Beynəlxalq satanist
qruplardan biri də Set məbədidir. Qrup 1975-ci ildə Şeytan Kilsəsindən ayrılan
Michael Aquino tərəfindən yaradılmışdır.Set sözünün mənası qədim Misir dilində
Qaranlıq Tanrısı deməkdir. Eyni söz İbrani dilində şeytan mənasını bildirir. Set
məbədi ilə Şeytan Kilsəsi arasındakı fərq, məbədçilərin şeytanı sadəcə simvol
kimi görməmələridir.Onların əsas devizi şeytana kainatı var edən ruhi varlıq
kimi inanmaq, onun qoyduğu qaydalara və standartlara görə yaşayaraq itaət etməkdir.
Set məbədində "Qara cadu" çox önəmli
yer tutur. Belə ki, məbədə yeni üzv olanlara ilk olaraq qara cadu, onun fəlsəfəsi
və sırf caduya aid məlumatlar təqdim olunur.
Satanizmin xüsusi ayinləri və digər idealogiyalarla
münasibəti
Satanizmin xüsusi ayinləri
Satanizmin digər din və
idealogiyalardan əsas fərqi onun, sonu ölümlə nəticələnən xüsusi ayinlərinin
olmasıdır. Bu ayinlər çox fərqlidir.
Satanizm deyildiyində bir
çox insanların ağlına qara cadu ayinləri və bu ayinlərdə olan dəhşətlər gəlir. Ancaq
insanların bir hissəsi bunların sadəcə qorxulu filmlərdə yaşandığını, gerçək həyatda
olmadığını düşünürlər. Amma filmlərdə gördüyümüz bu cür qorxulu səhnələr, satanist
ayinlər və mərasimlərin bir parçasıdır.
Satanistlər ayinlərini
icra etmək üçün heç kimin görə bilməyəcəyi xüsusi məkanlara toplanırlar. Ayinin
başa gəlməsi üçün A.Laveyin "Satanik
İncil" də bəhs etdiyi bütün ləvazimatların olması o qədər də vacib deyil. Ayini
icra etmək üçün bir qədər dəmir pul, yun döşək, qara plaş, qədəh, şamlar və
qılınclar tələb olunur. Bundan başqa sakitlik də vacib tələblərdən biridir. Satanik
kilsə ayinin icra olunmasını belə göstərir:
"Şamı
yandırın
və qarşınıza qoyun. Düz oturun, dərin nəfəs alın və sakitləşin.
Şüurunuzu
bütün əlavə düşüncələrdən təmizləyin. Alova baxarkən içinizdən yüksək
səslə "Qaranlığın sahibi! Mən hazıram, sənin gücünü daxilimdə hiss
edirəm və sənin həyatımı
şərəfləndirməni istəyirəm. Mən şeytanın sahibləndiklərindən biriyəm.
Salam
şeytan!" deyin.
Şeytanı özlərinə rəhbər
edən bir cəmiyyətdə hər cür əxlaqsızlıq, ləyaqətsizlik və vəhşilik çox adi
qarşılanır. Satanistlərə məxsus xüsusiyyətlərdən biri də onların qəddar
olmasıdır. Onlar şeytana insan və heyvan qurban vermələri ilə kifayətlənməyib, onların
qanlarını da içirlər. Qurban verdikləri insanların əksəriyyətini qadınlar və
uşaqlar təşkil edir. Satanistlərin ayinlərində qan tökməyə xüsusi bir önəm vermələri,
şeytanın insan cəmiyyətinə əlindən gəldiyi qədər əzab verməsi ilə əlaqədardır. Bu
və bu kimi din düşməni olan idealogiyalar tərəfindən planlaşdırılan bütün
müharibələr, terror fəaliyyətləri şeytanın qan tökmə düsturunu təmin edən "satanist ayin" dir.
Satanistlərin qanlı
ayinlərindən başqa digər ayinləri də vardır. Bunlar uyuşdurucu maddələrdən
istifadə etməklə elektron musiqinin sədaları altında rəqs etməkdir. Bu ayinin məqsədi
şeytanı sevindirməkdir və ayin xüsusi günlərdə icra edilir.
