ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n SADƏ VƏTƏNDAŞLAR DA HƏBS EDİLİR
n YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK"
n İTV-nin QARŞISINDAN FOTOREPORTAJ
n ƏLİ HƏSƏNOV ƏLİ ƏKBƏR SALEHİNİN AÇIQLAMASINA MÜNASİBƏT BİLDİRDİ
n 3 YAŞLI UŞAĞIN MACƏRASI
n BAKINI NƏ QƏDƏR PULA KÖÇÜRMƏK OLAR?
n İSA QƏMBƏRİN MÜAVİNLƏRİ HƏBS EDİLDİ
n İTV ƏTRAFINDA GƏRGİNLİK DAVAM EDİR
n KURTLAR VADİSİNİN "LALƏ ZARA"SINA 10 İL HƏBS CƏZASI VERİLDİ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
Metyu Brayza kimdir?
04/09/2009 - 11:39

Mayis Güləliyev

Avqust ayı Cənubi Qafqaz üçün bir neçə ciddi siyasi hadisə ilə yadda qaldı. İnquşetiyada baş verən və onlarla insanın ölümünə səbəb olan terror hadisəsi, Gürcüstanın MDB-dən çıxması, Əfqanıstanda prezident seçkiləri və nəhayət Dağlıq Qarabağ üzrə Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayzanın Tina Kaidanou ilə əvəz edilməsi haqqında məlumatların yayılması. İlk baxışda bir-biri ilə o qədər də əlaqəsi olmayan bu hadisələrin gizli bağlılığı şübhəsizdir

Son illər Azərbaycan mətbuatında həm Minsk Qrupu, həm də onun həmsədrləri, xüsusilə Metyu Brayza haqqında inamsız çıxışlar olmasaydı və yazılar dərc edilməsəydi, yəqin ki, mən də bu mövzuya toxunmayacaqdım. Çünki Metyu Brazaya Qafqaz üzrə ABŞ xarici siyasətini müəyyən edən mühüm bir məmur kimi önəm verilməməsi ABŞ-ın Qafqaz siyasətinə adekvat siyasətin qurulmaması deməkdir. Metyu Brayzanın fəaliyyətini düzgün analiz edilmədən heç vaxt ABŞ-ın Qafqaz siyasətinin mahiyyətini dərk etmək mümkün deyil. Bu fəaliyyətin düzgün dərk edilməməsi onu əvəz edəcək hər hansı bir şəxsin də fəaliyyətinin başa düşülməməsi və ona lazım olan diqqətin ayrılmaması deməkdir. Məhz belə şəxslərin fəaliyyətinə etinasızlıq sonda ABŞ xarici siyasətinin Azərbaycana və bütövlükdə regiona nələr vəd edəcəyini düzgün anlamamağa səbəb olur. Elə bu səbəbdəndir ki, Azərbaycan politoloqları və siyasiləri ABŞ siyasətinin "ikili" xarakterli olmasını tez-tez təkrar edirlər. Nəzərə almaq lazımdır ki, ABŞ kimi dövlətin siyasəti "ikili" ola bilməz. ABŞ-ın Qafqaz siyasəti onun xarici siyasətinin tərkib hissəsidir və ABŞ imperializminin "anatomiyası" ilə üzvi surətdə bağlıdır. Sadəcə olaraq, bu siyasətin əsil mahiyyətini açmaq o qədər də asan olmadığından onu adətən "ikili" adlandırırlar.

Metyu Brayza kimdir və onun ABŞ xarici siyasətində oynadığı rol nədən ibarətdir? ABŞ-ın Qafqaz siyasətində onun rolu nə dərəcədədir? Onu əvəz edəcək hər hansı bir şəxs onun məsuliyyətini davam etdirəcəkmi? Bütün bu sualların cavabı dolayısı ilə Azərbaycan-ABŞ əlaqələrində Azərbaycanın hansı "siyasi çəkiyə" malik olduğunu aşkar edə bilər. Lakin bir məqalədə bütün bu suallara cavab vermək çox çətindir. Odur ki, Metyu Brayza haqqında Azərbaycan cəmiyyətində formalaşan fikirləri qruplaşdırmaqla və onların əsassız olduğunu göstərməklə kifayətlənməli olacağıq. Belə müqayisəli analiz ABŞ-ın Qafqaz siyasətini və ATƏT-in Minsk qrupunun mahiyyətini başa düşməyə müəyyən dərəcədə kömək göstərə bilər.

