ABŞ idarəçilərinin-hakimiyyətlərinin hamısı zalım və məlundur, çünki, ABŞ idarəçilik sisteminin özü zülm və ədalətsizlik üzərinə, şeytançılıq üzərində qurulub.
Bir vaxtlar deyərdik, Buş gedir... Buş getdi amma Buşun getməsiylə dünyanın başının üstünü alan qara buludlar" da getdimi? Bitəcəkmi bu "böyük həngamələr" dövrü?
Məgər Buşdan əvvəl hər şey normal idimi?..
"Normal deyildi amma bu qədər dəhşətli də deyildi" deyə bilərsiniz. Bir mənada haqq vermək olar bu düşüncəyə...
Amma müstəmləkəçilik anlayışının mahiyyətinə də bir nəzər salaq. Bunun həyata keçirilməsində adlar, isimlər dəyişə bilər, amma anlayış dəyişmir; keçmişdən bu günə qədər fitnə və fəsadçılıq təcavüzçülük hər zaman, hər dövrdə olmuşdur - adlar, isimlər dəyişsə də. Bu gün də yürüdülən ABŞ-sionizm fitnə və irtica anlayışının yaratdığı bu dəhşət və fəsadlar artıq o həddə çatmışdır ki, hətta özü bu dəhşətlərin vahiməsindnn çəkinməyə başlayıb, yandırdığı qlobal alovun özünə də gəlib çatmasından vahiməyə düşüb. Və bu alovun özünü də yandırmaması - yalnız başqalarını yandırması üçün ciddi planlar həyata keçirir (son proseslər bunu aşkar göstərir).
Məsələyə başqa aspektdən də yanaşa bilərik. Hər zaman üçün fitnə və irticaçılıq sisteminin yürütdüyü irticaçılıq və təcavüz fırtınasının-dalğalarının bir də dalğasız keçən mərhələsi - güclü irticanın ola bilmədiyi sistemli intervallar var. Bu intervallar hər zaman güclü irtica dalğasının ardından yaranmış bəhanəsi belə tapılmayan fəsad və dəhşətlərin təbii olaraq yarada biləcəyi əks-reaksiyanın, anti-əhval-ruhiyyənin qarşısını almaq, yeni irtica dalğalarına hazırlaşmaq deməkdir.
İndiki halda da dünyanı caynağına alan bu dəhşət və fəlakətin yaşandığı günümüzdə anti-qəhrəman obrazında Buş var, amma, əlbəttə ki, bu qorxunc əsərin, bu faciənin bir də ssenaristi, müəllifi var. Bu müəllifin - bəşəriyyəti, insan talelərini bir oyun, tamaşa, bir həzz mənbəyi görən Amerika-sionizm şeytançılığının tarixən də bu rəzilliklərinə hər zaman sadiq olduğu məlum bir həqiqətdir.
Buşdan əvvəlki dövrün - Klintonun hakimiyyət illərinin nisbətən loyal olduğunu söyləmək olar. Amma, bunun bir az öncə qeyd etdiyimiz irtica və təcavüz fırtınasinın dalğalarının dalğasız keçən məqamı, dalğalar arasındakı interval olduğunu da nəzərdən qaçırmamalıyıq. Bu interval məhz, öncəki böyük dalğadan - Reyqan və ata Buş (sözün həqiqi anlamında ata buş elə indiki buşdur!) dönəmindəki irticadan sonrakı fasilə idi. Bir dövr ki, (həttə, Reyqandan da əvvəl başlayan və onun davam etdirdiyi) Səddam faşizmi müsəlman dünyasının yeni günəşi - İran Respublikasının və xalqının üzərinə qısqırdılmışdı. Bu irtica və təcavüz nəticəsində ABŞ-sionizm xisləti son hədəfinə -İslamın yeni günəşini söndürməyə müvəffəq ola bilməsə də, yenə də irticaçılıq öz işini görmüşdü; bu irtica yüz minlərlə müsəlmanın məhvi və şikəst olması, milyon dollarla ziyan demək idi.
Və bu amansız irtica dalğasından sonra müvəqqəti fasilə - Klinton dönəmi oldu. Sonra yenə güclü irtica dalğası - oğul Buşla gəldi. Görəsən, Barak Obama dövrü həmin intervala çevrilməyəcək ki?!
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.