Satanistlərin özlərinə
aid bayram günləri vardır. Hər satanistin anadan olduğu gün onun üçün satanik
bayram hesab olunur. Cadular günü ikinci böyük bayramlarıdır. Bu bayramda onlar
başdan-ayağa qara geyinirlər. Ümumiyyətlə qara geyim satanistlərin əsas
elementlərindən biri sayılır. Qara geyim şeytanın gücünü əks etdirir. Qara və
al qırmızı rənglər şeytanın müqəddəs rəngləri hesab olunur. Satanistlər üçün bu
rəng geyimlər geyinmək çox vacibdir. Satanistlər qırmızı rəngli geyimləri
yalnız cənazə mərasimi zamanı geyinirlər. Qırmızı rəngin mənası dünyasını dəyişən
adamın əbədi olaraq cəhənnəmdə qalacağını bildirir.
Satanistlər hər il
dünyada saysız cinayətlər törədirlər. Bu cinayətlərin 30٪ Türkiyədə baş verir.
23 iyun 1998-ci ildə
İstanbul şəhərinin Alman Türk litseyində iki gənc oğlan özlərini naməlum şəkildə
həmin binanın 14-cü mərtəbəsindən atmışdılar. Onlar özlərindən sonra, "Biz buraya aid deyilik" adlı bir
məktub qoymuşdular. Bu hadisəni araşdıran polislər Ataköy məhəlləsində boş bir
binada satanistləri ayinlər icra edərkən görmüşdülər. Buna bənzər digər hadisə
25 yanvar 1999-cu Antalyada yeni bir intihar hadisəsi baş vermişdi. 23 yaşlı
bir qız yaşadığı binanın 16-cı mərtəbəsindən özünü atmışdı. Xəstəxanaya yerləşdirilən
qız polisə belə cavab vermişdi: "Ruhumu
şeytana satdım".
Təkcə 1998-2002-ci illərdə yaşları 14-25 arası satanist qrupların üzvləri
olan bəzi türk gəncləri insanlığa layiq olmayan hərəkətləriylə günahsız
insanları şeytana qurban veriblər.
Satanizmdə evlilik mərasimi
yoxdur. Çünki satanizmdə intim münasibətlər sərbəstdir. Onlar üçün evliliyə heç
bir ehtiyac yoxdur. Digər mərasimləri isə, yeni doğulan körpənin satanist edilməsidir.
Bu mərasim xristianlıqdakı vəftizə bənzəyir. Fərq yalnız ondan ibarətdir ki, xristiyanlıqda
yeni doğulan körpəni xaç suyuna salırlar, satanizmdə isə xaçın əvəzinə
Baphometdən istifadə olunur. Yeni doğulan körpə Pentoqramın tam mərkəzində kilsə
rahibi tərəfindən Baphomet suyuna salınır. Əgər bu ayin hər hansı bir səbəbdən
icra olunmasa, onda körpənin satanist olması üçün 16 il gözləmək lazım gəlir. Yalnız
16 ildən sonra körpə satanist ola bilər. Bu ayinin fərqli xüsusiyyətlərindən
biri də, körpə Baphomet suyuna salındığı zaman onun barmağından qanın alınıb, həmin
suya qarışdırılmasıdır.
Satanistlərin ayinlərindən
biri də onların müqəddəs rəqəmləridir. 13 rəqəmi şeytan rəqəmi hesab olunur. Bir
çox insanlar bu rəqəmin mənfi təsirindən çox qorxurlar. "Qara" 13-ün bu günə kimi müəyyən faktlarla təsdiqini tapmış mənfi tərəfləri
vardır: Antik dövrdə Hesiod kəndlilərə ayın 13-ü əkin işlərinə başlamamağı
tapşırardı.
1. Xristian inancına görə,
bayram süfrəsində 13 nəfər olmamalıdır. Əgər təsadüfən 13 nəfər otursa, masadan
birinci qalxan insan il ərzində ölürmüş.
2. İblis göy dərgahında
13-cü mələk olub.
3. Cadugərlər və ifritələr
bir yerə yığışarkən, 12 nəfər olurlar 13-cü isə şeytanın özü olur.