Azərbaycan mətbuatında son illər, nəhayət ki, belə fikir formalaşdı ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ problemini həll edə bilməz. Ona görə yox ki, bu qrup elə əvvəldən vasitəçi kimi formalaşmışdı və münaqişənin həllini öz üzərinə məsuiyyət kimi götürmürdü. Təəssüf ki, Minsk Qrupuna inamsızlıq başqa səbəbdən yaranıb. Guya ki, iki həmsədr Ermənipərəsdir, digəri isə, yəni ABŞ tərəfindən olan həmsədr problemin həlli üçün öz ölkəsindən lazım olan dəstəyi ala bilmir. Guya ABŞ prezidentinin bu məsələ ilə məşğul olmağa hələ vaxtı yoxdur. Təəccüblüdür ki, belə fikirləri nəinki diplomatiya sahəsində təcrübəsi olmayan politoloqlar, hətta uzun illər Azərbaycanın xarici siyasəti ilə məşğul olmuş Vəfa Quluzadə də deyir: "Biz tez-tez Metyu Brayzaya qarşı haqsız olurduq və oluruq. Axı bütün siyasət dövlət başçısından gəlir. ABŞ-ın rəhbərliyi isə hələ Dağlıq Qarabağ problimi ilə məşğul deyil. Ona görə də ATƏT-in Minsk Qrupu imitasiya ilə məşğuldur. Metyu Brayza da bunu edir. Bununla öz bacarıqları çərçivəsində onların hər biri məşğul olurlar". Bəli, Vəfa müəllim də belə hesab edir ki, günlərin bir günü ABŞ prezidenti Dağlıq Qarabağ problemi ilə məşğul olacaq. Vəfa müəllimin bu fikirlərini oxuyanda BBC radiosunun rus dilli proqramının aparıcısı Seva Novoqorodsevin rişğəndlə danışdığı bir əhvalat yadıma düşdü. O nəql edir ki, bir dəfə Afrikanın hansısa bir ölkəsinin kralı BBC-də müsahibə verməli olur. Onu studiyaya ötürən jurnalist koridorla gedə-gedə bir neçə dəfə soruşur ki, Siz hansı ölkənin kralısınız. Kral da hər dəfə öz ölkəsinin adını təkrar etməkdə davam edir. Bu azmış kimi ondan müsahibə götürən jurnalis də veriliş boyunca bu ölkənin adını unudur və kraldan hansı ölkənin kralı olduğunu soruşur. Bax belə! Vəfa müəllim. Ümid etməkdə davam edin ki, ABŞ prezidenti günlərin bir günündə deyəcək: "Daha bəsdir! Gəlin Dağlıq Qarabağ problemi ilə məşğul olaq!" Vəfa müəllim də digərləri kimi hesab edir ki, bu problemin həllində vasitəçi olan Metyu Brayza problemlə bağlı öz dövlətinin mövqeyi olmadığından heç nə ilə məşğul deyil.

Bu fikirləri digər politoloq- Rəşad Rzaquliyev də bölüşür. O, Day.az saytına verdiyi müsahibədə qeyd edir ki, "Az adam inanır ki, münaqişənin həlli filosofluq edən və regiona on illərlə səyahət edən və qızğın akademik fəaliyyətlə məşğul olduqlarını yalandan göstərən siyasi səyyahların şəxsiyyətindən hər hansı bir formada asılıdır. Ermənistan-Azərbaycan münaqişəsi regionda bir-biri ilə mübarizə aparan geosiyasi mərkəzlərdən hansının nəhayət təsdiq edilməsindən birbaşa asılıdır". Onun bu fikirlərində iki məsələ bir birinə qarışıb. Birincisi, Minsk Qrupu heç nə ilə məşğul deyil. İkincisi, "regionda bir-biri ilə mübarizə aparan geosiyasi mərkəzlərdən" biri möhkəmlənərsə bu problem həll ediləcək. Politoloq açıq deməsə də, onun digər müsahibələrinə əsasən nəticə çıxarmaq olar ki, guya ABŞ-ın regionda möhkəmlənməsi halında problemin Azərbaycanın xeyrinə, Rusiyanın regionda möhkəmlənməsi halında isə Ermənistanın xeyrinə həlli mümkündür. R. Rzaquliyev V. Quluzadədən fərli olaraq düşünür ki, guya ABŞ bu problemi həll etmək istəyir, sadəcə hələ vaxtı deyil, çünki Rusiya regionda hələ güclüdür. Metyu Brayza isə, "filosofluq edən və regiona on illərlə səyahət edən və qızğın akademik fəaliyyətlə məşğul olduqlarını yalandan göstərən siyasi səyyah" kimi bunu deyə bilmir və imitasiya yaratmağa məcburdur.

