Ali təhsil ocaqları hər il yüzlərlə müəllim, həkim, diplomat, jurnalist və sair buraxır. Bu kadrlar ixtisaslarına uyğun iş tapa bilirlərmi? Artıq bu bizimçün yenilik deyil ki, imkanı, "dayısı" olanlar işə düzələ bilir, digərlərinin diplomunu isə toz basır. Misal üçün, hər il ölkəmizdə kifayət qədər müəllim yetişir. Amma onların çoxu işsizlikdən şikayət edir. Çünki istənilən məktəbə yaxınlaşanda direktordan yalnız bir söz eşidirsən: "yerimiz yoxdur".
Ali təhsil ocaqları hər il yüzlərlə müəllim, həkim, diplomat, jurnalist və sair buraxır. Bu kadrlar ixtisaslarına uyğun iş tapa bilirlərmi? Artıq bu bizimçün yenilik deyil ki, imkanı, "dayısı" olanlar işə düzələ bilir, digərlərinin diplomunu isə toz basır. Misal üçün, hər il ölkəmizdə kifayət qədər müəllim yetişir. Amma onların çoxu işsizlikdən şikayət edir. Çünki istənilən məktəbə yaxınlaşanda direktordan yalnız bir söz eşidirsən: "yerimiz yoxdur". Amma əgər desən ki,"hörmətini" edəcəm və yaxud yuxarıdan zəng gəlsə, təbii ki, o saat yer tapılır və sənə qiymət oxuyurlar. Özünü təhsil müəssisəsində deyil, bazarda hiss edirsən. Qiyməti də eşidəndə insanın gözləri bərələ qalır. Məsələn, normal bir məktəbə işə düzəlmək üçün beş-altı min manat rüşvət verməli olursan. İndi gəl işlə görüm necə işləyirsən. Tanışı, pulu olub savadı olmayanlar işə düzəlir, savadlı kadrlar isə kənarda qalır. Bu nə vaxta kimi davam edəcək?
Artıq işə qəbul olunmaq üçün test üsulunu işə salıblar. Çox gözəl. Bəs bu testdən sonra aparılan "sobesedovanie" nə deməkdir? Nədən ibarətdir onun mahiyyəti? Düzünü desəm, hələ testlə məktəbə işə düzələn müəlliməyə rast gəlməmişəm. Hələ bundan savayı məktəbdə işləyən müəllimlərə nəzər salsaq görərik ki, əksəriyyəti orta yaşlı, bir çoxu isə təqaüdə çıxmış şəxslərdir, dərslərinin keyfiyyətindən heç danışmağa da dəyməz. Baxırsan ki, onların dərs keçməyə nə maraqları var, nə də həvəsləri. Bunu mən yox, yaşlı müəllimələrin özləri deyir. Soruşursan ki, bəs niyə hələ də işləyirsən, deyirlər ki, imkansızlıqdan, axı təqaüdlə dolanmaq mümkün deyil. Digər ölkələrə nəzər salsaq görərik ki, hər bir kəsin işləməsi üçün müəyyən vaxt ayrılır. Məsələn, Türkiyədə hər bir müəllim iyirmi beş il işləyə bilər. Vaxtı tamam olanda isə təqaüdə çıxır. Ən əsası isə həmin təqaüdlə o şəxs dolana bilir. Hələ üstəlik işlədiyi müddətdə onun hər ay maaşından tutulan müəyyən faiz pul iyirmi beş ildən sonra toplum şəklində özünə qaytarılır. Bununla da gənc kadrlar üçün yer boşalmış olur, yaşlılar isə rahat qocalıqlarını keçirirlər. Bizdə əsa ilə gəzən müəllimlər işləməyə məcburdurlar. Gənc kadrlar isə əllərində diplom qalırlar çarəsiz. Bəs görəsən, valideyinlər necə, öz övladlarını yaşlı müəllimlərə etibar edirlər, yoxsa gənc müəllimlərə?
Sevil: "Öz təcrübəmə əsaslanaraq gənc müəlliməyə etibar edirəm. Çünki gənc müəllimin həvəsi olur dərs deməyə, yeniliyə meylli olur, yeni metodlardan istifadə edir."
Münəvvər: "Mənim üçün fərqi yoxdur. Hansı yaxşıdırsa, ona da qoyaram. Elə qocalar var ki, cavandan yaxşıdır. Əsas odur ki, şirindil, mülayim olsun".
Nurlan: "Cavan müəllimlər yaxşıdır, qoca müəllimlər maraqsız olurlar".
Gülşən: "Cavan müəlliməyə üstünlük verirəm. Çünki onlar yeniliyə daha çox meyllidirlər".
Südabə: "Hər halda yaşlı müəlliməyə üstünlük verirəm. Çünki onların təcrübəsi daha çoxdur".
Şahin: "Mənimçün fərqi yoxdur. İstər cavan olsun, istər yaşlı, əsas odur ki, savadlı olsun".
Rəhilə: "Daha çox cavana üstünlük verirəm. Çünki onlar daha səbrli olurlar və təkcə dərslə kifayətlənmirlər, əlavə materiallardan da istifadə edirlər. Həm də ki, indiki uşaqların suallarına, məncə, yaşlı müəllimələr cavab verməkdə çətinlik çəkərlər. Cavanlar isə istənilən sahədə uşağa cavab verə bilər".
Ramin: "Qoca müəllimələr yaxşıdır. Çünki onların dərsində istədiyini eləyə bilərsən. Cavanların dərsində isə ancaq gərək dərs oxuyasan".
Xurşudxanım: "Mən nə cavana, nə də qocaya etibar edərdim. Ən yaxşısı orta yaşlıdır. Cavanın təcrübəsi yoxdur, qocanın isə həvəsi."
Mətanət: "Əsas odur ki, savadlı olsun və vicdanla dərs keçsin."
Beləliklə, biz müxtəlif yaş dövrlərində olan insanların fikrini öyrənmiş olduq. Hər halda savadlı gənc kadrları da nəzərə almaq lazımdır ki, əllərində diplomları çarəsiz qalmasınlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.