Ötən gün internetdə maraqlı bir xəbər oxudum. Misirdə "Mən Halalam" adlı yeni axtarış sistemi hazırlanıb. Beləki, bu axtarış sisteminə əxlaqdan kənar bir söz-açar daxil etdikdə, halal axtarış sistemindən istifadəçiyə "ups, siz haram söz daxil etmişsiziniz, biz məsləhət görərdik ki, siz öz seçiminizi dəyişdirəsiz" cavabı gəlir. Xəbərdə bu da qeyd olunur ki, misirin müsəlman əhalisi bu halal axtarış sistemindən tamami ilə razıdır.
Yaxşı, misirlilər barədə bu qədər. Onsuzda, indiki yazarlar bilmirəm nədir, ölkə içindən, xalqın bir nömrəli problemlərindən yazmaqdansa, nə bilim ikinci, üçüncü dünya ölkələrindən yazmağı üstün tuturlar. Düzdür, mən burda heç kəsi qınamaq istəməzdim, çünki ölkədən, xüsusi ilə hökümətdən, onun həyata keçirdiyi iqtisadi, sosial siyasətlərdən yazmaq həqiqətən insandan bir "ürək" istəyir. "Az aşım, ağrımaz başım" deyib köşə yazarları İsraildən, İrandan, ABŞ-dan, daha nə bilim hardan-hardan yazmaqla işlərini asanlaşdırdıqlarını düşünürlər.
Əşi, mənim də işim gücüm yoxdur, nə qoyub, nəyi axtarıram. Onu deyirdim axı, misirlilərin halal axtarış sistemi xəbəri mənə çox ləzzət elədi və bu barədə bir az fikrləşmək qərarına gəldim. Öz-özümə düşündüm ki, görəsən bu halal axtarış sisteminə biz "məscidlər sökülür" frazasını daxil etsək, bu axtarış sistemi bunu əxlaqsız bir söz kimi qəbul edib bizə UPS deyəcək, yoxsa?! Bir lətifə var, deyir yaponlar bir robot ixtira edirlər ki, dünyada gedən hər bir prosesi əzbər bilir. Nəhayət robotu sınaqdan keçirtmək üçün gətirirlər Azərbaycana. Bir həmvətinimizə bu robotu sınaqdan keçirtmək tapşırılır. Demək, robotu ilə xalqımızın bir nümayəndəsini qoyurlar üz bə üz və sınaq başlayır. Yerlimiz robota sual verir ki, "nə var nə yox?", robot cavabında başlayır dünyada olan bütün hadisələri danışmağa, Qəzzalılar Ramazanda su tapmır, İraqda şiə müsəlmanların qanı su yerinə axıdılır, İstanbulu sel basır və s və sair. Bu minvalla robot dünyada gedən hər bir hadisə və prosesi bir nəfəsə deyir. Başına döndüyüm azərbaycanlı bütün bunlardan sonra sual verir ki "başqa nə var, nə yox?". Robot bu suala tap gətirmir və sönür. Hə, indi bu misirlilər ixtira etdiyi "I m Halal" adlı yeni axtarış sistemi "Azərbaycanda məscidlər sökülür" cümləsini ya əxlaqsız bir söz kimi qəbul edəcək və bizə məsləhət görəcək ki, axtarış ilə bağlı fikrlərimizə aydınlıq gətirək. Yazıq neynəsin, məscid hara, sökülmək hara! İllahdakı məscidin söküldüyü yer müsəlman ölkəsi ola! Azərbaycan adlı müsəlman ölkəsində məscid sökülər?! Müsəlman ölkəsinə bu yaraşar?! Ya əgər olarsa da "mən halalam" axtarış sistemi bunu haram və əxlaqdan kənar bir məsələ kimi qəbul edər, ya da ki, sadəcə yapon robotu kimi bu sözə tab gətirə bilməyib çökər. And ola Allaha ki, bizim xalq dözümlü xalqdır ki, hələ çökməyib. Qorxuram bu dözüm və səbr nişanəsi yox, gön qalınlaşması ilə əlaqəli olsun.
Hə, bunu da qeyd edim ki, belə bir axtarış sistemini bizimkilər yaratsaydı, yəqin ki bu axtarış sisteminin adı "Mən Haramam" olardı. Allah evi (məscidlər) ilə Allahın bəyənmədiyi evlər (barlar, diskotekalar) arasında fərq qoya bilməyənlər halalı bilməz. Sokrata məhkəmədə son söz verəndə o belə bir fikr işlədir ki, "burda olanların heç biri, içi mən qarışıq heç nə bilmir, bircə fərq ilə ki, siz bilmirsiz ki, heç nə bilmirsiz, amma mən bilirəm ki heç nə bilmirəm". İndi, mən də bilmirəm bilərəkdən, ya bilməyərəkdən, Allah evləri sökülür. Hər halda, bilməyərkdən olsa idi, bir məscid sökülərdi...
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.