Hakimiyyət nümayəndələri isə həm "müstəqil" politoloqlardan, həm də müxalifətdən fərli olaraq ATƏT-in Minsk Qrupunun fəaliyyətinə inanır. Prezident Aparatının Siyasi Analiz və İnformasiya Təminatı şöbəsinin rəhbəri E. Aslanov Trend News-a verdiyi müsahibədə qeyd edir ki, "Azərbaycan inanmaq istəyir ki, ATƏT-in Minsk Qrupunun istənilən həmsədri ədalətin bərpası və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün maksimum çalışacaqlar". Qısa və konkret! Hakimiyyət inanır ki, Dağlıq Qarabağ problemi "ədalətli" həllini tapacaq. Hakimiyyət inanır, vəssalam! İnam olan yerdə heç nə etməyə ehtiyac yoxdur. Nə ABŞ-ın regional siyasətini araşdırmağa, nə Metyu Brayzanın regionda nə ilə məşğul olduğuna diqqət yetirməyə, nə də adekvat addımlar atmağa ehtiyac qalmır. Guya ki, inam olan yerdə hər şey özü-özünə həll ediləcək.

Metyu Brayzaya Dağlıq Qarabağ probleminin həllində, daha doğrusu, "dondurulmuş" vəziyyətdə saxlanmasında mühüm önəm verən politoloqlar da var. Onlar belə hesab edir ki, Metyu Brayzanın həmsədr olduğu dövrdə Dağlıq Qarabağ probleminə "Kosova presedenti" tətbiq edilmədi. Hətta onlar M. Brayzanın Tina Kaydanou ilə əvəz edilməsindən narahatçılıq da keçirirlər.Məsələn, politoloq Rasim Musabəyov qeyd edir ki, "Mənim üçün bu (Tina Kaydanoun Metyu Brayzanı əvəz etməsi-M.G.) yaxşı siqnal deyil. Ona görə ki, Kosova Serbiyadan ayrıldı. Əgər Minsk qrupundakı ABŞ-dan olan həmsədrlər bu təcrübə və əhval-ruhiyyə ilə gondərilirsə, bu mənim heç də xoşuma gəlmir". R. Musabəyovun bu sentimental fikirləri ona əsaslanır ki, guya ABŞ-ın Dağlıq Qarabağla bağlı siyasəti yeni mərhələyə keçir və nəhayət ABŞ regionda öz maraqlarını iki "cırtdan ölkənin" mübahisələrinə qurban verməyə hazırlaşır. Guya "ikinci mərhələ" üçün Metyu Brayzanın təcrübəsi bəs etmir və Tina Kaydanoun təcrübəsinə ehtiyac var.

