"Qürurun olmasa azad olsan nə olar, qul olsan nə!"
Atalar sözü
Son günlər
dünya mətbuatının gündəmini məşğul edən məsələlərdən biri, bəlkə də birincisi
İsveç və İsrail arasında yaşanan gərginlikdir. Qeyd edək ki, gərginlik İsveçin "Aftonbladet"
qəzetini sionist İsrail rejimin cinayətlərində yazdığı üçün yaranıb.
Belə ki,
bir neçə gün öncə, İsveçin ən məşhur qəzetlərindən olan
"Aftonbladet", "Uşaqlarımızın orqanlarını qarət edirlər"
başlıqlı xəbərində, İsrail əsgərlərinin, fələstinliləri orqanlarını oğurlamaq
məqsədiylə öldürdüyünü iddia etmiş, fələstinlilərin, "Qəzza zolağı və
İordaniya çayının Qərb Sahilində İsrail əsgərlərinin, tutduqları gənclərin
cəsədlərini orqanları itkin şəkildə təslim etdiyi" fikrini irəli sürüb.
Yazını
qələmə alan Donald Boström xəbərdə, Nablus, Döl və Qəzzadan fələstinlilərin,
"Uşaqlarımız könülsüz orqan hədiyyəçisi olaraq istifadə edildi"
şəklində fikirlərə yer verib. Cəsədlərin bir neçə gün sonra yarılma edilərək
gecə qaytarıldığı iddialarına yer verən Boström, bir müddət əvvəl ABŞ-ın New
Jersey əyalətindəki bəzi amerikalı xaxamların, orqan nəqllərində insan böyrəyi
satışlarında vasitəçilik etdikləri üçün həbs olunmalarını da xatırladıb.
Birinci Fələstin intifazəsi (daşla mübarizə) dövründə, 1992-ci ildəki bir orqan
oğurlama iddiasının yer verildiyi xəbərdə, İsrail ordusunun, Nablus bölgəsində əsgərlərə
daş atan bir gənci tutduğu, gəncin sinəsindən, ayaqlarından və qarınından
vurulduğu, daha sonra bir hərbi vertolyotla naməlum bir yerə aparıldığı, 5 gecə
sonra gəncin cəsədinin, yaşıl xəstəxana geyimlərinə sarılmış olaraq geri
gətirildiyi qeyd edilir.
Qeyd edək ki,
məqalədə bu faktlarla bağlı sənədli şəkillər də öz əksini tapmış və cinayətin
ortağı kimi bir neçə ay əvvəl ABŞ-da həbs edilmiş xaxamlar göstərilirdi.
Məqaləd qeyd edilirdi ki, fələstinlilərdən oğurlanmış orqanlar ABŞ-da yaşayan
sionist xaxamlar tərəfində dünya bazarına çıxarılırmış.
Bu yazıdan
sonra İsveçin İsraildəki baş konsulu Elizabet Borssin Bonnier İsveç Xarici
İşlər Nazirliyinin rəsmi internet saytında sözüedən yazını pisləyən məqalə ilə
çıxış edərək sionistlərdən üzr istəmişdi. Amma məsələ bununla da bitmədi. İsveç
xarici işlər nazirinin köməkçisi Anders Jörle nazir Karl Bildtin adından çıxış
edərək, "Baş konsul tamamilə şəxsi və lokal bir təşəbbüs göstərib. İsveç Xarici
İşlər Nazirliyi, düşüncə azadlığına hörmət edər və İsveç mətbuatındakı xarici
xəbər yazılarını da prinsip olaraq tənqid etməz" - deyə bildirdi.
İş bununla
da bitmədi. "Aftonbladet" qəzetində yazıya imza atan Donald Boströmün
"Əvvəl faşistlər öləcək, bir sonrakı isə sənsən. Səni çöldə gözləyirik.
Bir sonrakı xəbər də sən olacaqsan" şəklində təhdidlər aldığını ictimaiyyətə
açıqladı.