4. Xristian dinində İsa
12 apostoldan sonra 13-cü idi, gizli cümə iştirakçıları da 13 nəfər idilər.
5. İncilə görə İsanın
şagirdi Yəhuda onu məhz ayın 13-nə təsadüf edən cümə günündə romalılara satmış
və Peyğəmbəri çarmıxa çəkmişdilər. Ona görə 13 "xəyanət
rəqəmi"hesab olunur.
6. Rəvayətə görə, ayın
13-ü cümə günü şeytan Adəmlə Həvvanı yoldan çıxarmış və onlar cənnətdən
qovulmuşlar.
Bunlardan başqa 13 rəqəmi
barədə başqa maraqlı məlumatlar vardır:
1. Yunanca İusus Xristos
13 hərflə yazılır.
2. ABŞ dollarında 13 rəqəmi
əks olunub. Rəsmi olaraq bu, ilk dəfə birləşən 13 ştatın rəmzidir. ABŞ-ın dövlət
gerbinin elementlərində də 13 rəqəmi var.
3. 13 Yəhudilərin müqəddəs
rəqəmidir.
4. Fransa kralı Lüdovik
13 rəqəmini ən uğurlu və xoşbəxt rəqəm sayırdı.
5. İncildə Allahın 13
vacib keyfiyyəti sadalanır.
6. Kabbala təqvimində 13
səma fəvvarəsi əks olunur. Deyilənə görə cənnətə axan çaylar da 13-dür.
Ən ağır gün hesab edilən
ayın 13-ündə (cümə günündə) inanca görə qara qüvvələr, şeytanın ordusu daha da
fəallaşır, insanlar müxtəlif çətinliklərlə üzləşir, yollarda qəzalar baş verir.
Britaniyada həkimlər bu
günə kimi təsdiq edirlər ki, cümə gününə düşən əməliyyatlar əksərən uğursuz
olur. Xüsusən ayın 13-nə təsadüf edən cümə günlərində xəstələrdə qəribə hallar
baş verir, onlar narkozdan gec ayılırlar. Ona görə cərrahlar maksimum
çalışırlar ki, bu "qorxulu gün"ə əməliyyat
salmasınlar.
Almaniyada yol qəzalarının
ststistikasını aparan şirkətin gəldiyi qənaətə görə "qara cümə"də yol qəzalarının sayı 60% artır və bu gün baş verən qəzalarda insan ölümü də çox olur.
Müasir dövrün insanları
13 rəqəmini sirli, qorxulu qüvvəsini unutmamışlar. Bu gün ABŞ-da 13 nömrəli
avtobus, trolleybus, vaqon, Fransada 13 nömrəli ev yoxdur. Bir çox təyyarələrdə
12-ci yerdən, otellərdə isə 12-ci otaqdan sonra birbaşa 14 gəlir.
Satanizm musiqisi
Satanist ayinlərin bir
hissəsini satanizm musiqisi təşkil edir. Satanizm yeganə idealogiyadır ki, musiqiyə
çox böyük önəm verir. Satanizmin özünəməxsus musiqisi yoxdur, lakin satanizmə məna
və məzmunca ən yaxın olan musiqi rok sayılır. Rock sözü ingilis dilindən tərcümədə
qaya, iri daş mənasını verir. Rok ən sərt musiqi hesab olunur. Bir çox musiqişünaslar
rokla satanizm arasında hər hansı bir əlaqə olduğunu müəyyənləşdirmişlər. Rokda
həyəcan, qışqırıq, qorxu hissləri üstünlük təşkil edir. Satanizmdə şeytana edilən
duaların əksəriyyətində bu hisslər vardır. Lakin roku sırf satanizm musiqisi
hesab etmək düzgün olmazdı. Sadəcə ideya və məzmun cəhətdən satanizmə yaxın
musiqi hesab olunur. Təsadüfi deyil ki, dünyanın əksər məşhur rok ifaçıları
satanistdirlər.
Keçən əsrin 60-cı illərindən
bu günə qədər bir çox satanist musiqiçilər dünya səhnələrində fəaliyyət göstəriblər.