Bəs kimdir regiona tez-tez səyahət edən və qızğın akademik fəaliyyətlə məşğul olduğunu göstərməyə çalışaraq filosofluq edən "siyasi səyyah" M. Brayza? Ümumi şəkildə qeyd edək ki, son on iki ildə Metyu Brayza Cənubi Qafqaz, Orta Asiya və Xəzər hövzəsi ölkələri üzrə ABŞ-ın siyasətinə təsir göstərən ən mühüm şəxslərdən biridir. O, 1997-1998-ci illərdən başlayaraq Mərkəzi Asiya və Qafqaz, həmçinin Cənubi Şərqi Avropa, xüsusilə Türkiyə və Yunanıstan məsələlərini koordinasiya edən səfir Riçard Morninqstarın məsləhətçisi olub. Bu həmin Morninqstardır ki, 1995-ci ildə Klinton Adminstrasiyası tərəfindən keçmiş Sovet İttifaqında Yeni Müstəq Ölkələr üzrə köməkçi kimi Prezident və Dövlət Katibinin birinci Xüsusi müşaviri idi. Sonralar isə Xəzər Hövzəsi Enerji Diplomatiyası üzrə ABŞ Prezidentin və Dövlət Katibinin Xüsusi Müşaviri olaraq ABŞ-ın Trans-Xəzər strateji Enerji planlaşdırmasında mühüm şəxslərdən biri olmuşur. Bu strateji plan Xəzər hövzəsi eneji resurslarının Cənubi Qafqazdan keçməklə Avropaya çatdırılmasını nəzərə tuturdu. Məhz bu plana görə Balkan yarımadası, Cənubi Qafqaz, Əfqanıstan bir xətt boyunca nəzarətə alınmalı və enerji nəqli üzərində nəzarət təmin edilməli idi.

1998-ci ildə Morniqstarın köməkçisi kimi fəaliyyət göstərən M. Brayza ABŞ-ın Xəzər hövzəsində enerji maraqlarını müəyyən edən əsas şəxslərdən olmuşdur. Onun əsas missiyası Xəzər hövzəsi enerji resurslarının Avropaya nəql edilməsində ABŞ-ın dominantlığını təmin etməkdən ibarət idi. 2005-ci ildə isə Buş Adminstrasiyası Brayzanı ABŞ Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə Köməkçisinin müavini təyin etdi. Bu vəzifədə də onun əsas missiyası Xəzər hövzəsi neft və qaz ehtiyatlarının nəinki Avropaya, həmçinin əks istiqamətdə, yəni Çinə, Yaponiyaya və Hindistana nəql edilməsində ABŞ-ın dominantlığını təmin etmək, nəqliyyat infrastrukturlarını tam nəzarətdə və hətta monopoliyada saxlamaqdan ibarət idi. Əlbəttə, belə geniş və strateji əhəmiyyətli vəzifəyə malik olma qərar qəbulunda da yüksək səlahiyyətlərin verilməsini tələb edir. Odur ki, M. Brayzaya Qafqazda fəaliyyət sərbəstliyi və manevr imkanları verilmişdir. Başqa sözlə desək, M. Brayza ABŞ-ın Qafqaz siyasətini formalaşdıran şəxslərdən biri idi. O, bunu APA-ya verdiyi müsahibədə açıq şəkildə etiraf edir: "ABŞ diplomatı manevrlər üçün kifayət qədər imkanlara malikdir. Mənim daşıdığım vəzifə üçün bu çox vacib idi, ona görə ki, mən təkcə Minsk qrupunda bizim fəaliyyətimiz üçün deyil, həm də bizim Cənubi Qafqazla, həmçinin Türkiyə ilə, Yunantanla, Kiprlə bağlı siyasətimizə görə , Avropada enerji məsələlərinə görə məsuliyyət daşıyıram...Tam əminliklə deyə bilərəm ki, ABŞ siyasətinin nədən ibarət olması haqqıda hər hansı bir mexanizmin mənə nə isə deməsini hiss etmədim və bu siyasətin həyata keçirilməsi üçün məhdud kanal vasitəsi ilə işləmədim, ona örə ki, ümumi siyasətin və səyin mərkəzində idim. Müəyyən qədər də olsa mən bu siyasətə görə məsuliyyət daşıyıram.

Bəli, cənab Vəfa Quluzadə! ABŞ prezidenti nəinki Qarabağla, heç Azərbaycanla məşğul deyil. Sizin bəyənmədiyiniz Metyu Brayza nəinki Azərbaycanla, hətta regionla məşğuldur və onun taleyini həll edir. Belə olmasaydı, Saakaşvili Brayzaya təşəkkür edərək 2004-cü ildə Acariya probleminin həllində onun köməyini yüksək qiymətləndirməzdi. M. Brayzanın fəaliyyətində Xəzər və İraq neftinin və qazının Türkiyəyə və Avropaya nəql edilməsi, bunun üçün "Cənub Koridorunu" enerji infastrukturunun inkişaf etdirilməsi mühüm yer tutub. Nəzərə almaq lazımdır ki, Türkiyə-Yunanıstan-İtaliya və Nabukko təbii qaz kəmərləri Cənub Koridorunun əsas elementləridir.