Daha sonra
isə İsveçli Yaşıllar Partiyasından Per Gahrton da baş konsulun üzr açıqlamasını
"axmaq və yersiz" olaraq xarakterizə edərək, "Konsul, İsveçə
çağırılmalı və düşüncə azadlığı haqqında zəruri dərs almalıdır. Bu, vəzifə
cinayətidir" - deyə açıqlama verdi.
İctimai
Demokratlar Partiyasından xarici siyasət nümayəndəsi Urban Ahlın isə,
"İsveçdə düşüncə azadlığı vardır. İsrail, yazılan yazını deyil, İsveçin
demokratiyasını tənqid etmişdir. İsveç Konsulluğunun, bu şəkildəki tənqidlərə
qətiliklə cavab verməməsi lazım idi" - deyə bəyanat verdi.
Məslənin
daha da qəlizləşdiyini görən sionist rejim, İsveçdəki səfirini Xarici İşlər
Nazirliyinə göndərdi. Səfir İsveçin xarici işlər naziri köməkçisi Belfragı
ziyarət edərək, İsveç hökumətindən "Aftonbladet" qəzetində, israilli
əsgərlərin fələstinlilərin orqanlarını oğurladıqlarına dair çıxan yazını
qınamasını istəyib. Amma gözlənilməz bir hal baş verdi və İsveç baş naziri
sionist İsrail səlahiyyətlilərinin bu istiqamətdəki etirazlarına reaksiya
olaraq "İsveç hökuməti, "Aftonbladet" qəzetində çıxan qəzeti
qınamaq niyyətində deyil" - deyə sərt cavab verdi. İsveç baş naziri bu
mövzuda ayrıca olaraq "İfadə azadlığı İsveç Konstitusiyası və İsveç
cəmiyyətinin imtinaedilməz bir təməl maddəsidir. Kimsə bizdən buna zidd davranmamızı istəyə bilməz" -
deyə vurğuladı.
Sionist
rejim isə bu olanlardan heç bir nəticə çıxarmayaraq, tamam əksinə bir addım
atdı: İsveçdən olan jurnalistləri Qəzzadan çıxararaq, onların bu əraziyə
girməsinə qadağa qoydu.
Bu bir neçə
gündür dünya mətbuatının gündəmindən düşməyən hadisənin qısa xronikası idi.
Amma
təəssüfdoğurucu hal ondan ibarətdir ki, bu qədər həngaməni Azərbaycanda "mənəm-mənəm"
deyən mətbu orqanlar heç adi bir xəbər kimi də vermək istəmədi. Özlərini daim söz
azadlığının mənbəyi kimi göstərən qəzetlər və internet saytlarının böyük
əksəriyyəti bu cür qlobal bir məsələyə susmaqla mövqe bildirdilər. Sionist
İsrail rejiminin bu cür iyrənc addımını işıqlandırmağı özlərinin şərəf borcu
hesab etmədilər. Halbuki, istənilən bir müsəlman ölkəsində asqıran olanda, bu
mətbu orqanlar həmin xəbəri manşetə verib dayılarının da mövqeyini müdafiə
etməyi unutmurlar. Çox qəribədir, görəsən Azərbaycanın müxalifət mətbuatı niyə
susdu? Bir neçə vaxt bundan əvvəl yazmışdım, Azərbaycan müxalifətinin bəzi
nümayəndələrinin Qərbin, sionizmin köləsi olduğunu. Bu hadisə bir daha
yazdıqlarımın təsdiqi oldu. Təsdiq olundu ki, Azərbaycanda "İnsan haqları
pozulur", "Azadlığımız yoxdur", "Bizi incidirlər" və sair deyənlərin özləri,
insan haqlarını kobud şəkildə pozan Qərbin və sionizmin nökərçiliyini edirlər.
Amma həm də yeri gələndə biz müsəlmanıq deyirlər. Məgər müsəlmanın borcu deyil
ki, əzilən müsəlman qardaş və bacısının haqqını müdafiə edib onun haqq səsini
dünyaya çatdırsın? Ayılın qardaşlar. Ayılın ki, qürurunuz ölməsin! Qürurunuz
olmasa azad olsanız nə olar, qul olsanız nə!