklər, oruc tutan uşaqlarla qürur duyduqlarını hiss etdirmə-li, alqışlamalı və bayram günlərində onları mükafatlandırmalıdırlar.

 

Oruc neçə yaşda tutulmalıdır?

Təbiidir ki, məktəbəqədər yaşlardakı uşaqlara özü də bu yay mövsümündə oruc tutdurmaq çətin olar. Bəs onlara bu ibadətə olan sevgini necə aşılayaq? Yaxud onlar oruc tutmaq istədikdə və bunu bacarmasalar (təbii ki, təqribən 15 saat-lıq müddəti ac-susuz qala bilməzlər) bu onlarda ruh düşkünlüyü yaratmazmı? Yaxud, əksinə, oruc tutmağa qoymasaq onların bu ibadətə olan sevgisini azalda bilərik. Bu barədə fikirləşərkən təqribən 5-6 yaşlarımda kənddə keçirdiyim Ramazanlı günlər yadıma düşdü. O zaman da bu mübarək ay yay mövsümünə təsadüf etmişdi. Buna baxmayaraq, nənəm məni imsaq vaxtında oyandırar, birlikdə nahar eləyər və... yarım günlük oruc tutdurardı. Əlbəttə, şəriətdə yarım günlük oruc yoxdur. Lakin o zamanlar bunu bilmədiyimdən böyüklər kimi oruc tutduğumu düşünüb fərəh hissi keçirirdim. Sizə deyim ki, mənim ibadətə məhəbbətim də elə gündə 2 rükət namaz qıldığım, yarımçıq oruc tutduğum həmin yaşlarımdan başlayıb. İndinin özündə də o gözəl günləri xatırlayanda elə bil ki, o uzaq uşaqlıq sevincini bir daha yaşayıram.

Keçək əsas mövzuya. Yaxşı olardı ki, 9-10 yaşlarındakı uşaqların sağlamlıq vəziyyətləri uyğunsa, heç olmazsa bir-neçə gün oruc tutsunlar. 10-13 yaşlarda isə, oruc ibadəti daha ciddiyə alınmalıdır. Çünki bu yaşlar yetkinliyin asta-nasıdır və artıq ibadət məsuliyyəti də başlamaqdadır.

Yeniyetmə uşaqlarımıza dərslərinin ağırlığı bəhanə edərək oruc tutmağa qoyma-maq düzgün deyil. Çünki orucun zəka və ya müvəffəqiyyətin azalmasıyla heç bir əlaqəsi yoxdur. Əvvəla onları mütləq imsaqa durğuzmalıyıq. Necə ki, Həzrət Məhəmməd (s) buyurur: "Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkə-tin əsasıdır". Bu zaman onlara yeməkdən əlavə çoxlu kompot və ya meyvə suyu içirərək aclıq müqavimətlərini artırmaq olar. Çünki insan beyni iki təməl qi-da ilə işləyir: Şəkər və oksigen.

Yeniyetmədən yaşından böyük davranışlar gözləmək də düzgün deyil. Onları tez-tez tənqid edərək, səhvləri xatırlatmaqla böhrana salmamalıyıq. Bu qayda xü-susilə ibadətlərə tapşırıq mərhələsində çox əhəmiyyətlidir.


Övladlarımızı məscidlərə alışdıraq

Azyaşlı uşaqların orucla birlikdə namaza alışdırılması da əhəmiyyətlidir. Beş vaxt namaz qılmasalar da, onların atalarıyla birlikdə heç olmasa cümə namaz-larına getməsi təşviq edilə bilər. Məscidə gedən uşaqlar, yer darlığı və ya səs-küy səbəbiylə əsla çölə çıxarılmağa məcbur edilməməlidir. Əlbəttə, bala-caların camaatı narahat edən davranışları ola bilər. Lakin böyüklər yenə sə-birli, xoşgörüşlü davranmalı, onları şəfqətlə aralarına almalıdır. Bu nöqtədə bütün uşaqlardan bizim məsul olduğumuzu unutmamalıyıq. Çünki bu günün balaca-ları gələcəyin cəmiyyətini meydana gətirəcəklər.

Bəli, əvvəldə toxunduğumuz kimi uşaqlarımızı tərbiyə edərkən, onlara gözəl dəyərlərimizi anladarkən, dünyadakı ən ciddi vəzifələrdən birini etdiyimizi diqqətə almağımız lazımdır. Övladlarımızı əvvəl biz öyrədə bilməzsək, onların dinimizdən, mənəviyyatımızdan uzaq düşmələrinə, yadlaşmalarına şikayət etməyə haqqımız ola bilərmi?..


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

28/04/2012 AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK

n

03/04/2012 QƏFLƏT İÇİNDƏ OYNAYIB ƏYLƏNƏNLƏR

n

06/03/2012 UŞAQLARIMIZDA "QADAĞAN OLUNMUŞ MEYVƏ" SİNDROMU YARATMAYAQ

n

11/02/2012 İNDİ ADAMLARI HƏYAT ÖLDÜRÜR!!!

n

30/11/2011 "İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ

n

22/08/2011 HƏYASIZ HƏYATIMIZ

n

09/12/2010 CƏHƏNNƏM YOLUNDA DOSTLUQ OLMUR

n

30/10/2010 PARLAMENT SEÇKİLƏRİNİN YALANÇI HACILARI

n

09/08/2010 BİR GENERALIN OĞLU ÖLSƏ...

n

17/04/2010 MÜSİBƏT...

n

13/03/2010 Dilimizə sahib çıxaq

n

27/02/2010 YARADANIN NEMƏTLƏRİNƏ QARŞI NANKORLUQ

n

25/01/2010 DÜRÜST OLA BİLİRİKMİ?

n

08/12/2009 YOXSULLUQ MÖHÜRÜ

n

07/11/2009 SƏDƏQƏ

n

17/10/2009 HƏSƏD VƏ KİNİN ZƏRƏRLƏRİ

n

01/10/2009 SON PEŞMANLIQ...

n

12/09/2009 Oruc bala

n

05/09/2009 Ramazan ayının xüsusiyyətləri

n

18/07/2009 Gəncliyimiz - gələcəyimiz

n

04/07/2009 Keçmişdən ibrət almayan...

n

20/06/2009 Müsəlmanların eyiblərini araşdırmayın!

n

30/05/2009 Tətili təhsillə bəzəyək

n

22/05/2009 Kimə deyim dərdimi...

n

08/05/2009 İki aləm xanımlarının seyyidəsi
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.