Bunlardan ən məhşurları: Rolling Stones, Led Zeppelin, Scorpions, Pink Floyd, Korn,
Lordi, Him, Evenescense qrupları və Marilyn Manson, Amy Grant, Freddie Mercury
v.s. ifaçılar satanizmi qəbul edən musiqiçilərdir.
Satanizmin digər idealogiyalarla münasibəti
Satanizm ateist
idealogiyadır. Buna bənzər bir çox idealogiyalar mövcuddur. Lakin hər ateist
idealogiyanın satanizmlə əlaqəsi yoxdur. Satanizmlə oxşar cəhətləri olan
Vampirizm, Darvinizm, Masonluq, Faşizm, Komunizm idealogiyalarıdır.
Vampirizm
Vampirizm dedikdə ilk
olaraq insanın ağlına qorxulu filmlər, reportajlar, reklam çarxları gəlir. Lakin
Vampirizm adlı bir idealogiya mövcuddur. Çox zaman vampirizmin satanizmdən
yarandığını hesab edirlər. Amma bunlar tamamilə bir-birindən fərqlənirlər. Vampirizm
dünyanın ən qorxulu və ən qanlı cərəyanı sayılır. Çünki vampirizmin əsasını qan
içmə təşkil edir.
Satanizmin vampirizmdən əsas
fərqi: satanizm düşünülmüş, nizamlı şəkildə təşkil olunmuş bir idealogiyadır və
satanizmdə qan içmə yalnız qurban vermə zamanı gerçəkləşir. Lakin vampirizm
Avropada yaranmış kortəbii cərəyandır və burada qan içmə istənilən anda istənilən
yerdə yerinə yetirilir.
Orta əsrlərdən bu günə qədər
vampirizm gizli olaraq fəaliyyət göstərmişdir. Vampirizmin dəqiq yaranma tarixi
haqqında heç bir məlumat yoxdur. Lakin təxmini olaraq yaranma məkanı Orta
Avropa hesab olunur. Hətta ən məhşur vampir olan Qraf Drakula de Pindiki indiki
Ruminyada yaşamışdır.
Vampirizmə
qarşı hər bir dövrdə müəyyən tədbirlər görülmüşdür:
1.
İnkvizisiya.
Orta əsrlərdə Avropada katolik kilsəsi böyük nüfuza sahib idi. O, bu nüfuzdan
istifadə edib dinə qarşı çıxanları tonqalda yandırırdı. Bu cəza vampirlərə
qarşı istifadə olunan ən dəhşətli cəzalardan biri sayılırdı.
2.
Xaç. Vampirlərin
çəkindikləri işarə sayılır. Əslində onlar heç bir dinə inanmırlar, lakin bəziləri
qədim yunan tanrısı Zevsə və yaxud misir tanrısı Raya tapınırlar.
4.
Gümüş. Gümüş
metal təmizləyici və xroniki təsir edici xassəyə malikdir. Hələ XV əsrdə
vampirləri öldürmək üçün istifadə olunan güllələri gümüşdən hazırlayırdılar.
5.
Alov. Vampirlərin
qorxduğu vasitələrin başında alov dayanır. Onların həyatına son qoymaq üçün
alovla yandırmaq lazımdır.
6.
İtburnu.
Bu bitki də sarımsaq kimi güclü təsirə malikdir.
Darvinizm
Darvinizm adıyla bilinən
düşüncə hərəkatı, İngilis tədqiqatçısı Çarlis Darvinin təkmilləşdirdiyi bir
idealogiyadır. Darvin 1859-cu ildə nəşr etdiyi "Cinslərin mənşəyi" adlı əsərində qeyd etdiyinə görə, həyatın əsli
milyon il əvvəl sudan yaranan hüceyrə olaraq göstərilirdi. Bu hüceyrə böyüdü, müxtəlif
mərhələlərdən keçdi, meymun mərhələsinə çatdı və nəhayət insanda qərarlaşdı. O,
bu görüşüylə insanlığın Hz.Adəm və Hz.Həvvaya dayandığını kökündən rədd edirdi.