Metyu Brayza ABŞ-ın Qafqaz siyasətini müəyyən edən və həyata keçirən mühüm şəxslərdən biri kimi dərk edir ki, regionda ABŞ dominantlığını təmin etmək üçün ən mühüm addım region dövlətlərinin inteqrativ əməkdaşlığına mane olmaqdır. Odur ki, ABŞ üçün stateji əhəmiyyəti olan ölkələrdə, o cümlədən Gürcüstan və Azərbaycanda qonşu ölkələrlə gərgin münasibətlərin saxlanması dəstəklənir. Eyni aqibət Şimali Qafqaz ölkələrini də gözləyir.

Nəzərə almaq lazımdır ki, Dövlət Departamentindəki cari vəzifəsilə yanaşı Brayza həmçinin Gürcüstan və Azərbaycan arasında siyasi və hərbi əlaqələrin yaradılması ilə də məşğuldur. Başqa sözlə desək, Gürcüstan-Azərbaycan "dostluğu" Brayzanın razılığı ilə həyata keçirilir. Hətta Əfqanıstanda qulluq edəcək Gürcü hərbicilərinə ABŞ Donanmasının hərbiçiləri tərəfindən treninqlər keçirilməsi də M. Brayzanın nəzarətindədir. Eyni dərəcədə də Ermənistan-Azərbaycan münaqişəsi Brayzanın nəzarətindədir. Bu münaqişəni həll etmək nəinki Minsk Qrupunun məsuliyyəti deyil, həmçinin Brayzanın da missiyasına daxil deyil. Qeyd etdiyimiz kimi, onun missiyasına Xəzər hövzəsinin neft və qaz ehtiyatlarının təhlükəsiz şəraitdə nəql edilməsi daxildir. Bu məqsədin həyata keçirilməsi isə Dağlıq Qarabağ münaqişəsinin həllini yox, "dondurulmasını" tələb edir.

Bəli, cənablar! güzgünün qarşısında dayanıb "Biz müstəqilik" deyib, heç də lovğalanmağa dəyməz. Nəinki Azərbaycanın, hətta regionun "taleyini" Sizin rişxənd etdiyiniz Brayza həll edir. Sabah isə Tina Kaydanou həll edəcək. Görünür biz buna layiqik!


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

27/12/2011 BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN

n

29/03/2011 QƏZZAFİ, AZƏRBAYCAN İQTİDARI VƏ MÜXALİFƏTİ

n

01/02/2011 MİSİR HADİSƏLƏRİ VƏ AZƏRBAYCAN

n

17/01/2011 DÜNYAVİLİK NƏDİR?

n

05/01/2011 HİCAB VƏ DÜNYAVİLİK

n

01/07/2010 AZƏRİ ÜÇBUCAĞI SINDIMI?

n

23/06/2010 "Ənənəvi müxalifət"lə iqtidarın böyük səhvi

n

17/05/2010 Müxalifət kimə arxalanmalıdır?

n

11/05/2010 Müxalifətin siyasi mübarizə motivləri

n

03/05/2010 Milli Məclisə seçkilər

n

08/04/2010 YENİ AZƏRİ DÖRDBUCAĞI

n

29/03/2010 İşğaldan 7 il sonra

n

09/03/2010 Türkiyə yol ayrıcında

n

03/12/2009 NATO və Azərbaycan

n

07/10/2009 Azərbaycan cəmiyyəti və qloballaşma

n

21/09/2009 Qarabağ problemi...

n

04/09/2009 Metyu Brayza kimdir?

n

20/08/2009 Qarabağ problemi və siyasi partiyalar

n

06/08/2009 İsrailin tarixçəsi

n

11/07/2009 Obama ABŞ-ın yox, İslamın dəyişməsinə eyham vurdu

n

22/05/2009 Kim uduzdu, kim uddu?

n

14/05/2009 "Gözün aydın" Amerika!
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.