Darvinin fərziyəsinə görə milyonlarla hüceyrədən yaranan kainatın əsli tək bir
hüceyrədən ibarət olan bəsit bir varlıqdır. Darvin məşhur "Təkamül nəzəriyyəsi" də insanın yaranma mərhələlərini çox açıq şəkildə
göstərmışdir. O, meymunla insan arasında olan yaxınlığı kortəbii şəkildə sübut
etmişdir. İnsanla meymun arasında zahirən müəyyən bənzərlik ola bilər, lakin, son
illərin araştırmaları bu nəzəriyyəni tamamilə inkar edir. Araştırmalara görə əgər
başlanğıc hüceyrə suda yaranıbsa, temperatur yüksəldikcə o hüceyrə məhv
olmalıdır və ölmüş hüceyrə başqa hüceyrələrin yaranması üçün vasitə ola bilməz.
Bu fərziyənin
yayılmasında yəhudilərin rolu əvəssiz olmuşdur. Darvin yəhudi deyil, xristian
olmuşdur. Amma yəhudilər bunu mənəvi dəyərlərin məhv olması üçün fürsət bilib, bundan
çox yaxşı istifadə etmişdilər. Yəhudilər nəinki Xristian və İslam dininə, həm də
bütün bəşəriyyətə bu hərəkətləri ilə böyük zərbə vurmuşdular. Onların təşəbbüsləri
ilə Nasizm, Faşizm, Komunizm kimi idealogiyalar dünya tarixində öz mənfi əməlləri
ilə hegemon olmuşlar.
Darvinizmin ortaya
çıxdığı vaxtdan bir çox dünya alimləri onu tənqid ediblər. İngiltərədə
Aghasize, Amerikada Evin bu nəzəriyyəni tənqid edərək belə demişdilər: "Darvinin düşüncələri elmi düşüncələrdən ibarət
olub, çox qısa zamanda sürətlə məhv olacaqdır".
Austen Clark da bunları
söyləyir: "Heç bir canlı müəyyən mərhələlərdən
keçib, təşəkkül tapmamışdır. İnsan isə yerüzündə birdən və bu gün gördüyümüz şəkliylə
ortaya çıxmışdır".
Darvinizmə ideya cəhətdən
daha yaxın olan satanizmdir. Satanistlərin toplum həyatını şəkilləndirən, həyata
baxışını təkmilləşdirən ünsür darvinizmdir və bu əksər satanist tərəfindən açıq
etiraf edilir. Satanistlərin fikirlərinin təməlini darvinizm təşkil edir. Satanizmin
düşüncələrində anormallıqların olması; qan tökmək, pislik etmək, insanlara zərər
vermək bir daha onun mənbəyinin sağlam fikirlərə əsaslanmadığını göstərir. Şeytan
kilsəsinin bütün nəşrlərində insan üçün "carnal
beast" terminindən istifadə edilir. Bu sözün tərcüməsi "şəhvətinə görə yaşayan vəhşi heyvan" deməkdir.
Satanist rahib Peter
Gilmoreunun ifadəsi ilə "insan bir
heyvandır və heyvanivəziyyət göstərməkdən
çəkinməməlidir". Buradan belə nəticəyə gəlmək olar ki, satanizmin darvinizmlə
sıx əlaqəsi vardır. Bu idealogiyaların hər ikisi materyalist bir düşüncəyə
sahibdirlər, hər ikisində Allahın varlığı rədd edilir və hər bir canlının kor təsadüfdən
yarandığı göstərilir.
Bütün bu məlumatlardan
göründüyü kimi satanizm, təkamül nəzəriyyəsinin mərkəzinə yerləşdirilmiş ateist
idealogiyadır. Təkamül nəzəriyyəsi insanın bir heyvan növü olduğunu göstərmiş, satanistlər
isə bu nəzəriyyəyə görə davranış və düşüncələrini inkişaf etdirmişlər.
Təkamül nəzəriyyəsini
müdafiə edən biyoloqların, filosofların və alimlərin kitablarında da yuxarıda qeyd olunan satanist məqalələrdə yazılan ifadələri görmək
olar. (davamı var)